Məhəbbət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
- Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir. Emerson
- Ağıl ayırır, məhəbbət birləşdirir. Əbu Turxan
- Ağıl məhəbbətdən yaranır, ancaq, Məhəbbət dərk etmir ağlın sözünü. Uilyam Şekspir
- Ancaq xoşbəxtlik məhəbbət üçün ölçü ola bilər. Vissarion Belinski
- Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo
- Ancaq məhəbbətlə yaşanan günlər ömürdəndir. Hafiz Xarəzmi
- Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. Nəsirəddin Tusi
- Ayrılıq böyük məhəbbətləri daha da qüvvətləndirir, yarımçıq olanları isə məhv edir. Reşat Nuri Güntekin
B
[redaktə]- Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər. Tur Xander
- Bilik məhəbbət oyadır, onunla nə qədər yaxından tanış olursansa, bir o qədər çox sevirsən. Nikolay Çernışevski
- Bir-birinizi sevin, amma məhəbbəti buxova çevirməyin. Qoy o, könüllərinizin sahilləri arasında axan dəniz olsun. Cübran Xəlil Cübran
- Bir nöqtəyə yönəlib yandıran məhəbbətdənsə, bütün dünyaya səpələnib işıqlandıran məhəbbət yaxşıdır. Əbu Turxan
- Birinə məhəbbətimiz artıq soyuyandan sonra onu ikinci dəfə sevə bilmərik. Fransua de Laroşfuko
- Biz həmişə inanırıq ki, ilk məhəbbətimiz sonuncu, sonuncu məhəbbətimiz isə ilk məhəbbətimizdir. Corc Uayt Melvil
- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
- Böyük məhəbbət kiçik qığılcımlardan doğur. Stendal
- Bütün fəzilətlər əslində məhəbbətin müxtəlif növləridir. Avreli Avqustin
- Bütün sənət növləri məhəbbət və ağlın bu və ya digər nisbətdə birləşməsindən yaranır. Əbu Turxan
C
[redaktə]- Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur. Heyne
D
[redaktə]- Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır. A.İ.Gertsen
- Düşmənlik və məhəbbət yaxınlıqdan, xəstəlik və təhsil də eyni qidadan hasil olur. Mövlana Cəlaləddin Rumi
E
[redaktə]- Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. Tur Xander
Ə
[redaktə]- Əgər ailə quran təşkilatçı istedadlıdırsa, belə ailədə məhəbbət möhkəm olacaqdır. Anton Makarenko
- Əgər ilk məhəbbət qəlbin bütün guşələrini işıqlandıra bilməyibsə, deməli, «ilk məhəbbətlər» hələ çox olacaq. Əbu Turxan
- Əql ilə sərinləşdirilməyən qızğın məhəbbət buxarlanıb uçacaq. Əbu Turxan
- Əsl kişinin məhəbbət ovu qadın qəlbində sığınacaq tapmaq deyil, bu qəlbi bütövlükdə fəth etməkdir. Əbu Turxan
- Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. Fransua de Laroşfuko
- Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov sonra tüstü. Nikola Şamfor
G
[redaktə]- Gec, ya tez hər birimiz öz qorxularımıza qalib gəlməli olacağıq – zira mənəviyyatın yolu gündəlik qazanılan məhəbbət təcrübəsindən keçir. Paulo Koelyo
H
[redaktə]- Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipial və yeganə məqsədidir. Bencamin Dizraeli
- Harada məhəbbət varsa, opada heç bir əzab insanı öz yolundan döndərə bilməz. Feliks Dzerjinski
- Həqiqi insani məhəbbət ancaq hisslərin şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin insani ləyaqətinə qarşılıqlı hörmətə əsaslana bilər. Vissarion Belinski
- Həqiqi məhəbbət nə qədər böyük və güclü olsa, qizilgül ləçəyi kimi zərifdir. İlyas Əfəndiyev
- Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
- Hər bir musiqi məhəbbətin hansı isə çalarlarını ifadə edir. Tur Xander
- Hər gün təzələnməyən məhəbbət adətə çevrilir. Cübran Xəlil Cübran
- Həyat-insanların itirdikləri məhəbbətlə zənginləşir. Rabindranat Taqor
- Həyat qəribə şeydir: mənim tanışlarımdan, demək olar ki, heç biri öz ilk məhəbbətləri ilə ailə həyatı qurmayıb. Ancaq kimlərlə ki, bu hadisə baş verib, tez –tez təkrar edirlər ki, nə isə vacib bir şeyi əldən buraxıblar, yaşamalı olduqları çox şeyi yaşamayıblar… Paulo Koelyo
- Hörmət hissindən məhrum olan məhəbbət çox davam gətirməz və yüksəlməz. Aleksandr Düma
- Hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. Mixail Lermontov
İ
[redaktə]- İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və onun bədii tərənnümünü fərdi məhəbbətdən seçmək çətinləşmişdir. Əbu Turxan
- İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur. Əbu Turxan
- İlk məhəbbətin bütün sehri ondan ibarətdir ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. Bencamin Dizraeli
- İlk məhəbbətin mövhumi obrazı aşiqin özü tərəfindən yaradılmış olur. Yaradan yaratdığını sevməyə bilərmi!? Əbu Turxan
- Ilk rəssamın qələmini məhəbbət yonmuşdur. Klod Adrian Helvetsi
- İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir. Paulo Koelyo
K
[redaktə]- Kim isə demişdir: «Ağılla idarə olunan məhəbbətdən yaxşılıq gözləmək olmaz». İbn Ərəbi
- Külək od üçün nədirsə, ayrılıq da məhəbbət üçün odur: zəif hissləri söndürür, güclü hissləri isə üfürüb daha da alışdırır. Aleksandr Kuprin
Q
[redaktə]- Qadın qəlbinə aparan yolların ən miskini yazıqlıqdır. Qadın qəlbində yerləşə bilmək üçün öz “Mən”lərini istənilən qədər kiçiltməyə hazır olan kişilər qadının məhəbbət deyil, mərhəmət telinə toxunduqlarının fərqində olmurlar. Əbu Turxan
- Qadın məhəbbətində mütləq analıq cizgiləri üzə çıxır. Fridrix Nitsşe
- Qəlbdə məhəbbət işığı yananda qaranlıqlar əriyir. Əbu Turxan
- Qisqanclıq –çünki mən tədricən başa düşürdüm: məhəbbət mənim təsəvvür etdiyimdən də böyükdür, məhəbbət elə sərhədləri keçir, elə yerləri gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib. Paulo Koelyo
- Qoy, sular ona qarışmış göz yaşlarını da uzaqlaşdırsın, onda mənim məhəbbətim bilməyəcək ki, mən nə vaxtsa ona yas tutmuşam. Paulo Koelyo
- Qürur qışqıran yerdə məhəbbət susur. F. Jerfo
M
[redaktə]- Məhdud məhəbbət sevgiliyə sahiblənməni tələb edir. Sonsuz məhəbbət isə məhəbbətin özündən başqa heç nə istəmir. Cübran Xəlil Cübran
- Məhəbbət axmağın müdrikliyi və müdrikin axmaqlığıdır. Samuel Conson
- Məhəbbət ağac kimidir: öz-özünə bitərək, varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında da çiçəkləyib yaşamaqda davam edir. Viktor Hüqo
- Məhəbbət – arzunun zirvəsidir. Höte
- Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır. Əbu Turxan
- Məhəbbət ayrılıq saatınadək öz dərinliyini tanıya bilmir. Cübran Xəlil Cübran
- Məhəbbət – başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə gizlədir. Paulo Koelyo
- Məhəbbət başqa insanın fəzilətindən, kamilliyindən, xoşbəxtliyindən həzz almağa meyldir. Qotfrid Leybnis
- Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. Alber Kamyu
- Məhəbbət başqasının xoşbəxtliyini istəməkdir. Devid Yum
- Məhəbbət bir ruhun başqa bədəni istila etməsidir. Əbu Turxan
- Məhəbbət birdir, amma iki ürəkdə yaşayır. Assuri atalar sözləri
- Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – məhəbbətdir. Hegel
- Məhəbbət birliyə aparar, yalan ölümə. Tay atalar sözləri
- Məhəbbət – bizim ikinci doğuluşumuzdur. Onore de Balzak
- Məhəbbət – bizim ikinci doğuluşumuzdur. Onore de Balzak
- Məhəbbət böyük hisslərlə başlayıb xırda davalarla başa çatır. Andre Morua
- Məhəbbət bütövlük yanğısı və ona cəhd etməkdir. Aristofan
- Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur. Volter
- Məhəbbət bütün günahları bağışlaya bilər, məhəbbətin özünə qarşı günahdan başqa. Oskar Uayld
- Məhəbbət bütün xeyirli, ülvi, güclü, hərəkətli və gözəl xüsusiyyətlərin yaradıcısıdır. Feliks Dzerjinski
- Məhəbbət cox vaxt ağlı olanların ağlını alır, ağlı olmayanlara ağıl verir. Deni Didro
- Məhəbbət dəniz yosunu kimidir: sən ona tərəf gedərsən, o səndən uzaqlaşar; sən ondan uzaqlaşarsan, o sənə tərəf gələr. Madaqaskar atalar sözləri
- Məhəbbət digər duyğularla yanaşı, müstəqil şəkildə mövcud olan sadə duyğudur – altıncı duyğu! Kimdəsə var, kimdəsə – yox. Əbu Turxan
- Məhəbbət dünyası xəyal ilə gerçəkliyin birləşməsindən yaranır. Əbu Turxan
- Məhəbbət düyü zoğu kimidir - yerini dəyiş, yenə göyərəcək. Madaqaskar atalar sözləri
- Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur. Stendal
- Məhəbbət ehtiraslıdır, dostluq isə ruhun keyfiyyətidir. Aristotel
- Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. Onore de Balzak
- Məhəbbət elə bir şeydir ki, o hər şeyi unutdurur, birgə sevgilinizdən başqa. Fəridəddin Əttar
- Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır. Fyodor Dostoyevski
- Məhəbbət əbədi bir ehtiyacdır. Səməd Vurğun
- Məhəbbət əsəblərin daimi, qüvvətli və sağlam qıcıqlanmasıdır. Bu qıcıqlanma əsəb sistemini, əqli və əxlaqi qüvvələri inkişaf etdirir. Nikolay Çernışevski
- Məhəbbət əzmi... çox vaxt məhəbbətin özü kimi qəbul olunur; maneələr onu ehtirasa çevirir, vüsal isə yox edir. Vissarion Belinski
- Məhəbbət haqqında gözəl danışan əsl aşiq deyil. Petrarka
- Məhəbbət hədiyyəsiz olanda tez zəifləyər. Madaqaskar atalar sözləri
- Məhəbbət həmişə başqasına doğru yoldur. Nikolay Berdyayev
- Məhəbbət – həyat yaradır. Lev Tolstoy
- Məhəbbət həyatdan əlini üzənləri də yenidən həyata qaytarır. Əbu Turxan
- Məhəbbət – hisslərin poeziyasıdır. Onore de Balzak
- Məhəbbət gerçəkliklə arzu dünyası arasında sərhədi götürür. Əbu Turxan
- Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, müqəddəs bir duyğu baş qaldırır. Gi de Mopasson
- Məhəbbət göz yaşı kimidir: gözdən başlayıb ürəyə düşür. Sir Publili
- Məhəbbət ideal, nigah real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. Höte
- Məhəbbət iki sevən arasında örtükdür. Cübran Xəlil Cübran
- Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. Erix Fromm
- Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir. Jorj Sand
- Məhəbbət insanın özünü başqasında tapmasıdır. Hegel
- Məhəbbət ipək kimidir - ölüyə bükülür, dirini geyindirir. Madaqaskar atalar sözləri
- Məhəbbət kamillikdir, kamilliyin isə hüdudu olmur. Uilyam Şekspir
- Məhəbbət keçmişi və gələcəyi tanımayan bir ehtirasdır. Onore de Balzak
- Məhəbbət kəsirsiz büdcədir: verdiyi qədər də götürür. V.Müller
- Məhəbbət kimi desən tutub gizli yollarla Allaha aparar. Mövlana Cəlaləddin Rumi
- Məhəbbət könül səslərinin harmoniyası, ürəklərin bir-birini anlamasıdır. Corc Bayron
- Məhəbbət könüllü köləlikdir. Jorj Sand
- Məhəbbət qadının həyatında bir tarix, kişinin həyatında isə epizoddur. Jan Pol Sartr
- Məhəbbət qəlbin əql üzərində qələbə himnidir Əbu Turxan
- Məhəbbət qəlbin şeiriyyətidir. Əbu Turxan
- Məhəbbət melodiyadır. Aleksandr Puşkin
- Məhəbbət mənəvi kamilliyin həm nəticəsi, həm də şərtidir. Əbu Turxan
- Məhəbbət müəyyən mənada konfliktdir. Jan Pol Sartr
- Məhəbbət nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. Onore de Balzak
- Məhəbbət olan yerdə inam da olar. Feliks Dzerjinski.
- Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. Feliks Dzerjinski.
- Məhəbbət – ölməzlik cəhdidir. Sokrat
- Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir. İvan Turgenev
- Məhəbbət ruhun canlanmasıdır. Əbu Turxan
- Məhəbbət ruhun günəşidir. Əbu Turxan
- Məhəbbət – ruhun tamamlanmaq əzmidir. Əbu Turxan
- Məhəbbət – sevilmək arzusudur. Platon
- Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır. Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür. Məhəbbət heç vaxt tükənmir. Bibliya, 1 Korinflilərə 13:4-8
- Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın təzahürüdür. Platon
- Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır. H.Şou
- Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. Bruast
- Məhəbbət üçün tək bir gözəllik kifayət deyildir, çünki gözəllik özü də əbədi deyildir. Ovidi
- Məhəbbət və intellekt hər biri ayrı-ayrılıqda gözəldir, amma yaxşı olar ki, qarşı-qarşıya durmaqdansa, bir-birini tamamlasınlar. Əbu Turxan
- Məhəbbət və nifrət bəslənməyəndə ölürlər. Jan Pol Sartr
- Məhəbbət zaman ölçüsünü itirməkdir. M.Svetayeva
- Məhəbbətdə isə qayda yoxdur. Dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış strategiyası hazırlamaq olar – bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir, yalnız onun qərarı vacib və gərəklidir. Paulo Koelyo
- Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir. Jorj Sand
- Məhəbbəti qorumaq, məhəbbət hədəfi tapmaqdan daha böyük qəhrəmanlıq tələb edir. Ovidi
- Məhəbbətin alçaldılması nifrət hissi yaradır. Amma nifrət onu tamamilə silə bilmədiyindən bir müddət onlar qoşa yaşamalı olurlar. Əbu Turxan
- Məhəbbətin çiçəklənə bilməsi üçün münbit mühit lazımdır. Əbu Turxan
- Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül üçün də əlçatmazdır. Fridrix Şiller
- Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük düşməni də qısqanclıqdır. Cordano Bruno
- Məhəbbətin həqiqi mahiyyəti ondan ibarətdir ki özünü düşünməkdən əl çəkəsən, özünü başqa "mən"də tapasan. Georq Vilhelm Fridrix Hegel
- Məhəbbətin uzunmüddətli tanışlıqdan və davamlı yoldaşlıqdan doğduğunu iddia edən insanlar necə də cahildirlər. Həqiqi məhəbbət ruhların qarşılıqlı anlaşmasından doğulur. Əgər o, ilk anda yaranmırsa, nə sonrakı, nə də daha sonrakı anlarda yaranır. Cübran Xəlil Cübran
- Məhəbbətin yolundakı hər hansı bir maneə onu yalnız gücləndirə bilər. Uilyam Şekspir
- Məni ürəyinin başında, qolunda möhür eylə. Çün məhəbbət ölüm qədər güclüdür, sədaqət Məzar kimi dönməzdir. Alovu alışıb-yanır; Yahın alovudur. Gur sular məhəbbəti söndürə bilməz, çaylar yuyub apara bilməz. Məhəbbəti almaq üçün insan bütün evini versə də, yenə bir heç sayılar. Bibliya, Nəğmələr nəğməsi 8:6, 7
- Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk etməyə qadirdir. Paulo Koelyo
O
[redaktə]- Onu maraqlandırmır sevdiyimiz şəxsi yanımızda saxlamağa gücümüz çatacaq, ya yox. Məhəbbət idarəolunmazdır. Paulo Koelyo
Ö
[redaktə]- Ölçülməsi mümkün olan məhəbbət çox yoxsuldur. Uilyam Şekspir
Ş
[redaktə]- Şəhvət məhəbbət kontekstində, məhəbbət isə həyat kontekstində dəyərlidir. Əbu Turxan
V
[redaktə]- Vüsal romantik məhəbbəti göylərdən yerə endirir. Eniş uğursuz olanda məhəbbət ölür. Eniş tədrici olanda məhəbbət yeni formaya – ailə məhəbbətinə keçir. Əbu Turxan
Y
[redaktə]- Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[1]
- Yalançını necə sevmək olar? - Xoşbəxtlikdən, görünür, olar. Əks təqdirdə, dünyada çox az məhəbbət tapılardı. Paulo Koelyo
- Yerə də enəndə yalnız məhəbbətin qanadlarında enmək olar. Qanadlar səni bataqlığa düşməkdən qoruyar. Əbu Turxan
Z
[redaktə]- Zəruri olanda- birlik, şübhəli olanda azadlıq, hər şeydə məhəbbət var. Avreli Avqustin
İstinadlar
[redaktə]- ↑ Tuhəful-Uqul, səh.373