Məzmuna keç

Lider



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı lider cavabını duymaq istəmədiyi sorğunu heç vaxt soruşmaz! Atilla
  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bir liderin ən əhəmiyyətli vəzifəsi, ümidi yaymaqdır. Ergün Gülər
  • Düzgünlük və məsuliyyət sahibi kimsə lider olmağa layiqdir. Siseron
  • Hitlerin sisteminə nifrət etmək olar, amma onun vətənpərvərlik naliyyətlərinə heyran qalmamaq olmaz. Əgər bizim ölkəmiz məğlub olsa, ümid edirəm ki, bizdə də belə bir heyranedici, layiqli lider tapılacaq və o bizə yenidən cəsarət verəcək, başqa millətlər arasında yerimizi bizə qaytaracaqdır. Uinston Çörçill
  • Lider açıq hərəkət edir, boss isə bağlı qapılar arxasında. Lider adamları arxasınca aparır, boss isə idarə edir. Teodor Ruzvelt
  • Liderliyin dərin təməli partiya və dövlətdəki demokratik prinsiplərin zəifliyidir. Dmitri Volkoqonov
  • Musiqini bir liderin danışması, ya da hər zaman düşündüyü, amma əsla yüksək səslə söyləyə bilmədiyi öz sözləri kimi dinləyərdi. Andrey Platonov
  • Özümü heç vaxt lider olaraq görmədim. Amma ən əhəmiyyətli insan olaraq bəlkə görmüşəm. Freddi Merkyuri
  • Yaradıcılıq, lider olmaq və izləyən olmaq arasındakı fərqdə gizlidir. Stiv Cobs

İstinadlar

[redaktə]