Stiv Cobs

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

Stiv Cobs, Apple korporasiyasının banisi və mərhum rəhbəri.

Mündəricat

H[redaktə]

  • Həyat qısadır, deyəsən yalnız öldüyümüzdə anlayacağıq bunu.

İ[redaktə]

  • İşə yalnız ağıllı adamları götürməyin və daha sonra isə onlara nə etməli olduğunu deməyin heç bir mənası yoxdur, biz işə ağıllı insanları götürürük ki, onlar bizə nə etməli olduğumuzu desin.

Q[redaktə]

  • Qaldıra bilmədiyim kompyuterə etibar etmirəm.

M[redaktə]

  • Mən əminəm ki, uğurlu sahibkarlardan uğursuzları ayıranın yarısı - əzmkarlıqdır.
  • Müştərilərdən onların nə istədiyi barədə soruşmayın, çünki siz bunu edəndə, onlar artıq nəsə başqa bir şey istəyəcəklər.

O[redaktə]

  • 17 yaşım olanda, bir sitat oxudum - buna bənzəyirdi: "Hər gün, bu gün axırıncı gün imiş kimi yaşayırsansa, bir gün sən haqlı çıxacaqsan". Mən bu sitatdan çox təsirləndim və o vaxtdan bəri, 33 il ərzində hər gün güzgüyə baxaraq özümdən soruşuram: "Bu gün ömrümün axırıncı günü olsa, bu gün eləmək istədiyim şeyləri eləyərdimmi?". Bir neçə gün ərzində bu suala cavabım "yox" olanda başa düşürdüm ki, nəyisə dəyişmək lazımdır.

Ö[redaktə]

  • Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir.
  • Ömrünün axırınadək şirin su satmaq istəyirsiniz, yoxsa dünyanı dəyişmək?

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Vikpediyada Stiv Cobs haqqında məqalə var.