Zəfər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
B
[redaktə]- Bir adamın öz özünü məğlub edərək qazandığı zəfər, bir başqasının döyüşdə min adamı min dəfə məğlub edərək qazandığı zəfərdən daha yaxşıdır. Qautama Budda
- Bir millət irfan ordusuna malik olmadıqca, savaş meydanlarında nə qədər zəfərlər əldə edərsə-etsin, o zəfərlərin yaşaması ancaq irfan ordusu ilə mümkündür. Mustafa Kamal Atatürk
- Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk
- Bu uzaq nöqtədən Yer xüsusi maraq doğurmaya bilər. Amma bizim üçün fərqlidir. Bu nöqtəni bir daha nəzərdən keçirin. Ora bura, o ev, o bizik. Onun üzərində sevdiyiniz hər kəs, tanıdığınız hər kəs, indiyə qədər eşitdiyiniz hər kəs, indiyə qədər olan hər bir insan öz həyatını yaşadı. Sevincimizin və iztirabımızın məcmusu, minlərlə inamlı dinlər, ideologiyalar və iqtisadi doktrinalar, hər ov və ovçu, hər qəhrəman və qorxaq, sivilizasiyanın hər yaradıcısı və məhvedicisi, hər bir kral və kəndli, hər sevgi dolu gənc cütlük, hər ana və ata, ümidli uşaq, ixtiraçı və kəşfiyyatçı, hər bir əxlaq müəllimi, hər korrupsioner siyasətçi, hər bir “super ulduz”, hər bir “ali lider”. Yer böyük bir kosmik arenada çox kiçik bir mərhələdir. Bütün o generallar və imperatorlar tərəfindən tökülən qan çaylarını düşünün ki, onlar şöhrət və zəfər içində bir nöqtənin bir hissəsinin ani ustası ola bilsinlər. Bu pikselin bir küncünün sakinlərinin başqa bir küncün çətin ki, fərqlənən sakinlərinə baş çəkdikləri sonsuz qəddarlıqları, onların nə qədər tez-tez anlaşılmazlıqlar etdiyini, bir-birlərini öldürməyə nə qədər həvəsli olduqlarını, nifrətlərinin necə qızğın olduğunu düşünün. Duruşlarımız, təsəvvür edilən öz əhəmiyyətimiz, Kainatda hansısa imtiyazlı mövqeyə malik olduğumuza dair aldanışımız bu solğun işıq nöqtəsi ilə mübahisə edir. Planetimiz böyük kosmik qaranlıqda tənha bir ləkədir. Bizim qaranlıqda, bütün bu genişlikdə bizi özümüzdən xilas etmək üçün başqa yerdən kömək gələcəyinə işarə yoxdur. Yer bu günə qədər həyatın yaşadığı yeganə dünyadır. Ən azından yaxın gələcəkdə növlərimizin köçə biləcəyi başqa heç bir yer yoxdur. Ziyarət, bəli. Razılaşın, hələ yox. İstəsək də, istəməsək də, bu an üçün Yer bizim dayandığımız yerdir. Astronomiyanın alçaldıcı və xarakter formalaşdıran bir təcrübə olduğu deyilir. Bəlkə də kiçik dünyamızın bu uzaq görüntüsündən daha yaxşı insan təkəbbürünün axmaqlığının nümayişi ola bilməz. Mənə görə, bu, bir-birimizlə daha mehriban davranmaq və indiyə qədər tanıdığımız yeganə ev olan solğun mavi nöqtəni qorumaq və əzizləmək bizim məsuliyyətimizi vurğulayır. Karl Saqan
D
[redaktə]- Döyüş ustası olanlar hirslənməzlər. Zəfər ustası olanlar qorxmazlar. Ağıllılar döyüşmədən zəfər qazanar, cahillər zəfər üçün döyüşərlər. Sun Tzu
- Dünya tar-mar olsa belə, qoy ədalət zəfər çalsın. Siseron
Ə
[redaktə]- Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. Platon
- Ən böyük zəfər məğlub etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. Əbu Turxan
- Ən qorxulu an zəfər anıdır. Napoleon Bonapart
H
[redaktə]- Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük bir məqsədə çatmaq üçün lazım olan ən mühüm vasitədir. Mustafa Kamal Atatürk
- Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir. Pittak
M
[redaktə]- Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
Ö
[redaktə]- Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... Ernesto Çe Gevara
S
[redaktə]- Savaşı sevirəm, çünki sonunda zəfər var. Alp Arslan
T
[redaktə]- Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)
Z
[redaktə]- Zəfər iradədən ibarətdir. Napoleon Bonapart
- Zəfər qazandığı zaman özünü yenən iki dəfə qazanmış olar. Sir Publili
- Zəfər zəfər deyildir, yenilən düşmən yenildiyini qəbul etməsə. Mattias Klaudius
- Zəfər, zəfər mənimdir deyə bilənindir. Mustafa Kamal Atatürk
- Zəfərə əlavə ediləcək yeganə bəzək təvazökarlıqdır. Şarl Pino Düklo
İstinadlar
[redaktə]- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319