Görüş
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bizdən sonrakı nəsillərə faydalı olacaq şəkildə yaşamadıqca və onlara bir az daha görüş, düşünmə, bir az daha çox cəsarət və əxlaq sağlamlığı bıraxmaıdqca həyatdan çəkilməyin. P. Pecaut
Ə
[redaktə]- Əgər bir xanım görüşə gözəl olaraq gəlirsə, kim onun gecikdiyinə görə əsəbləşəcək ki? Heç kim! Cerom Selincer
- Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1] Cek Ma
- Əvvəl görüş, sonra - soruş. Tatar atalar sözləri
G
[redaktə]- Görüş - ayrılığa başlanğıcdır. Yapon atalar sözləri
- Görüş ayrılmasının başlanğıcıdır. Yapon atalar sözləri
- Gözünə görüş gücü verdimi, gözündə bu aləm kimi yüzlərlə aləm peydahlanar. Sənə görə bu dünya çox böyükdür, sonsuzdur, amma bil ki, Allahın gücünə qarşı bir zərrə belə deyildir. Mövlana Cəlaləddin Rumi
İ
[redaktə]- İlk görüşdə əlini sıxır, yaltaqlanır, quyruq bulayır, çönən kimi artıq o adam deyil və alçaqlığı ilə adamı heyran edir. Abay Kunanbayev
- İlk görüşdən eşqə inanıram. Niyə dəmə, bunu yaşayan bilər. Çünki eşqdə ikinci görüş heç olmaya bilər. Can Yücəl
K
[redaktə]- Kitab ünsiyyətdə, əməkdə, mübarizədə bir silahdır. O, insanları həyat və mübarizə təcrübəsi ilə silahlandırır, onların görüş dairəsini genişləndirir. Nadejda Krupskaya
M
[redaktə]- Məhəbbət məstedici qəzadır: divara girəcəyini bilə-bilə yenə də qaza basırsan; dodağında gülüş öz məhvinlə görüşə uçursan; maraqla partlayacağın dəqiqəni gözləyirsən. Frederik Beqbeder
- - Mən görüşə gedirəm. Bu sifətləmi gedim?
( Sitatın izahı: Debatlar zamanı Stiven Duqlasın Linkolnu ikiüzlü adlandırmasından sonra yaranan sitat). Avraam Linkoln
- Mən Tanrı ilə görüşə hazıram. Bəs Tanrı bu çətın sınağa hazırdırmı? Uinston Çörçill
N
[redaktə]- Neçə əsr əvvəl dünyadan köçmüş dahilərlə siz kitablar sayəsində görüşə bilirsiniz. Rene Dekart
S
[redaktə]- Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə. Attila İlhan
- Son dərəcə gözəl qadınlar ikinci görüşdə adamı daha valeh etmir. Stendal
T
[redaktə]- Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır. Varlığımdan kənar varlığımsan mənim. Sən dünyayay lazım olmayanda dünya da sənə gərək olmur. Xudu Məmmədov
İstinadlar
[redaktə]- ↑ Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014 (azərb.)