Həyat

Vikisitat saytından
Jump to navigation Jump to search
Ən böyük hikmət, bu günün zövqünü həyatın ən böyük məqsədi etməkdir, çünki bu, yeganə həqiqətdir, qalan hər şey bir fikir oyunudur.Artur Şopenhauer



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

B[redaktə]

  • Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. Teodor Fontane
  • Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.[1] Ziqmund Freyd
  • Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. Henri Toro

D[redaktə]

  • Dünyada heç bir nemət həyatın əvəzi ola bilməz və onu hər cüzi şey üstündə və ədalət pərdəsi altında azad insanlardan almaq olmaz. Mirzə Fətəli Axundov

E[redaktə]

Ə[redaktə]

  • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. Dante Aliqyeri
  • Ən böyük hikmət, bu günün zövqünü həyatın ən böyük məqsədi etməkdir, çünki bu, yeganə həqiqətdir, qalan hər şey bir fikir oyunudur. Artur Şopenhauer

F[redaktə]

  • Faydasız həyat- vaxtsız ölümə bərabərdir. Höte

H[redaktə]

  • Hər gün insan üçün yeni bir həyatdır. R.Beyker
  • Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. Anna De Stal
  • Həyat beşiklə məzar arasındakı sınaq müddətidir. Onore de Balzak
  • Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. Viktor Hüqo
  • Həyat elmin qarşısına məqsəd qoyur, elm həyat yolunu işıqlandırır. Nikolay Mixaylovski
  • Həyat əvvəldən axıradək öyrənməkdir. Jan de Labrüyer
  • Həyat həmişə ciddidir,lakin həmişə ciddi yaşamaq olmaz. G.Çesterton
  • Həyat hərəkət deməkdir, su da axmayanda iylənər. Aristotel
  • Həyat-insanların itirdikləri məhəbbətlə zənginləşir. Rabindranat Taqor
  • Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. Corc Santayana
  • Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz. Maksim Qorki
  • Həyat – sənin başqa planlar qurduğun vaxt ərzində, başına gələn hadisələrdir. Con Lennon
  • Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. Fridrix Nitsşe
  • Həyat yuxuda da öz sonuna doğru gedir. A.Bule
  • Həyatda ən dəhşətli şey diri ikən ölməkdir. M.Anderson-Nökse
  • Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
  • Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton)
  • Həyatımın payızı gəlib çatdı. Elə bir bəhrəli ağaca bənzəmək istəyirəm ki, hər tərpənişimdə meyvələrim dolu kimi yağsın. Lüdviq van Bethoven
  • Həyatınızin ən yaxşı illəri – yaşadığınız problemlərinin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz. Albert Ellis
  • Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. Lev Tolstoy
  • Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
  • Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. Aristotel
  • Həyat­la əla­qə­dar hər şe­yi film­lər­də ta­pa bi­lər­siz, fut­bol­la əla­qə­dar hər şe­yi bir der­bi­də.[2] Qrem Su­ness

İ[redaktə]

  • İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. Volter
  • İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. Sokrat
  • İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. Jan de Labrüyer

K[redaktə]

  • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.Oskar Uayld

M[redaktə]

  • Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. Volter
  • Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson)
  • Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. Aleksandr Bek
  • Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.(B.Spinoza)

Ö[redaktə]

  • Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. Deyl Karnegi
  • Özünə ucuz həyat axtarandan miskin adam tanımıram. Devid Star Cordan

R[redaktə]

  • Ruhumun dərinliklərində bəzən şən,bəzən də kədərli mahnılar eşidirəm.Məni həyata bağlayan da elə bunlardır. Anri Berqson

Ş[redaktə]

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Futbol tarixində iz buraxan sitatlar