Ruh

Vikisitat saytından
Jump to navigation Jump to search

A[redaktə]

  • Ağılsız ruh çirkin və ölçüsüzdür. Platon
  • Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. Əbu Turxan

B[redaktə]

  • Bədən ruhun məzarıdır. Platon
  • Bədənimi ruhumdan ayırmaq üçün içirəm. Oskar Uayld
  • Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır. Aristotel
  • Bədənlə birləşəndə ruh əqldən ayrılmış olur; bu məqamda əql insanı tərk etməsə,yenidən əlini uzadıb ruhu öz məqamına qaldıra bilər. Əbu Turxan
  • Dost kimdir? - iki bədəndə var olan tək bir ruhdur. Aristotel
  • Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində. Mişel de Monten
  • Bir millət tək bir insan və tək bir ruh ola bilməlidir. Viktor Hüqo
  • Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümüd elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
  • Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi * parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" Artur Şopenhauer
  • Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz qarşında olan öhdəlik hissi! Əlbəttə, onlar xeyriyyəçiliklə məşğul olurlar, acları doyururlar, dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır, ac və çılpaq. Oskar Uayld

D[redaktə]

  • Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. Humboldt
  • Doğruluğun ən gözəl meyvəsi ruh sükunətidir. Epikür
  • Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır. Volter
  • Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. Tur Xander
  • Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak

E[redaktə]

  • Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. Əbu Turxan
  • Eşq, ən təhlükəli bir ruh xəstəliyidir. Platon

F[redaktə]

  • Fəaliyyətsizlik və tənbəllik ruh və bədənin gerçək donmasıdır. Vissarion Belinski

G[redaktə]

  • Göz yaşı ruhumun peyvəndidir. Əli Suad
  • Güvən ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz. Uilyam Şekspir

H[redaktə]

  • Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
  • Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir. Platon
  • Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. Əli bəy Hüseynzadə

İ[redaktə]

  • İçində kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir. Siseron
  • İnsan bədəni dünyanın, kainatın bir zərrəsi olduğu halda, insan ruhu dünyanı, kainatı ehtiva etmək qüdrətindədir! Əbu Turxan
  • İnsanın ruhun iki qütbü arasında hansı məqamda qərar tutması əqldən asılı olur. Əbu Turxan
  • İnsan ruhunda açılan yaradan da ölür. Onore de Balzak
  • İztirab çəkməmiş bir ruh səadətdən nə anlaya bilər? Jorj Sand

K[redaktə]

  • Kitab olmayan ev ruhdan ayrılmış bədənə bənzər. Siseron

Q[redaktə]

  • Qadın və kişi insan ruhunun iki notunu təşkil edir ki, onlarsız düzgün və bütöv akkord alınmır. Cuzebbe Madzini
  • Qüdrət əqllə ruhun ittifaqındadır; ayrılıqda əql ağıla, ruh – ehtirasa çevrilir. Əbu Turxan
  • Qüvvətli ruh zəifləmiş bədəni xilas edir. Hippokrat

M[redaktə]

  • Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və millilik üzərində dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Əbdüllfəttah Şahin
  • Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
  • Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. Əbu Turxan

P[redaktə]

  • Pisliyin ruhda iki şəklə büründüyünü söyləmək gərək; biri bədəndə xəstəliyin o biri çirkinliyin qarşılığıdır. Platon

R[redaktə]

  • Ruh axtaranda ruh yoxdur. Fridrix Nitsşe
  • Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür. Çünki ata bədəni, müəllim isəə ruhu inkişaf etdirir. Miqel de Servantes
  • Ruh çox dəhşətli bir şeydir,onu almaq,satmaq və hətta dəyişmək olar. Oskar Uayld
  • Ruh dünyasının dərinliklərinə ancaq dini hissin köməyi ilə girmək mümkün olur. Əbu Turxan
  • Ruh həyatın bağrına saplanan həyatdır. Fridrix Nitsşe
  • Ruh, məhv edilməz bir kainatın aynasıdır. Qotfrid Leybnis
  • Ruh məlumatsızlığı çürütməyə alışana qədər bu çürütmə ilə özündən utanaraq oyrənmə yolları bağlayan qənaətlərdən sıyrılıb tərtəmiz bir hala gələnə qədər ancaq bildiyini bildiyinə və bilmədiyini bilmədiyinə inanana qədər özünə verilən elmdən heç bir fayda görməz. Platon
  • Ruh sanki alternativ ruhlar sistemidir. İnsan onların matrisasıdır. Tur Xander
  • Ruhu ləkələyən daim vücuddur. Viktor Hüqo
  • Ruhun əqldən ayrılması iki cür ola bilər: birincisi, ruh göylərə yüksəlir və öz ilahi mənşəyinə qayıdır; ikincisi, yerə enir və bədənlə onu bağlayan məqamda qərar tutur. Əbu Turxan
  • Ruhunu itirən dünyanı qazansa nə çıxar? Viktor Hüqo

T[redaktə]

  • Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel
  • Tarixin bizə verdiyi ən gözəl şey onun yaratdığı ruh yüksəkliyidir. Höte.