Monqol atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Acgöz şaman iki qurban yerinə tələsər və ikisinə də gecikər.
- Adamı dostlarına baxıb tanıyarlar.
- Adət min illər yaşar.
- Axmaq həmişə ortaya dürtülər.
- Axmağın balacası atını tərifləyər, böyüyü özünü.
- Ağ ipək də geyinsən, kölgən qara olacaq.
- Ağ yağış olar dağda-daşda, atalar sözü — ağıllı başda.
- Ağac — kökdən, insan — anadan.
- Ağacın yarpağı saralar, kökü — yox.
- Ağıllı adam gördüyündən danışar.
- Ağıllı bir dəfəyə dişləyər, səfeh iki dəfəyə.
- Ağıllı da tələyə düşər.
- Ağılsız dostdan, ağıllı düşmən yaxşıdır.
- Ağılsız knyazın qulluqçuları da axmaq olar.
- Ağılsızın tələyə baxdığı yerdə, ağıllı odu gözləyər.
- Ağlayandan soruşma, güləndən soruş.
- Alaçiy ət mədəyə zərərdir, alayarımçıq söz — dostluğa.
- Alanda min pud da azlıq edir, verəndə bir funta da qıymır.
- Allah adı ilə yamanlıq etmək olar, qanun adı ilə — qanunsuzluq.
- Ana südü müqəddəsdir.
- Anam mənim bədənimi doğub, fikrimi yox.
- Araq hamıya üstün gələr — öz qabından savayı.
- Araq müdrik adamı da səfeh edər.
- Arağı içən özünü talayar.
- Arı əldən qaçırsan tuta bilərsən, sözü əldən qaçırsan — yox.
- Aşiq qurbağa dənizi üzüb keçəcək.
- Ata-ana bədəni, müəllim ürəyi yaradır.
- Ata-ana uşağı sevməyəndə uşaq onlardan da küsür.
- Ata-anasını soruşurlar — dinmir; sevgisini heç soruşan yoxdur — özü danışır.
- Atalar sözünün yalanı yoxdur, yağış suyunun duzu yoxdur.
- Atası olmayan üçün böyük qardaş atadır.
- Atın qaçmasına daş, aşiqlərin görüşünə dedi-qodu mane olur .
- Ay işığından qar da ağarar, ağıllı sözdən ağıllı da ağıllanar.
- Ayağı böyük olanın ayağını həmişə ayaqqabı sıxar; tamahı böyük olan həmişə narazı olar.
B
[redaktə]- Bağa minini yumurtlayır — heç dinmir, toyuq birini yumurtlayır — aləmi başına götürür.
- Balaca daşla da böyüyü əzərlər.
- Balaca yurdlarda da böyük alimlər doğulur.
- Balıq əti sümüyündən asan ayrılır.
- Balıq suyla, insan zəhmətlə yaşayar.
- Balıq yaşayır suyun sayəsində, insan — adamların.
- Basılanın kürəyinə-kürəyinə döyərlər.
- Baş yastığını sürtüb dağıtmaqdansa, yəhər yastığını sürtüb dağıtmaq yaxşıdır.
- Başa yetməyən arzu, sağalmaz azar kimi əzab verər.
- Bəd itin dişləri tez xarab olar.
- Bəxtəvərliklə bədbəxtliyin arası bir addımdır.
- Bərk qaynayan tez buxarlanar; bərk guruldayan tez üzə çıxar.
- Bic tülkü quyruğunu hərlədər, bic adam dilini.
- Bilikli adam əllaməlik etməz, bacaran lovğalanmaz.
- Bilməyəni hər şey təəccübləndirər, cahili hər təzə şey qorxudar.
- "Bilmirəm" ən yaxşı bəhanədir.
- Bir axmağın bir gündə törətdiklərini, min ağıllı bir ilə düzəldə bilməz.
- Bir az aldatmaqla yalançı olursan; yavaş-yavaş mənimsəyib oğru olursan.
- Bir dəfə aldadan, yüz dəfə də yalan deyər.
- Bir eşqin göz yaşı min landan qiymətlidir. (Lan — qədim qızıl pul)
- Bir qorxaq at bir ilxını hürküdər.
- Bir payız üç bahardan yaxşıdır.
- Bir ovuc düyü — min qırmancdan süzülən qandır.
- Bir uşağa da qane ol, az gəlirə də qane ol, təkcə elmə acgöz ol.
- Birduya ümman içində su azlıq edər. (Birdu — əfsanəvi acgöz)
- Bıçaqla adamsız yerdəöldürərlər, sözlə — adam içində.
- Borcun yoxsa, dövlətlisən, canın sağlamdırsa — xoşbəxt.
- Boş vəd yalın ayağa geyilmiş ayaqqabı kimidir.
- Boşboğazın dili işlər, zəhmətkeşin əli.
- Böhtanla adamı günün günorta çağı öldürərlər.
- Böyük çay da qışda donur; müdrik adamın da ağlı qocalıqda zəifləyir.
- Böyük göllər də öz sahilindən çıxmır.
- Böyük qardaş ağıllıdırsa, yəqin kiçik də fəhmlidir.
- Buludlar yığışar — yağış yağar. adamlar yığışar — qüvvət artar.
- Bürhanı da atırlar — özgəsinin olanda. (Bürhan — büt, allah)
- Bürhana yalvarınca, buzovu böyütmək yaxşıdır.
C
[redaktə]- Cahillərin ağıllı adamları görməyə gözü olmaz.
- Canavarı hamı tanıyır, ancaq canavar hamını tanımır.
- Canavarın toxu oturar öz gen dərəsində, acı düşər tuthatuta.
- Cavan olanda dişlər ağ olur, qoca olanda — saçlar.
- Cavanın güc qoyduğu yerə, qoca çalışar ağıl qoysun.
- Cavanlıqda dözümlü olan qocalıqda xoşbəxt olar.
Ç
[redaktə]- Çandmandan ağıl yaxşıdır. (Çandman — arzuları guya yerinə yetirən əfsanəvi daş).
- Çayın mənbəyi — bulaq, ailənin mənbəyi — anadır.
- Çəpişin buynuzu çıxanda anasını da buynuzlar.
- Çinovnik — qanuna, lama — Buddaya, qarğa — qurda istinad elər. (Lama — Budda rahibi).
- Çirkli su da alovu söndürə bilər.
- Çoban da alim bilməyəni bilə bilər.
- Çox danışmaq xeyir gətirməz.
- Çox danışmaqdan xeyir yoxdur, susmaqdan — zərər.
- Çox tanışı olan genişdir — çöl kimi. Olmayan kiçikdir — əl kimi.
- Çöl heyvanını fəndlə tuturlar, atı — kəməndlə.
D
[redaktə]- Dağ nə qədər yüksək olsa da, geri çəkilmə: getsən, keçərsən; iş nə qədər böyük olursa olsun, təslim olmayın: bir dəfə bunu etməyə başlasanız, bunu edəcəksiniz.
- Dağda pələng oynayanda, ulağı at axurunun da yanında titrətmə tutar.
- Dağı — ağaclar, dövləti alimlər bəzəyər.
- Dağı görməmiş ətəyini yığır əlinə, suyu görməmiş çəkməsini çıxarır.
- Dağlara qar yük olar, insana — illər.
- Deyirsən dil ağrıyır, susursan — ürək.
- Dəli susa bilsəydi, onu müdrik hesab edərdilər.
- Dərd görməyən, səadətin qədrini bilməz.
- Dərdini göyə deyəsən — uzaqdır, yerə deyəsən — kardır.
- Dərin çaylar sakit olur, bilən adam — başıaşağı.
- Dilin ucu yumşaqdır, amma sancır.
- Diridən ayrılmaq ölüdən ayrılıqdan daha pisdir.
- Dirsək yaxındır — dişləyə bilmirsən, qulaq yaxındır — görə bilmirsən.
- Doğru, dovşandan zəif də görünsə, dağ boyda yalana üstün gələr.
- Doldurulmamış silahdan da iyirmi adam qorxar.
- Dostluq eləyirsən — qocalınca elə.
- Dostluğun başlanğıcında yağ var, düşmənçiliyin başlanğıcında — qan.
- Dostu el olanın dövləti bol olar.
- Dövlət kağızı — möhüründən, at — dişindən, adam — danışığından tanınar.
- Dumanın dağılmağı qurdun ürəyindən deyil.
- Duz acı olsa da, xörəyi dada gətirir.
- Dünənki yumurta bu gün artıq cücədir.
- Dünya geniş olmağına genişdir, amma çəkmələr sıxanda ayaqlar üçün darlıq olur.
- Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində.
- Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı.
- Düşünülmüş plan asan yerinə yetirilir, düşünülməmiş asan pozulur.
- Düz — əyrini araba ilə də qovub tuta bilər.
- Düz ilə əyrinin arası dörd barmaqdır.
E
[redaktə]- Ehtiras ləkə kimidir.
- Ehtiyac məcbur edər, qanunu da adlayıb keçərsən.
- Ehtiyat — təcrübədən doğur.
- Eşitdin — demə, dedin — danma.
- Etiqadı olmayana qulaq asma.
- Ev içində odu güd, el içində — dilləri
Ə
[redaktə]- Əli çomaqlını itlər xoşlamaz.
- Əlini çox bağlı saxlayan heç nə almaz.
- Ən ağır yükü sonuncu dəvə daşıyır.
- Ən böyük sərvət bilikdir. Orta — çoxlu uşaq. Ən kiçik — çoxlu mal-qara.
- Ərlə arvad eyni yastıqda yatsalar da, xəyalları fərqlidir.
- Əsl təcrübə acı təcrübədir.
- Əvvəlcə sən özün kömək elə, sonra qoy sənə kömək eləsinlər.
- Əyri həmişə kölgəli gəzər.
F
[redaktə]- Fağır adamın ağası çox olar.
G
[redaktə]- Gedərsən — uca dağı da aşarsan; başlarsan — ağır işi də görərsən.
- Gördüyünü danışan axmaq, bildiyinə susamış müdrikdən yaxşıdır.
- Göz yaşını siləndə gözünü çıxartdı.
- Gözün ola-ola kor ola bilərsən, Qulağın ola-ola kar ola bilərsən.
- Güclə sevdirmək olmaz.
- Güçlü qəhqəhə çəkir, zəif şikayətlənir.
- Güclülərlə mübarizə aparmaq, varlıları məhkəməyə vermək çətindir.
- Güclüyə cəmlə üstün gələrlər.
- Gülən hər kəs dost deyil, hirslənən hər kəs düşmən deyil.
- Günah unudulacaq, amma dərs qalacaq.
- Günahkar hər sözdən səksənər.
- Günahkara vəz oxuyurlar, xatakardan bir çəm tapıb yan keçirlər.
- Günün yaxşı keçəndə qohumun çox olur, pis keçəndə — düşmənin.
- Güzgüyə bax, bəzən, adamlara bax, düzəl.
H
[redaktə]- Heyvanı gül içinə buraxarsan — baxmaz, ötər; nadana gözəllikdən danışarsan — vaxtın itər.
- Həddən artıq sadədillik cinayətə də gətirə bilər.
- Hədəfə görə yayı çək.
- Həqiqət qüvvətdir.
- Hər fikrindən keçəni demə.
- Hər gülən dost deyil, hirslənən hər kəs düşmən deyil.
- Hər həmrah yoldaş olmaz.
- Hər kəsin iki gözü, hökmdarın on min gözü var.
- Hər şeydən çətin elin ürəyini fəth eləməkdir.
- Həyat min lanadır, yaşaya bilmək — on min lana.
X
[redaktə]- Xalq arasında olan axmaq evdə oturan müdrikdən yaxşıdır.
- Xeyir olan yerdə — süd, şor olan yerdə — qan.
- Xeyirxah həmişə sakit olar, bədxah narahat.
- Xeyirxahı çox vaxt ağılsız bilirlər.
- Xeyri olsa özünü də satar.
- Xəncər bədəni yaralar, söz ürəyi.
- Xəsis acgöz olar, kinli — inadkar.
- Xəsisin dostu olmaz.
- Xəsislik və hərislik qara köpəyin xörəyidir.
İ
[redaktə]- İlanın çölü alabəzəkdir, insanın — içərisi.
- İnsan dostluqda tanınar, həqiqət müqayisədə.
- İnsan son nəfəsə kimi ümidini itirmir.
- İşi səhərə qoymaq axmaq adətdir.
- İt — yiyəsinə arxayın olur, quş özünə.
- İti də qoruyurlar — özlərinin olanda.
- İynə hara, sap da ora.
K
[redaktə]- Kasıbın həmişə bir ayaması olar.
- Kəhərin dırnağı, kişinin iradəsi möhkəm olmalıdır.
- Kənara inanır, yaxından şübhələnir.
- Kəndir nazilən yerindən qırılar.
- Kim ki, qallac olar, ac olar.
- Kimin dostu varsa, geniş bir çöl kimidir, kimin dostu yoxdursa, kiçik bir əl kimidir.
- Kimin ki, dişləri itidir, o, öz xeyrini də yeyər.
- Kişi yeddi dəfə yıxılar, səkkiz dəfə qalxar.
- Kor köpək haya qaçar.
- Kora fanar nə lazım.
- Korun günü yoxdur , sərxoşun vaxtı yoxdur.
- Köçəndən sonra qonşularınızı, öləndən sonra arvadınızı qiymətləndirməyə başlayırsınız.
- Köhnə ilin yaxşı olub-olmadığını ancaq təzə ildə görmək olar.
- Köksündə yanğın da olsa, tüstünü burnundan buraxma.
- Köpəyin qarnını doyuzdurmaq asandır, nəinki noyonun. (Noyon — knyaz, böyük feodal — məmur).
- Körpəyə südgərəkdir, həyata — həqiqət.
- Külək əsər hər tərəfə, həqiqətsə bir tərəfə.
- Küləyin axırı yağışla, zarafatın axırı savaşla qurtarır.
- Kürkü yağış korlar, dostluğu rişxənd.
Q
[redaktə]- Qadınlar və kişilər eyni yastıqda yatırlar, lakin fərqli yuxular görürlər.
- Qarışqa öküzün buynuzuna dırmandı, elə bildi ki, dağa çıxıb.
- Qarın doya bilər, maraq heç vaxt.
- Qarnı doydurmaq olar, gözü -yox.
- Qazlar qaqqıldaşır — yay gəlir, qarğılar qaqqıldaşır — yay gedir.
- Qəzəb gələn yerdə susmaq yaxşıdır.
- Qəzəbli, xoşbəxt olmaz.
- Qığılcım tüstülənməz.
- Qış küləyi qar gətirər.
- Qıymırsan — vermə, verdin — minnət qoyma.
- Qızıl pas atmaz.
- Qocalar gələr — hikmət artar, cavanlar gələr — qüvvət artar.
- Qocaların sözündəki — ağıl, məsəllərindəki — nəsihət.
- Qolu güclü olan birinə üstün gələr, ağlı güclü olan çoxuna.
- Qonaq az müddət qalsa da, çox şey görüb qayıdır.
- Qonşunun qədri — ayrılandan sonra, arvadın qədri öləndən sonra bilinir.
- Qorxaq adam yaxşı işdən də yan keçər.
- Qorxaq on dəfə ölür, qorxmaz bir dəfə.
- Qorxaq özünü də batırar, özgələrini də.
- Qorxaq yolu yarıdan qayıdar.
- Qorxağa elə gəlir ki, dağlar da titrəyir.
- Qorxursan eləmə, elədin qorxma.
- Qotur at həmişə quyruğunu yellər, günahkar adam ətrafa baxınar.
- Qoyunun quzusu bir-bir olur, axırda sürü düzəlir; it neçəsini küçükləyir, hamısı da dağılışıb gedir.
- Qul günahkar olar.
- Qurbağa nə qədər tullana, bataqlıqdan uzağa getməyəcək.
- Qurd quzu üçün nəsə, varlı da kasıb üçün odur.
- Qurdun ağzı həmişə qanlı olar.
- Qurdun sıçramağı möhkəm olar, insanın — sözü.
- Quru ağacın meyvəsi olmaz, boş sözün — xeyri.
- Qurumuş gölün sonası olmaz, hərdəmxəyal adamın — dostu.
- Quru qurbağasının dənizdən xəbəri olmaz.
- Quyuda balıq olmaz.
- Qürbət elə verilən qız qayalara atılan ox kimidir.
L
[redaktə]- Lap sabah ölsən də, bu gün öyrən.
M
[redaktə]- Meymuna da qulaq as, əgər düz danışırsa.
- Məhəbbət olan yerdə qayğı da var.
- Məhəbbətin özü ürəkdə, kədəri üzdə olar.
- Məhəbbətini gizlə, biliyini göstər.
- Məni aparan eşşək məni təpikləyən atdan daha dəyərlidir.
- Misə nə qədər qızıl çəkəsən, elə mis də qalacaq.
- Mismar bilir ki, çəkic necə vurur.
- Münəccim cavan olsa yaxşıdır, həkim — qoca.
N
[redaktə]- Namuslunun xasiyyəti möhkəm, sözü də düz olur.
- Nə qədər ki, atan var — adamlarla tanış ol; nə qədər ki, atın var — ətrafla.
- Nə qədər tezdən dursan, o qədər çox görərsən: nə qədər gec yatsan, o qədər çox eşidərsən.
- Noyona ancaq onun köç yerində hörmət edərlər, alimə — hər yerdə.
O
[redaktə]- O adam ağıllıdır ki, elədiyi səhvlər yadındadır.
- O müdrikilər yaxşıdır ki, axmaqlarla dostluğu bacarırlar, o axmaqlar yaxşıdır ki, müdriklərə arxalanmağı bacarırlar.
- Od yağla sönməz, giley-güzar acılamaqla qurtarmaz.
- Oxunu atıb, yayını gizləyir.
- Oxuyursansa, yorulma, öyrədirsənsə, qorxma.
- Onun kölgəsindən başqa dostu yoxdur, quyruğundan başqa bəzəyi.
- Onun sözü azdırsa da, işi çoxdur.
Ö
[redaktə]- Öküz batanda yiyəsi də güclü olar.
- Ölən inək haqqında həmişə deyirlər ki, südü çox verərdi.
- Ölməyin yox, yaxşı adın dərdini çək.
- Ölüm gələndə min Budda belə kömək etməyəcək.
- Ölüm qabağı göz daha diqqətli olur.
- Ölümdən qorxursansa, yaşamağa dəyməz.
- Ömrü qızıl üçün itirməyə dəyməz.
- Öz eybini bilənin ağlı nurludur.
- Özgə evdə tox olmaq olar, rahat — yox.
- Özü bir iş görməyən, özgələri öyrətməyi xoşlar.
P
[redaktə]- Payızda da kökəlməyən, arıq qalar.
- Pələng də oddan qorxur.
- Pələngin quyruğundan yapışma, yapışdın — buraxma.
- Pis adamın yaddaşı taxtadan olar, yaxşınınki — qranitdən.
- Pis barışmaqdansa, yaxşıca savaşmaq yaxşıdır.
- Pis hava keçir, pis qoxu qalır.
- Pis müəllimin pis də şagirdləri olar.
- Pis nişançı oxu günahkar bilər, pis hakim — xalqı.
- Psi ustanın karastısı çox olar, faydası — az.
- Pis yol yolsuzluqdan yaxşıdır, pis qohum — qohumsuzluqdan.
- Pisin yadında yaxşılıq qalmır, ancaq yaxşı pisi yaddan çıxarmır.
- Pişik də təzə balıq yeməyi sevir, amma çaya girmir.
- Polad poladlığı ilə oddan qorxur, çay çaylığıyla sahilə yatır.
- Pul və gözəllik olan yerdə doğrunu yalandan ayıra bilməzsən.
R
[redaktə]- Riyakarlıqla gülməkdənsə, qaşqabaqlı olmaq yaxşıdır.
- Ruhun möhkəmliyi qabırğanın möhkəmliyindən əfzəldir.
S
[redaktə]- Sabah öləcək olsanız da öyrənin.
- Sakit itdən qorx, hürən it qapmaz.
- Sağlardan ayrılmaq, ölülərdən ayrılmaqdan ağırdır.
- Sağsağan qardi quşu deyil. (Qardi — əfsanəvi böyük quş).
- Sevgi daxildən, qəm çöldən gəlir.
- Sevməyən qadının dodağı soyuq olar.
- Səfeh baş ayağın düşmənidir.
- Səhər gördüyün işi gecə yoxla.
- Səni qoy illər əzsin, amma qoyma dərd əzə.
- Sərxoşun ağlı kor olar.
- Sərvət gözəldir, amma azadlıq daha da gözəldir.
- Silahsıza hər cür vəhşi qorxuludur.
- Sıldırımın başında ağac olmaz, lovğanın başında — ağıl.
- Sonbeşik həmişə o birilərindən zəif olar.
- Söyüş — gözün içinə, tərif — gözdən uzaqda.
- Sözlə izah etmədiyini, çubuqla izah etməyəcəksən.
- Sözlər bəzən qayaların arasında əks-səda kimidir.
- Sözü ehtiyatla de, işi cəhdlə gör.
- Sözü üzə deyən xəstəliksiz ölür.
- Sözü yadında saxlayan ağıllı, nağılı yadından saxlayan isə müdrik olur.
- Su adamına su hədiyyə aparır.
- Su başdan bulanıq olsa, ayaqdan da bulanıq olacaq.
- Su içmək istəməyən öküzün başından basmaq nahaqdır: düzə qulaq asmayanı inandırmaq nahaqdır.
- Susan adam həmişə haqlı çıxacaq.
- Susan axmaq çox vaxt ağıllı kimi qələmə verilir.
- Susmaq da bir vergidir.
- Suya düşəndə gülmə.
Ş
[redaktə]- Şərəfi itirməkdən, beli qırılmaq yaxşıdır.
- Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.
- Şir vüqarı tülkü sifətinə yaraşmaz.
- Şirini acı eləmək asandır, acını şirin eləmək çətin.
T
[redaktə]- Tez yemək — mədəyə zərər verir; tez varlanmaq — həyata zərər verir.
- Tezdən duran adamın günü uzanar.
- Təcrübəniz olanda mükafat qazanmış kimi sevinin.
- Tək olanda özünə, el içində sözünə diqqət et.
- Təklikdə fikrini ölç-biç, adam içində — sözünü.
- Tələsənin yolunda kol-kos çox olar.
- Tən olmayan yük dəvə üçün əzabdır, tən olmayan məhəbbət — ürək üçün.
- Tənbəl adam qorxaq olar.
- Tənha qarğa qış yuxusuna getməz.
- Tərif gələndə çaşma, töhmət gələndə coşma.
- Tox — evdən ötrü darıxmaz, evli — anadan ötrü.
- Tüksüz baş böyük görünər.
U
[redaktə]- Ulduzlar görünəcək — göyü bəzəyəcək, bilik görünəcək — ağlı bəzəyəcək.
- Uşağa bıçaq vermək olmaz, dəliyə — hakimiyyət.
- Uşağı tanımaq istəyirsənsə — oyununa bax, böyüyü tanımaq istəyirsənsə — işinə.
- Uzağın suyu ilə yaxının odunu söndürə bilməzsən.
Ü
[redaktə]- Üzə gülənin hamısı dost deyil, qaşqabaq sallayanın hamısı — düşmən.
V
[redaktə]- Vaxt olar şiri də qarışqalar yeyər.
- Varlananda öyünmə, kasıblayanda ümidsiz olma.
- Varlı qocaldıqda yaman olar.
- Varlı o kəsdir ki, çoxlu yaxşılıq edib; ondan varlı o kəsdir ki, çoxlu uşağı var; onlardan da varlı o kəsdir ki, çoxlu biliyi var.
- Vasvası ilə dostluq çox çəkməz.
- Vəd ilə layla çalır, şirin sözlə yatırırlar.
- Vəfasız dost açıq düşməndən qorxuludur.
- Vətəndə hətta qaba kətan yumşaqdır, amma yad ölkədə hətta ipək də kətandan yumşaq deyil.
- Vurulmamış heyvanın dərisini tərifləmə.
Y
[redaktə]- Yaxınlaşmağa bir gün bəsdir, dostlaşmağa min gün gərək.
- Yaxşı adamın dalınca yaxşı söz də gəzər, yaman söz də.
- Yaxşı adamla savaşma, pis adama yanaşma.
- Yaxşı adı asan itirərsən, yaman addan çətin qurtararsan.
- Yaxşı bəslənən quzunun quyruğu sərt, ac öküzün buynuzları yumşaqdır.
- Yağış suyunda qum olmaz, atalar sözündə — yalan.
- Yalan oğurluqdan yaxşı deyil.
- Yaman gündə ürəyi bərk ol, yaxşı gündə ürəyi yumşaq.
- Yamanlıq da on gündən çox çəkmir.
- Yavaş gedərsən — mənzilə yetərsən.
- Yavaş-yavaş aldadaraq yalançı olursan; Yavaş-yavaş mənimsəyib oğru olursan.
- Yayda avara gəzmə ki, dzutda itirməyəsən. (Dzut) — qışın elə soyuq vaxtıdır ki, onda yemsizlikdən heyvanlar çox tələf olur)
- Yazla payız yayı sıxışdırır, gümüşlə qızıl — qanunu.
- Yazmaq üçün bilik, məqsədə çatmaq üçün cəhd lazımdır.
- Yeddi düşün, bir danış.
- Yəhər ata bəzəkdir, qadın — evə.
- Yəhər atın bəzəyidir, arvad ömür bəzəyidir.
- Yeməksiz bir sutka da qalmaq olar, çaysız bir saat qalmaq olmaz.
- Yeməyin yaxşısını camaata ver, paltarın yaxşısını özün gey.
- Yenisini başa düşmək istəyirsənsə, köhnəni öyrən.
- Yer üçün şeh necədirsə, bəxt də həyat üçün odur.
- Yeriyən axmaq, yatan ağıllıdan yaxşıdır.
- Yonulmuş daşı — dağlarda, sözü ağılda gəz.
- Yuxarıda olursan — həsəd aparırlar, aşağıda olursan — ayaqlayırlar.
- Yurd — tono, ailə — valideyn, dövlət — elm üzərində dayanır. (Tono — yurdun yuxarı dayağı olan dairəşəkilli ağac, tüstü çıxmaq üçün yer).
- Yüz manatın olmaqdansa, yüz dostun olsa yaxşıdır.
Z
[redaktə]- Zəhərli ilanlar nazik də olur. yoğun da.
- Zəhmətkeşin təri axar, qarınqulunun ağzının suyu.
- Zəiflik kobudluqdan, haqlı haqsızdan güclüdür.
- Zəngin insanlar heç vaxt qohumlarını sevmirlər.