Stendal
Görünüş
Stendal | |||
Doğum tarixi | 23 yanvar 1783 | ||
Doğum yeri | Qrenobl | ||
Vəfat tarixi | 23 mart 1842 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Monmartr qəbiristanlığı | ||
|
Stendal (Anri-Mari Beyl- 1783–1842) — Fransız yazıçısı, psixoloji romanın banilərindən biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı qadın heç vaxt təyinatla təslim olmur. Həmişə gözlənilməz bir xoşbəxtlik olmalıdır.
- Ağlın çevikliyi gözəlliyi əvəz edə bilər.
- Ağlın ən gözəl üstünlüklərindən biri də qocalıqda insana hörmət bəxş etməsidir.
- Axmaq üçün xoşbəxtlik olan qələbə olmasaydı, mənim xoşbəxtliyim tam olardı.
- Aşiq olana qədər çox miskin idim. Çünki, bəzən özümü böyük hesab etməyi çox istəyirdim.
- Aşiq olanın dostları olmur.
- Aşiqlər çox vaxt ən çox inandıqlarına şübhə edirlər.
- Avaraçılıq sıxıntının anasıdır.
B
[redaktə]- Baxışlarla hər şey demək olar. Buna baxmayaraq, baxışı inkar etmək də olar. Çünki, o, əvvəlki dəqiqliklə təkrarlana bilməz.
- Bəli, həyatın yarısı və üstəlik, ən gözəl yarısı — qadını ehtirasla sevməyən insan üçün qadın gizli qalır.
- Bəşər övladının xoşbəxtliyi üçün hər şeyi qurban verməyi öyrədən gözəl ideyaları insanlara aşılamaq sənəti böyük sənətdir.
- Bir ehtirasın gücü bunun üçün qurban verilmiş digərinin gücü ilə qiymətləndirilməlidir.
- Bir insana özündə bütün istedadları birləşdirməyə imkan verilməmişdir.
- Bir kişi incə bir qadının qəlbində baş verənlər haqqında demək olar ki, ağlabatan bir şey deyə bilməz; cilvəli qadın isə başqa məsələ: hissiyyatlılıq və şöhrətpərəstlik bizə də xasdır.
- Biz bir qadının sevgisinə əmin olduqda bizi onun gözəllik dərəcəsi maraqlandırır. Əksinə, onun sevgisinə şübhə edəndə onun üzü barədə düşünmürük.
- Bizim üçün yalnız qısqana biləcəyimiz adamların qısqancı xoşdur.
- Böyük məhəbbət kiçik qığılcımlardan doğur.
- Böyük sənət insana insan övladının xoşbəxtliyi üçün hər şeyi qurban verməyi öyrədən gözəl ideyalar aşılayır.
Ç
[redaktə]- Çox vaxt göz yaşları sevginin son təbəssümüdür
D
[redaktə]- Danışıq aparmaq qabiliyyəti istedaddır.
- Demək olar ki, həyatdakı bütün bədbəxtliklərimiz başımıza gələn hadisələrlə bağlı yanlış təsəvvürlərimizdən qaynaqlanır. İnsanları hərtərəfli tanımaq, hadisələri ağılla mühakimə etmək xoşbəxtliyə doğru böyük bir addımdır.
- Dilin əsas üstünlüyü onun səlis olmasındadır.
- Dünyada iki növ bədbəxtlik var: təmin edilməmiş ehtirasın bədbəxtliyi və ölümcül darıxmağın bədbəxtliyi.
- Düşünməkdən iztirab doğar.
E
[redaktə]- Ehtirasları gözlə, məsələn, yanğın və ya dəfn mərasimi kimi gözlə görmək olmaz. Onların yalnız təzahürləri görünür. Bunları isə öz ürəyində tapa bilərsən.
Ə
[redaktə]- Əgər dünya daha əxlaqlı olarsa, daha ədalətli olar.
- Əgər səbir və qəzəbini cilovlamaq qabiliyyətinə malik deyilsənsə, siyasətçi ola bilməzsən.
- Əmək ballastı olmayan həyat gəmisi bütün küləklərə və fırtınalara təslim olur.
- Əmək həzzin atasıdır.
F
[redaktə]- Fərqlilik nifrət doğurur.
G
[redaktə]- Gənclik — cəsarət dövrüdür.
- Göz yaşlarıı təbəssümün ən yüksək dərəcəsidir.
- Gözəllik yalnız xoşbəxtlik vədidir.
H
[redaktə]- Heç vaxt həqiqi ehtirasla sevməmiş insan həyatının yarısını, həm də gözəl yarısını yaşamamışdır.
- Hər bir məntiqə uyğun dəlil inciklik yaradır.
- Hər hansı bir müstəsna hallarda dost üçün ölmək, gündəlik və gizli olaraq özünüzü onun üçün qurban verməkdən daha az mənəvidir.
- Hər hansı bir partiyada insan nə qədər ağıllı olarsa, partiyasına bir o qədər az aid olur.
- Hər iki cinsdən olanların qocalıq taleyi gəncliklərini nəyə xərclənmələrindən asılıdır.
- Həya insan qəlbinin bütün ehtiraslarının ən gözəli olan məhəbbətin anasıdır.
- Həyatda demək olar ki, bütün bədbəxtliklər başımıza gələnlər barəsində yanlış təsəvvürlərdən irəli gəlir. Deməli, hadisələr haqqında insanların dərin bilikləri və sağlam düşüncələri bizi xoşbəxtliyə yaxınlaşdırır.
- Həyatı sevdirmək üçün çox kiçik bir ümid kifayətdir. İki-üç gündə ümid yox ola bilər; buna baxmayaraq, sevgi artıq doğulub.
- Hisslər aləminin ancaq bir qanunu var: gərək sevdiyin adamı xoşbəxt edəsən.
İ
[redaktə]- İnsan xarakteri nə qədər güclü olarsa, o, sevgidə bir o qədər qeyri- sabitliyə meyilli olar.
- İnsan yer üzündə zəngin olmaq üçün deyil, xoşbəxt olmaq üçün yaşayır.
K
[redaktə]- Kişilərin əksəriyyəti bütün şübhələri dağıda biləcək sevginin sübutlarını xahiş edirlər. Bədbəxtlikdən, qadınlar üçün belə sübutlar yoxdur.
- Konstitusiyası olan ölkədə ictimai rəy təhlükəlidir.
Q
[redaktə]- Qadın gözəlliyi cəhalətdən irəli gəlmir.
- Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir.
- Qadınları mükəmməl bərabərlik içində qəbul etmək sivilizasiyanın ən etibarlı əlaməti olardı və bəşəriyyətin intellektual qüvvələrini ikiqat artırardı.
- Qırx yaşındakı bir qadın ancaq gəncliyində onu sevən kişilər üçün dəyərlidir.
- Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır.
M
[redaktə]- Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur.
- Mən kimlərinsə gözündə pis görünməkdən əzab çəkməyimə son qoymamış öz şəxsi xoşbəxtliyim üçün heç nə etməyəcəm.
- Məntiq sənət və ya elm deyil, hiyləgərlikdir.
- Musiqi mükəmməl olduqda ürəyi yaşadığınız vəziyyətə, sevilən birinin varlığından ləzzət aldığınız vəziyyətə gətirir, yəni, şübhəsiz ki, dünyada mümkün olan ən parlaq xoşbəxtliyi verir.
N
[redaktə]- Notlar- ideyaları yazmaq məharətidir. Əsas onlara malik olmaqdır.
Ö
[redaktə]- Özünü təslim edə bilməyən qadın özünü satmağı bacarar.
- Özünüz olmağa çalışmaq, uğur qazanmağın yeganə yoludur.
- Özünüzdən başqa hər şeyi dərk edə bilərsiniz.
P
[redaktə]- Parisdə dəbə uyğun geyinməyə çalışan əyalət qadını özünü yöndəmsiz şəkildə təklif edir və bununla da gülünc vəziyyətə düşür. Parisə gələn əyalət qadınları əvvəlcə elə geyinməlidirlər ki, sanki onların otuz yaşı var.
R
[redaktə]- Rəsm – bu, rəssamın üz cizgiləri və bədənin vəziyyəti ilə ehtirası təsvir etdiyi, süjetə canıyananlığı və istehzalı münasibətilə tamaşaçını həyəcanlandırdığı incəsənətdir.
- Rəsm çəkməyi öyrənmək yox, düşünməyi öyrənmək əsas şərtdir.
- Rəssam nə qədər böyükdürsə, o, bir o qədər müdafiəsinə xidmət edən rütbələri və ordenləri arzulamalıdır.
- Rəssamın şəxsi mənfəət məqsədi hər cür incəsənət əsərini məhv edir.
- Roman- böyük yolla getdiyin güzgüdür. O gah göy qübbəsini, ya da çirkli gölməçələri və çala-çuxurları əks etdirir.
- Romantizm xalqlara adət və inanclarının hazırkı vəziyyətini nəzərə alaraq ən böyük zövq verə biləcək bir ədəbi əsər vermək sənətidir.
S
[redaktə]- Sadəlik bütün hiylələrə qalib gələn qüvvədir.
- Sevən insan bir predmetdən artıq bir şey görə bilmir. Adi qadın isə, əksər hallarda tanınmaz hala gəlir və müstəsna bir varlığa çevrilir.
- Sevərkən sevimli mənbədən başqa mənbədən su içmək istəmirsən. Sədaqət bu halda təbii şeydir.
- Sevgi ehtirasında mükəmməl xoşbəxtlik yaxınlıq etməkdən yox, ona son yanaşmadan ibarətdir.
- Sevgi gözəl bir çiçəkdir, ancaq onu dəhşətli uçurumun kənarından qoparmaq üçün cəsarət lazımdır.
- Sevgi sivilizasiyanın möcüzəsidir.
- Sevgi, yeganə ehtirasdır ki, dəyəri kəsdiyi sikkə ilə ödənilir.
- Sevgililər yaxşı geyinmək barədə düşünərək çox ağılsız olurlar. Qadın sevimli kişinin yanında olanda o, kişinin geyimi barədə yox, tamamilə başqa şey barəsində düşünür.
- Sevgisiz evlilikdə iki aydan az müddətdən sonra mənbənin suyu acı olur.
- Sevimli qadının sərtliyi sonsuz cazibədarlıqla doludur və biz ən xoşbəxt dəqiqələrimizdə bunu digər qadınlarda tapmırıq.
- "Sevmək bütün hisslərimizlə görmək, toxunmaq və hiss etmək həzzini yaşamaq, sevdiyimizə və bizi sevənlərə mümkün qədər yaxın olmaqdır.
- Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz.
- Sizi böyük edə biləcək şeylərə xor baxmayın.
- Son dərəcə gözəl qadınlar ikinci görüşdə adamı daha valeh etmir.
T
[redaktə]- Tənhalıqda xarakterdən başqa hər şey əldə edə bilərsiniz.
- Təyinatına uyğun bizdə müəyyən hiss oyadan binanın memarlıq siması elə üslubun özü deməkdir.
U
[redaktə]- Utancaqlıq — geyimlərə sevginin mənbələrindən biridir; məhz bu cür yox, başqa cür geyinən qadın çox və ya az miqdarda özünü təklif edir. Ona görə də geyimlərin qocalıqda yeri yoxdur.
- Utancaqlıq, insan qəlbinin bütün ehtiraslarının ən gözəli olan sevginin anasıdır.
V
[redaktə]- Vaxt öldürmək intihara bərabərdir.
Y
[redaktə]- Yadelli işğalçılara qarşı üsyana qalxmaq qanunidir və hər bir xalqın birinci borcudur.
- Yaxşı melodiyalar üçün zinət əşyaları və aksesuarlar lazım deyil.
- Yalnız qısqanc ola biləcəyimiz adamların qısqanclığından zövq alırıq.
- Yazı qaydaları dahilər yaratmır.
- Yazıçı tənqid ediləcəyi barədə, əsgər isə qospitala düşəcəyi barədə düşünməməlidir.
- Yeniliyə can atmaq, insan təxəyyülünün birinci tələbatıdır.
Z
[redaktə]- Zəhmətə qatlaşmalıyıq, çünki, əmək həzzin atasıdıır.
- Zəif ehtiras ağlı itiləşdirir, güclü ehtiras isə kütləşdirir.
- Zövq ala bilmədiyin xoşbəxtliyi şişirtməmək çətindir.
Mənbə
[redaktə]- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014