Sir Publili
Jump to navigation
Jump to search
Sir Publili - Qədim Roma şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı adam başqalarının qüsurlarını görərək öz qüsurlarını düzəldər.[1]
B[redaktə]
- Başın iztirabı bədənin iztirabından daha ağırdır.
- Başqalarına çox şeyi bağışla, özünə isə heç nəyi bağışlama.
- Başqalarını tez-tez əfv et, özünü əsla.
- Başqalarından sənin başqaları üçün etdiyini gözlə.
- Başqalarının qüsurlarını görən ağıllı adam özününkülərdən qurtulur.[2]
- Bəzən pisliklə mübarizə vasitəsi pisliyin özündən də pis olur.
- Bir şeyi pis bilməkdənsə, bilməmək daha yaxşıdır.
Ç[redaktə]
- Çoxları məsləhət alır, amma təkcə ağıllılar ondan faydalana bilirlər.
D[redaktə]
- Dünən bu günün müəllimidir.
E[redaktə]
- Evliliyi davam etdirən bədən deyil, ruhdur.
- Elə müalicələr var ki, xəstəliyin özündən daha pisdir.
Ə[redaktə]
- Ən yüksəyə çatmaq istəyirsənsə, ən aşağıdan başlamalısan.
G[redaktə]
- Günahsızı məhkum edən hakim ilk növbədə özünü məhkum etmiş olur.
H[redaktə]
- Həyat insana bağışlanmayıb, borc verilib.
Q[redaktə]
- Qalibin yaraları ağrımaz.
M[redaktə]
- Mən dediyim sözlərə görə peşmançılıq çəkmişəm, amma susduğuma görə bir dəfə də peşman olduğum yadıma gəlmir.
P[redaktə]
- Pul xəsisləri doyuzdurmur, qıcıqlandırır.
Ş[redaktə]
- Şərəfini itirənin itirəcək başqa bir şeyi yoxdur.
U[redaktə]
- Utanmağı öyrətmək mümkün deyil, onunla doğulmaq gərəkdir.
Y[redaktə]
- Yalnız özü üçün xeyirxah olan adamı bədbəxt adlandırmaq lazımdır.
- Yoxsul çox şey istər, həris isə hər şeyi.
Z[redaktə]
- Zəfər qazandığı zaman özünü yenən iki dəfə qazanmış olar.
Mənbə[redaktə]
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.132
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,