Məzmuna keç

Süni



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu gün elə bir dünyada yaşayırıq ki limonad süni dadlandırıcılardan edilərkən mebel cilası limondan edilir. Alfred Myumen
  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər.[1] Ziqmund Freyd
  • Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
  • Hər gün elə yaşamaq lazımdır ki, sanki həyatınızın son gününü yaşayırsınız. Heç vaxt təlaşlanmayın, heç vaxt laqeyd olmayın, heç vaxt süni pozalar almayın. Xarakterin mükəmməlliyi məhz bunlardadır. Həyatımız, fikirlərimizdən irəli gələn şeydir. Mark Avreli
  • İş - bu, insanın etməyə, oyun isə etməməyə borclu olduğu şeydir. Ona görə süni güllər düzəltmək, xəlbirdə su daşımaq işdir, keqli vurmaq, yaxud Monblanı fəth etmək isə əyləncədir. Mark Tven
  • Kiçik süni şeirlər adamın əsəblərini yağlanmayan təkərin cırıltısından daha çox qıcıqlandır. Uilyam Şekspir
  • Nəzakət, süni şəkildə yaradılmış yaxşı əhval-ruhiyyədir. Tomas Cefferson
  • Sivilizasiya bizdə xeyirxah başlanğıcı boğan və şərə yol açan arzular, qüsurlar, süni tələbatlar yaratdı. Aleksandr Düma (ata)
  • Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin
  • Tibb üçün sizin kimi donorlar yetişdirmək başqa bir şeydir. Bəs cəmiyyətdə ən yaxşı yerləri tutacaq süni uşaqlardan ibarət olan nəsil? Bütün rəqiblərindən üstün olan uşaqlar? Yox, belə olmaz. Bu insanları qorxuzdu. Onlar dəhşət içində uzaqlaşdılar. Kazuo İşiquro

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015