Oskar Uayld

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Oskar Uayld



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A[redaktə]

  • Adamın ən qorxduğu şey əvvəl axır başına gəlirmiş.
  • Ağıllı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz.
  • Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur.
  • Axıb gedən bir bataqlığın içindəyik hamımız; amma, ulduzlara baxır bəzilərimiz.
  • Axmaqlıqdan başqa günah yoxdur.
  • Aktyorluğu sevirəm, çünki burada əsl həyatdan daha çox reallıq var.
  • Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər.

B[redaktə]

  • Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin.
  • Bədənimi ruhumdan ayırmaq üçün içirəm.
  • Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı.
  • Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər.
  • Bir insanın keçmişi elə onun özüdür, bu, insanları mühakimə etmənin yeganə yoludur.
  • Bir valideyinini itirmək bəxtsizlikdi, hər ikisini itirmək etinasızlıq.
  • Birisi aşiq olarkən, özünü aldatmaqla başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir.
  • Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda, aktyordan romantikaya reallıq qatmasını istəyirik.
  • Biz hamımız zibil qutularındakı zibillərik, ancaq bəzilərimiz üzü yuxarı—ulduzlara baxır.
  • Bizə paxıllıq edənlərin sayı, bacarıqlarımızı doğrular.
  • Bizim hər birimizin içində Cənnət və Cəhənnəm var.
  • Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olurlar.
  • Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq.
  • Bu əsrin gücü sərvətdir.
  • Bu gecə özümdən bezmişəm, başqa birisi olmaq istərdim.
  • Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq.

C[redaktə]

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir.
  • Comərdlik dostluğun əsasıdır.

Ç[redaktə]

  • Çox adam dostlarının uğursuzluğuna məyus olur, ancaq az adam onların uğuruna həqiqətən sevinir.
  • Çox insan özü deyil, fikirləri başqalarının mühakimələridir, həyatları kiməsə səcdə etməkdir, ehtirasları başqalarının ehtiraslarının təkrarıdır.

D[redaktə]

  • Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun müvəffəqiyyətinə sevinə bilmək, möhkəm bir xarakter tələb edir.
  • Dünya dəyişir, çünki siz fil sümüyü və qızıldan yaradılırsınız. Dodaqlarınızın büküşü tarixi yenidən yazır.
  • Dünyada haqqında danışılmaqdan daha betər şey, haqqında danışılmamaqdır.
  • Dünyada heç nə evli qadının sadiqliyinə bənzəmir, heç vaxt evlənməmiş kişilər bunu bilməzlər.
  • Dünyanı, ağıllılar yaşasın deyə axmaqlar qurmuşdur.
  • Dünyanın əxlaqsız adlandırdığı kitablar,dünyanın özünün utanclarını göstərən kitablardır.
  • Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.

E[redaktə]

  • Eqoizm öz arzularına uyğun yaşamaq istəyi deyil, başqalarının sənin arzularına uyğun yaşamasını istəməkdir.
  • Elm və təhsilə qarşı çıxmaq insanlığa qarşı çıxmaqdır.
  • Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm.
  • Evli kişinin xoşbəxtliyi evlənmədiyi qadındadır.
  • Evlilik, bütün qadınların razılaşdığı, bütün kişilərin də razılaşa bilmədiyi bir mövzudur.

Ə[redaktə]

  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur.
  • Əgər bir kitabı dönə-dönə oxumaqdan həzz almırsızsa, onu heç oxumayın!
  • Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə, onları güldürün, yoxsa sizi öldürərərlər.
  • Əgər mağara adamları gülməyi bacarsaydılar, tarix başqa yolla gedərdi.
  • Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır.
  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!
  • Ən pisi o deyil ki, ürək qırılır, ürək qırılmaq üçün yaranıb. Ən pisi odur ki, ürək daşa çevrilsin.
  • Ən yaxşı mühit elə sən özünsən.
  • Ərdəm və pis xasiyyət, sənətçinin sənətinin vəsaitidir.
  • Əsl dostlar səni öndən bıçaqlayırlar.
  • Əvvəlcə qadın kişiyə qarşı müqavimət göstərir, hər şey onunla bitir ki, kişini uzaqlaşmağa qoymur.

G[redaktə]

  • Gənclik, sahib olmağa dəyər tək şeydir.
  • Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur.
  • Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqləri kəsmənin də ən yaxşı yoludur.
  • Güman edirəm ki, öz əcəlimlə ölməyəcəm.
  • Günah insanın üzündə yazılır, onu ört-basdır etmək olmur.

H[redaktə]

  • Heç bir centilmen kişinin pulu olmamışdır.
  • Heç kim öz keçmişini geri ala biləcək qədər zəngin deyil.
  • Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur.
  • Həmişə mümkün olmayan hallara bizi inandırmağa məcbur edən hiss: sevgi adlanır.
  • Hər həzzdə bir zalımlıq yer alır .
  • Hər kəs mənim düşüncəmə qatılsa yanılmış olmaqdan qorxaram.
  • Hər insan öz həyatını yaşadı,və hər kəs yaşadığının qiymətini ödədi. Heyfslənəcək bir şey var ki, o da bir kəsin yalnız bir səhv üçün dəfələrlə hesab ödəməsidir. Eyni səhv üçün dönə-dönə əvəz ödəməli olursan.
  • Hər mövcud incə və gözəl bir şeyin arxasında bir faciə durur.
  • Hər şeyi biləcək qədər gənc deyiləm.
  • Hətta ən varlı adam da öz keçmişini satın ala bilməz.
  • Həyat heç vaxt ədalətli olmur- insanlar əksəriyyəti üçün həyatın ədalətsiz olmağı ən yaxşı haldır.
  • Həyat o qədər lənət bir şey ki; Hər kəsin səhv etdiyini doğru etsən, səhv etmiş sayılırsan.
  • Həyat yatmamıza mane olan kabusdur.
  • Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası.
  • Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi, mən ya adətlərdən doğmuş süstlük, ya da xəyal çatışmazlığı adlandırardım.

X[redaktə]

  • Xırdalıqlara varmaq çox bayağıdır.

İ[redaktə]

  • İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır.
  • İkinci bir eşq tapmadan, birincini unuda bilməzsiniz.
  • İnanmaq çox darıxdırıcıdır. Şübhəli olmaq sıx düşüncələrə dalmaqdır. Tətikdə olmaq yaşamaqdır. Təhlükəsizlik uğruna uyğunlaşmaq ölümdür.
  • İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir.
  • İnsan ağlın diqtəsilə hərəkət etməyə çağrıldıqda əsəbləşən rasional heyvandır.
  • İnsan aşiq olduğu zaman öz özünü aldatmaqla işə başlar, başqalarını aldatmaqla da işi bitirər.
  • İnsan qeyri-mümkünə inana bilər, ancaq ağlasığmaza heç vaxt.
  • İnsanın dərdləriylə başa çıxmasının ən asan yolu onu başqalarına yükləməkdir.
  • İnsanın etdiyi axmaq bir hərəkət, həmişə onun alicənab məqsədlərindən törəyir.
  • İnsanlar bugün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.
  • İnsanları yaxşıya və pisə bölmək gülüncdür, insanlar ya məftunedici olurlar, ya da zəhlətökücü.
  • İnsanların sənin haqqında danışmasından daha pis bir tək şey vardır: insanların sənin haqqında danışmaması.
  • İnsanların yüzdə doxsanı yaşamazlar, sadəcə vardırlar.
  • İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri.
  • İztirabın olduğu hər yer müqəddəsdir.

K[redaktə]

  • Keçmişin bizə gözəl görünməsinə səbəb onun gəlib-keçmiş olmasıdır.
  • Kərpic divarla danişmağı sevirəm, o yeganə varlıqdır ki, mənimlə mübahisə etmir.
  • Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyildir.
  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər.
  • Kişilər çox vaxt qadınlara təklifi sadəcə praktika üçün etmiş olurlar.
  • Kişilər qadınların ilk sevgilisi, qadın isə kişilərin son sevgilisi olmaq istəyərlər.
  • Kişilər sevəndə həyatlarından çox az şey qadınlara verirlər,qadınlar isə əksinə,hər şeylərini.
  • Kişilər yorulduqları üçün evlənirlər, qadınlar isə sadəcə maraqlarından: hər iki tərəf sonda məyus olur.

Q[redaktə]

  • Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır.
  • Qadın öz qızından on yaş gənc görünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur.
  • Qadınla kişinin arasında dostluq ola bilməz! Ehtiras, sevgi, düşmənçilik, səcdə ola bilər, ancaq heç bir dostluq ola bilməz.
  • Qadınlar koplimentlərlə tərkisilah olmurlar, kişilər isə əksinə. Bu da iki cins arasında fərqdir.
  • Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər.
  • Qadınlar sevilmək üçün yaradılıblar, başa düşülmək üçün yox.
  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar.

M[redaktə]

  • Mən cənnətə getmək istəmirəm, dostlarımın heç biri orada deyil.
  • Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir.Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır.Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm.Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər.
  • Moda deyilən şey o qədər çirkindir ki, onu hər 6 ayda bir dəyişdirirlər.
  • Musiqi hisslərin uğultusudur.
  • Müasir həyatda heç nə yaxşı bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir.
  • Müqəddəslə günahkarın arasındakı yeganə fərq ondadır ki, hər müqəddəsin bir keçmişi, hər günahkarın bir gələcəyi var.
  • Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir.
  • Müvəffəqiyyətin və pulun zamanı gənclikdir.

N[redaktə]

  • Nə vaxt insanlar mənimlə razılaşırlarsa,həmişə düşünürəm ki,mən yanılıram.
  • Nəfsdən yaxa qurtarmağın yeganə yolu ona təslim olmaqdır.

O[redaktə]

  • O, çox ağıllıdır, bir qadın üçün olduqca ağıllıdır. Onda zəifliyin izaholunmaz cazibəsi çatışmır.
  • O qədər ağıllıyam ki, özüm özümdən baş açmıram.
  • O şey dəbdədir ki, onu yalnız sən özün geyinirsən.
  • Optimizmin əsası büsbütün bir dəhşətdir.

Ö[redaktə]

  • Özümə yalan danışmağa başladığımdan bəri heç kimə inanmıram.
  • Özün kimi ol, digər rollar artıq tutulub.
  • Özünü düşünməyən adam heç ümumiyyətlə düşünmür deməkdir.

P[redaktə]

  • Pul üçün satmadım özümü, müvəffəqiyyətə böyük bir əvəz verdim.

R[redaktə]

  • Ruh çox dəhşətli bir şeydir,onu almaq,satmaq və hətta dəyişmək olar.

S[redaktə]

  • Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda məni anlamırlar deyə kədərlənmək niyə?
  • Sevilən kim yoxsuldur ki?
  • Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki, elə dəhşətli şirnikləndirici şeylər var ki, güc, güc və cəsarət istəyir ki, ona məğlub olasan.
  • Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə cəsarətin çatmayan bütün günahları təqdim edirəm.
  • Sən hər kəsi sevirsən, bu o deməkdir ki, sən hər kəsə qarşı laqeyidsən.
  • Səni həsrətlə gözlədikləri yerə getmək necə də xoşdur.
  • Sənət əsəri bənzərsizdir, nərgiz çiçəyindən fərqi budur.
  • Sənət təqlidin bitdiyi yerdə başlayır.

T[redaktə]

  • Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür.
  • Tarixin qarşısında bizim yeganə borcumuz daim onun üzünü köçürməkdir.
  • Təbii poza saxlanması olduca çətin pozadır.
  • Təcrübə insanların öz səhvlərinə verdiyi addır.
  • Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən öyrənilməsi vacib olan şey, heç vaxt öyrədilmir

U[redaktə]

  • Uduş kartları olan hər kəs ədalətli oynayır.
  • Uşaqlar həyata valideyinlərini sevməklə başlayırlar, böyüdükcə onları ittiham edirlər, bəzən isə bağışlayırlar.

Ü[redaktə]

  • Üzr istəyirəm, sizi tanıya bilmədim, mən çox dəyişmişəm.

V[redaktə]

  • Vaxt-pul itkisidir.
  • Vətənpərvərlik qəddarlıq məziyyətidir.
  • Vətənpərvərlik mərhəmətsizlərin ərdəmidir.
  • Vicdan bizim hamımızı eqoist edir.

Y[redaktə]

  • Yalnız dayaz düşüncəli insanlar xarici görünüşə görə mühakimə etmirlər. Dünyanın əsl müəmması görünəndir, görünməyən deyil.
  • Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.
  • Yaşa! Daxilindəki o gözəl həyatı yaşa! Yaşaya biləcəyin şeylərin itməsinə icazə vermə. Yeni hisslərin axtarışında ol.Heç nədən qorxma.
  • Yaşlılar hər şeyə inanırlar.. Orta yaşlılar hər şeydən şübhələnirlər.. Gençler də hər şeyi bilirlər.
  • "Ya divar kağızı gedir, ya da mən".Son sözləri
  • Yoxsulluq? O nədir? Yoxsulluq qapımızın ağzına gəlib çıxanda,sevgi pəncərədən uçub uzaqlaşır.

Xarici keçidlər[redaktə]

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Wikimedia Commonsda Oskar Uayld ilə əlaqəli mediafayllar var.

Vikpediyada Oskar Uayld haqqında məqalə var.