Andre Morua
Jump to navigation
Jump to search
Andre Morua | |||
Doğum tarixi | 26 iyul 1885 | ||
Vəfatı | 9 oktyabr 1967 | ||
Vəfat yeri | Paris, Fransa | ||
|
Andre Morua - ( 26 iyul 1885 – 9 oktyabr 1967) - Fransız yazıçısı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan.
B[redaktə]
- Bir qadının daha çox istedadı və biliyi varsa, o zaman ər çox vaxt könülsüz qısqanclıq hissini yaşayacaqdır. Bu ədalətsiz və absurd olsa da, əsrlər boyu bir kişi evlilikdə hökm sürməyə o qədər öyrəşib ki, qadın öz sahəsindən üstündürsə, ləyaqətində inciyir.
- Böyük adam böyük olduğunu, lakin böyüklüyünün kiçik olduğunu bilir.
Ç[redaktə]
- Çalışın ki, qadını onun istəyinin əksinə olaraq saxlamayasınız. Xoşbəxtlik qadının bədənini qazanmaqda deyil, səadət onun seçdiyi olmaqdadır.
- Çalışmaq, sıxıntını, pisliyi və yoxsulluğu uzaqlaşdırır.
Ə[redaktə]
- Ən düzgün fikri belə tez-tez təkrar etsən, o öz təsir gücünü itirər.[1]
- Ən heyrətləndirici yaddaş aşiq olmuş qadının yaddaşıdır.
H[redaktə]
- Həyat daimi dəyişiklikdir. Hərəkət dayanan kimi adam qocalır və ölür.
İ[redaktə]
- İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.
- İztirab həqiqətin yoludur.
K[redaktə]
- Kiçik işlərdə də böyük olmaq lazımdır.
Q[redaktə]
- Qadının aqressivliyi qədər heç nə qadını özündən çıxarmır.
- Qadınlar istəsələr, doğrudan xəstə olarlar, hətta paxıllıqlarından ölərlər də.
M[redaktə]
- Mədəni bir insan olmağın yalnız bir yolu var - oxumaq.
Ö[redaktə]
- Öz bədəninin sirləri üzərində əsən qadın hisslərində heç vaxt xırdalığa yol verməz.
S[redaktə]
- Sevgidə ilk qəzanın qiyməti pul ilə ölçülməz – o, xoşbəxtlik dəyərindədir.
- Sevginin ən böyük möcüzəsi odur ki, o, nazdan müalicə edir.
- Sevginin əvvəlində sevənlər gələcək haqqında danışırlar, sonunda isə keçmiş haqqında.
- Siyasi mübahisədə ən çətin şey öz mövqeyini müdafiə etmək yox, mövqe haqqında aydın təsəvvürün olmasıdır.
Y[redaktə]
- Yalan çox vaxt zərurətdən deyil, biganəlikdən doğur.[2]
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014