Allah
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allah bizə musiqini ona görə bəxş edib ki, biz onun köməyi ilə göylərə qalxaq. Fridrix Nitsşe
- Allah cəsura yardım edər. Laz atalar sözləri
- Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı. Mark Tven
- Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. Alkimdamant
- Allah hansısa bir fərziyyədir.Fridrix Nitsşe
- Allah hər şeydən qədimdir, çünki O, yaradılmayıb. Fales
- Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur. Mövlana Cəlaləddin Rumi
- Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. Yunan atalar sözləri
- Allah qatında insandan üstün heç bir varlıq yoxdur. Məhəmməd
- Allah qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır. Allah qorxusu ilə gözündən yaş axana qiyamətdə əzab olmaz. Məhəmməd
- Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər. Məhəmməd
- Allah olmasaydı, onu uydurmaq lazım gələrdi. Volter
- Allah öldü: indi biz istəyirik ki, Fövqəlbəşər insan yaşasın. Fridrix Nitsşe
- Allah özü ölümü yaddan çıxarmamağa səni məcbur edir. Marsial
- Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər. Məhəmməd
- Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür. Məhəmməd
- Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir. Paulo Koelyo
- Allaha ibadət edənlər, hər şeydən əvvəl, kainatın nizamında, onu idarə edən ağıllı və müdrik bir varlığın varlığının yenilməz sübutunu tapırlar. Lakin bu nizam səbəblər və ya şəraitlər tərəfindən mütləq şəkildə əmələ gələn, bəzən bizim üçün əlverişli, bəzən isə zərərli olan bir sıra hərəkətlərdən başqa bir şey deyil: biz bəzilərini bəyənirik, digərlərindən isə şikayət edirik. Pol Anri Holbax
- Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır. Mövlana Cəlaləddin Rumi
- Allahdan ayrılan əxlaqa inamdan möhkəm yapışır.Fridrix Nitsşe
- Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halda öləcək. Məhəmməd
- Allahın ən xoşlamadığı şey halal qadını boşamaqdır. Məhəmməd
- Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. Ərəb atalar sözləri
- Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Mövlana Cəlaləddin Rumi
- Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
- Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
- Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
- Allahın yanında o şəxsi daha çox sayırıq ki, öz hakimiyyəti altında olan günahkarları bağışlayır. Məhəmməd
- Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər. Oskar Uayld
- Allahlara qarşı təhqirə görə allahlar özləri qisas alsınlar). Latın atalar sözləri
- Allah - təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar. Məhəmməd
- Allah - təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir. Məhəmməd
- Allah - təala, bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər. Məhəmməd
- Allah - təala boş söz-söhbətləri sizə qadağan etdi. Məhəmməd
- Allah - təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir. Məhəmməd
- Allah - təala duada israr edənləri sevər. Məhəmməd
- Allah - təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir. Məhəmməd
- Allah - təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahu-zarını eşitsin. Məhəmməd
- Allah - təala yalnız rəhimli bəndələrinə rəhm edər. Məhəmməd
- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
B[redaktə]
- Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
- Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: “Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim”. Məhəmməd peyğəmbər cavab verdi: “Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm”. Məhəmməd
- Bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir. Məhəmməd
- Bir qardaşına onun xəbəri olmadan yardım edən şəxsə Allah dünyada da, axirətdə də yardım edər. Məhəmməd
- … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
C[redaktə]
- Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
D[redaktə]
- Daha sadə düşüncə çox vaxt Allahın dəyərli hədiyyəsidir. Konrad Adenauer
- Doğrudan, Sən əzəmətlisən, ey Külli-İxtiyar Yehova! Sənin mislin yoxdur, Səndən başqa Allah yoxdur. Bütün eşitdiklərimiz buna sübutdur. - Bibliya, 2 İşmuil 7:22
- Dostlar, Allah sizi mənə çox görməsin. Evlənmək istəyirəm (film, 1983)
- Düşmənlə üz-üzə gəlməyi arzu etməyin, elə ki, qarşılaşdınız, dayanın, əl saxlayın. Allah səbr edənlərdəndir. Məhəmməd
E[redaktə]
- Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər. Məhəmməd
- Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir. Verner Heyzenberq
- Ey insanlar, həqiqətən də Allah bildiklərimi sizə də bildirməyi, öyrətməyi əmr etmişdir. Məhəmməd
F[redaktə]
- Fəqirə yardım edən kəs sanki Allaha bir borc verir. Alfred De Viqni
H[redaktə]
- Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
İ[redaktə]
- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
M[redaktə]
- Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
Y[redaktə]
- Yehova Mənəm, başqası yoxdur. Məndən başqa Allah yoxdur. Məni tanımadığın halda, belini kip qurşayacağam ki, gündoğandan günbatanadək bütün insanlar bilsin, məndən başqası yoxdur. Yehova Mənəm, başqası yoxdur. [2]