Erix Fromm

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
Erich Fromm

Erix Fromm - Amerika sosioloqu.

Mündəricat

A[redaktə]

  • Acgözlük daxili bir boşluğun nəticəsidir.

B[redaktə]

  • Bura və indiki an sonsuzluqdur.
  • Bütün ağır psixoloji xəstəliklərin təməlində narsizm var.

Ə[redaktə]

  • Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik.

G[redaktə]

  • Gerçək heç vaxt şiddət tərəfindən çürüdülə bilməz.

İ[redaktə]

  • İnsan özünü həyata atılmış hiss edir. Qorxur. Tək olduğunu hiss etdikcə əzab çəkir. Ona gorə də bu əzabı bir çox yollarla dəf etməyə çalışır. Bu yollardan biri də sevgidir.
  • İnsanlar maddi istehlakla məşğul olduqlarından, öz əsas mahiyyətlərini unudublar. Maddi olan hər şey insanı depressiyaya salır.

K[redaktə]

  • Keçmişin təhlükəsi əsir olmaq idi, gələcəyin təhlükəsi isə robot olmaq.

M[redaktə]

  • Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır.

P[redaktə]

  • Peyğəmbərlər ideyaları və dəyərləri gətirən deyil, həyata keçirənlər, göstərənlərdir. * İnsanın tələbatını, istedadı təyin edir.

S[redaktə]

  • Sevgi bir inanc davranışıdır, İnancı az olanın sevgisi də azdır.
  • Şübhəsiz özümüzü və digər insanları bilmək arzusu kökü dərində olan insan ehtiyacından yaranır. İnsan sosial konteksdə yaşayır. Ağlını itirməmək üçün ətrafındakı insanlarla münasibətdə olmalıdır. İnsana ağıl və xəyal gücü bəxş edilmişdir, insan üçün özü və ətrafındakı insanlar daima anlamağa çalışdığı problemlərdir. İnsanı anlamaq təşəbbüsü psixologiya –"ruhun bilgisi" adlanır.

Y[redaktə]

  • Yalan heç bir şeyi yerindən tərpətməz.

Məqalə ilə əlaqəli digər Vikimedia səhifələri:

Vikpediyada Erix Fromm haqqında məqalə var.