Möhkəm
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl insan üçün möhkəm bünövrədir. Zeynalabdin Şirvani
- Azadlıq və hüquq əkiz bacılardır. Azadlıq yalnız möhkəm bir nizam içində reallaşa bilər. Azadlığı qorumaq və yıxıldığı yerdə yenidən tikmək, azadlıq aşiqlərinin ilk vəzifəsidir. Fridrix Ebert
B
[redaktə]- Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.[1] İmam Səccad
D
[redaktə]- Dərin fikirlər dəmir mismar kimidir. Ağla elə möhkəm batır ki. sonra onu dartıb çıxarmaq da olmur. Deni Didro
- Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz. Fransua de Laroşfuko
- Diş ağrısı çəkənlər dişləri möhkəm olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar. Corc Bernard Şou
- Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin. Evripid
- Düşmənə şirin sözünlə möhkəm arxan olsun. Kürd atalar sözləri
- Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur. Kəlilə və Dimnə
E
[redaktə]- Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı. Fyodor Dostoyevski
Ə
[redaktə]- Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır. Anton Makarenko
F
[redaktə]- Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır. Nəcib Fazil Qısakürək
G
[redaktə]- Gənclik yaşında əldə edilmiş hər şey möhkəm və davamlı olur. Yan Komenski
H
[redaktə]- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ
[redaktə]- İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur, amma yenə də yaşamaq lazımdır. Alber Kamyu
- İnsan kərpic kimidir - bişdikcə möhkəmlənir. Corc Bernard Şou
K
[redaktə]- Kəhərin dırnağı, kişinin iradəsi möhkəm olmalıdır. Monqol atalar sözləri
Q
[redaktə]- Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl nəticə verər. Kəlilə və Dimnə
- Qopan bir ipə sıx bir düyün təyin etsəniz, ipin ən möhkəm yeri artıq bu düyündür. Amma ipə hər toxunuşunuzda canınızı ağrıdan tək nöqtə yenə o düyündür. Çin atalar sözləri
N
[redaktə]- Nikah zaman keşdikcə möhkəmlənə bilən yeganə əlaqə formasıdır. Emil Alen
Ş
[redaktə]- Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar. Lev Tolstoy
Ü
[redaktə]- Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olur. Qabusnamə
- Üzdən sərt və daxildən yumşaq olmaqdansa, üzdən həlim, daxildənsə möhkəm olmaq yaxşıdı. Lao-tszı
İstinadlar
[redaktə]- ↑ Mişkatul-ənvar, səh.79