Andrey Platonov

Vikisitat saytından
Andrey Platonov
Doğum tarixi 16 avqust 1899
Doğum yeri Voronej
Vəfat tarixi 5 yanvar 1951
Vəfat yeri Moskva
Dəfn yeri Moskva erməni qəbiristanlığı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Andrey Platonov (28 avqust 1899, Voronej, Rusiya imperiyası — 5 yanvar 1951, Moskva, SSRİ) — rus sovet yazıçısı, dramaturqu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağrımız artıq əvvəlki kimi zavallı olmasın, bir başqa cür olsun. Ağrımız kərtənkələnin, tısbağanın ağrısına bənzəyirdi.
  • Altmış ildən bəri hər Allahın ver günü ömrünə nöqtə qoymağa bircə an qalmış bu adam hələ bir dəfə də olsun ölməmişdi. Bu səbəbdən ölümün və hər cür fəlakətin gücünə inamını itirmişdi. Ölümsüz, xoşbəxt biri kimi sakitcə, qayğısız həyatını sürdürürdü.
  • Anlayan üçün kainat yoxdur.

B[redaktə]

  • Bilgisizliyi mədəniyyətdən çox sevirdi: cahillik hər bilginin yetişə, bitə biləcəyi bir tarladırsa, mədəniyyət artıq heç bir şeyin yetişməyəcəyi ot basmış tarladır.
  • Bir kimsə uyuyan insanları seyr etməz, halbuki gerçək sevimli üzlər sadəcə, onlardadır. Oyaq insanın üzü isə yaddaşla çapılıb.
  • Bir zamanlar bəylər üçün qos-qoca nəhrlər qazmış işçilər artıq heç bir şey, özləri üçün məzar belə, qaza bilməyəcəkdilər.
  • Bir zaman var olmusunuz, heç bir şey digər bir şeyə bənzəmədən, var olan bir şeyi yıxmadan gerçəyə çevrilə bilməz.
  • Boş yerə ağlama, insanlar mahnı deyil. Məni mahnılar çox ağladır. Öz toyumda belə ağlamışdım.

Ç[redaktə]

  • Çox zəngin bir adam deyiləm, sırf bədənimin içində yaşayıram.

D[redaktə]

  • Dəmirdən istədiyinizi düzəldə bilərəm, amma insandan kommunist düzəldə bilmərəm.
  • Doğrudur: Ruh boyundadır! Bəs bizi niyə boynumuzdan asırlar?
  • Duyğu dediyin kütləvi bir axındır, düşüncə isə təşkilanmaqdır.
  • Dvanovun başının içində qan düşünür, yoldaş Profoyində isə sümük. Birdəfəlik anladınmı?

X[redaktə]

  • Xoşbəxt insanları cəzalandırmaq çətindir, çünki onlar pislikdən bir şey anlamazlar.

H[redaktə]

  • Heyvanlar və bitkilərlə müqayisədə insan həyasızdır.
  • Hüznlü olsa belə, musiqi daim zəfər üçün səslənər.

İ[redaktə]

  • İç çəkmələr və xorultular o qədər gurultuluydu ki, sanki burda yatmırdılar, nəsə iş görürdülər. O qayğılarla bol günlərdə yuxu da bir iş idi.
  • İnqilab savaşdan asandır.
  • İnsan danışmayana qədər ağıllı sayılmaz, çünki susqunluqda ağıl yoxdur, ani duyğunun əziyyəti var.
  • İnsanın dərdi günəşin yolunu izləyər; axşam çöküncə batar, səhər açılınca təpəyə çıxar. Hərəkət+ Hərəkətə keçməyən insanlar özlərini ağıllı sanırlar ki, bu axmaqlıqdan daha pisdir.
  • İnsanın içində bir də bir kiçik seyrçi yaşayır: nə davranışımıza, nə acılarımıza qatılan, daim soyuqqanlı və dəyişməz qalan bir seyrçi. Onun işi görmək və şahid olmaqdan ibarətdir. Amma o insanın həyatında söz haqqına sahib ola bilməz.
  • İnsanın öz-özüylə söhbəti sənət, başqalarıyla söhbəti əyləncədir. Şəhər+ Mən həmişə bir şəhərdə yaşayıb başqa şəhəri sevmişəm.

K[redaktə]

  • Kommunizmi və xoşbəxtliyi bütünlüklə yığışdırmaq daha yaxşı olmazdımı? Aradabir sinfin ehtiyacına görə kütlələrə bir pay düşərdi.
  • Kopyonkin çiyninə atdığı kötüklə qarşıdan gəlirdi, arxadan da Serbinov kötüyü bacarıqsızcasına, ağırlığın ancaq səkkizdə birini qaldıraraq, bir intellektuala yaraşacaq şəkildə tutmuşdu.

Q[redaktə]

  • Qəlb dediyin insanın təsərrüfat işçisidir, işçinin özüdür ki, var.

M[redaktə]

  • Maşına minib burjuaziyaya gedəcəm, iki çəllək mürəbbə gətirəcəm, bütün kommunizmə yetər.
  • Mən kor bir adamam, ancaq qaranlığı anlayıram.
  • Musiqini bir liderin danışması, ya da hər zaman düşündüyü, amma əsla yüksək səslə söyləyə bilmədiyi öz sözləri kimi dinləyərdi.

N[redaktə]

  • Nədənsə müharibə və inqilab çağında insanlar çoxlu yuxular görürlər. Sülh zamanı belə şeylər olmur; hamı kötük kimi yatır.

Ö[redaktə]

  • Ölmək istədiyi halda həyatda qalsaydı, azad düzəndən bəhs edə bilərdikmi?
  • Ölü kimi yaşamağı bacardıq, adam kimi yaşamaq artıq çətin olmaz.

R[redaktə]

  • Ruhun içində insanın xoşbəxtliyini təmin etməsi üçün boş bir yer həmişə qalır.

S[redaktə]

  • Sənin xoşbəxtliyin bədbəxtliyə oxşayır.
  • Sonsuzluq nədir axı? O sonunda dalana dirənmək məcburiyyətindədir.

T[redaktə]

  • Torpağı verdiniz, əvəzində son toxumumuza qədər əlimizdən alırsınız. Elə isə bu torpağı siz təpələriylə istifadə edin. Kəndlinin nəsibi ancaq üfüqün mənzərəsidir.

Ü[redaktə]

  • Ürəkdə və dünyada qəfəsə salınmış kimi çırpınan, hələ sınanmamış bir səadət yaşayırdı, hər bir insan onun gücünü hiss edirdi, onun hərəkət meydanı məhdud idi və dar bir yerə sığına bilmək üçün skelet içindəki ürək kimi şikəst qalmışdı.

Y[redaktə]

  • Yer üzündə ölüdən daha kasıb proletar yoxdur.

İstinadlar[redaktə]