Tanrı

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
  • Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür. - Oskar Uayld
  • Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir. - Verner Heyzenberq
  • Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi * parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" - Artur Şopenhauer
  • Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... - Albert Eynşteyn
  • Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. - Lev Tolstoy
  • Tanrı həqiqəti görər,lakin gözləyər. - Aleksandr Puşkin
  • Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. - Alkimdamant
  • Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. - Aqafon
  • Allah olmasaydı onu uydurmaq lazım gələrdi. - Volter
  • Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. - Yunan atalar sözləri
  • Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır. - Uilyam Şekspir
  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrı'nın varlığına inanmağım üçün yetərlidir. - İsaak Nyuton
  • Mən inanıram ki, Müqəddəs Kitab Allahın insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın Xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir. - Avraam Linkoln
  • Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin. - Ərəb atalar sözləri
  • Mən yalnız Allah və tarix qarşısında məsuliyyət daşıyıram. - Fransisko Franko