Məzmuna keç

Təməl



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə quruluşunda qadın, binanın təməl daşıdır. Kamal Çingiz
  • Allah qarşısında əyilmək bu dünyada əyilməzliyin təməl daşıdır. Əbu Turxan
  • Bir universal qanun vardır: bu ədalət qanunudur. Ədalət bir millətin hüququnun təməl daşıdır. Aleksis de Tokvil
  • Böyüksüz ocağın, böyüksüz evin,
    Təməli dağılar, özülü laxlar. Zəlimxan Yaqub
  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
  • Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir. Robin Şarma
  • Ehtiyaclar təməl motivasiya faktorudur. Ancaq bəzi faktorlar motivasiya etməz lakin motivasiyanın varlığı üçün lazımlıdır. Fridrix Herzberq
  • Elmsiz şeir təməli olmayan divara bənzər və təməli olmayan divar da tez yıxılar. Məhəmməd Füzuli
  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
  • Həyat müharibə, strategiya onun qanunu, təməl daşı, zərurətidir. Teodor Drayzer
  • Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir. Ziqmund Freyd
  • İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Əbu Turxan
  • İnsanlar arasında təbii bir aristokratiyanın olması fikri ilə razıyam. Onun üçün təməl fəzilət və istedaddır. Tomas Cefferson
  • Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir. Mişel Fuko
  • Mədəniyyətdən uzaq yaşayan insanları gördükcə insanın təbiəti haqqında daha yaxşı fikirləşməyə fürsətim oldu və sözdə mədəni insan ilə sözdə vəhşi insan arasındakı təməl fərqlərin yoxa çıxdığını gördüm. [1] Alfred Rassel Uolles
  • Mən Çaykovskinin yaradıcılığına coşğun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm. Üzeyir Hacıbəyli
  • Səbr ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır. Tomas Karleyl
  • Sovet xalqı ilə alman xalqı arasında münasibətlərin islahatı Almaniyanın sovet zonasının hakimiyyət orqanlarının apardığı xətt üzrə mümkün deyil. Həmin zonadakı almanlar onları bu qədər qeyri-insani şəkildə pozanlara nifrət və xor baxmağa başladılar. Və bu sistemi dəstəkləyənlərə qarşı da oxşar hisslər olmalıdır. Sərhədin bağlanması misli görünməmiş iflasın etirafıdır. Almaniyanın o hissəsində yaşamaq məcburiyyətində qalan insanların fəhlə və fermerlər cənnətini tərk etmələrinin qarşısını ancaq fiziki güc tətbiq etməklə almaq olar. Sovet və alman xalqları arasında münasibətləri yeni təməl üzərində qurmağın yalnız bir imkanı var: alman xalqına öz iradəsini azad və təsirsiz şəkildə ifadə etmək yolu ilə formalaşdırmaq hüququ geri qaytarılmalı, yer üzündə heç bir xalqa verilməməlidir. Konrad Adenauer
  • Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir. Ogüst Kont
  • Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. Tur Xander

İstinadlar

[redaktə]