Malayal atalar sözləri

Malayalam (həmçinin malayal dili də adlanır.[1] ) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adam acıqlananda quyuya atıla bilər, ancaq yeddi qat artıq acıq oradan çıxmağa kömək edə bilməz.
- Ağac onu kəsən adama da kölgə salar.
- Ağıl varsa, yol da var.
- Alim hər yerdə alimdir, kral isə ancaq öz krallığında kraldır.
- Anasına qulaq asmayan, vətənini də eşitməz.
- Ancaq yeriyə bilən ayaqlar büdrəyər.
B[redaktə]
- Balaca ilanı da böyük ağacla vur.
- Balıqların balacası böyüyünə yem olur.
- Başmağın qədri istidə bilinər, odun qədri soyuqda.
- Bəxtəvərlik gələndə dörd tərəfdən gələr.
- Bərkə düşəndə bəbir də ot otlayar.
Ç[redaktə]
- Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir).
- Çıraq özününkü də olsa, öpəndə dilin-ağzın yanacaq.
- Çox tanınan adamın baş ağrıları da çox olar.
D[redaktə]
- Dağ öz çəkisini bilirmi?
- Dazlıq ilə paxıllığın dərmanı yoxdur.
- Deməmiş gələn, yeməmiş gedər.
- Divarın da qulağı var.
- Dostunun altı dəfə çağırmağındansa, özünün bir dəfə çağırmağına daha çox gələn olar.
- Durub nöqsandan danışacaqsan - dostun azalacaq.
E[redaktə]
- Elə ilan yoxdur ki, toxunanda çalmasın.
- Elə ki, kəl başını qaldırıb baxdı göyə - ağac axtar ki, arxasında gizlənəsən.
Ə[redaktə]
- Əgər dörd adam deyirsə, torpaq da gərək tabe olsun.
- Əgər ölübsə, nə fərqi var: üzü qibləyədir, ya tərsinə.
- Əqrəbi xilas edərsən, qayıdıb səni çalar.
- Əvvəlcə düyünü fikirləş, sonra da qalan şeyləri.
- Əyrinin kölgəsi də əyri olar.
H[redaktə]
- Heç danışmazsan - olarsan lal.
- Hər zirvənin öz dərəsi var.
- Hətta da fil də büdrəyər.
- Həyasızlığın cavabı çomaqdır.
İ[redaktə]
- İçərsən - sözün düzünü deyərsən.
- İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar.
K[redaktə]
- Kora da yatmaq gərəkdir.
Q[redaktə]
- Qarğanın mininə də bir daş bəsdir.
- Qarnı tox olanın qulağı eşitməz.
- Qiymətli daşı zibil içində gizləyərlər.
M[redaktə]
- Min adamın gözünü korlayandan sonra göz həkimi oldu.
O[redaktə]
- Oğrunu tutmadınsa, kim tutuldu - onu as.
- Oğruya inan, boyu çıxmayana inanma.
Ö[redaktə]
- Ölçü özü-özünü ölçməz.
- Ölmək istəmirdin - doğulmayaydın.
- Öz kölgən həmişə öz dalınca gələr.
P[redaktə]
- Pulsuz adam ətirsiz gül kimidir.
S[redaktə]
- Sakitlik olmayan yerdə kəl də qalmaz.
- Sənə baxmayan krala salam verə bilərsənmi?
- Siçovulu öldürmək üçün evə od vurdular.
Ş[redaktə]
- Şirin söz baş gicəldər.
T[redaktə]
- Təbilə şapalaq qalar, marara - pul. ("Marar" - ibadətxana təbilçilərinə deyilir.)
- Timsah səni tutsa, sən timsahı oxşa.
U[redaktə]
- Uzaqdakı dostdan, yaxındakı düşmən yaxşıdır.
Ü[redaktə]
- Üzüyün kiçik olmasına görə barmağını kəsən olubmu?
Y[redaktə]
- Yağış kəsəndən sonra da ağaclardan damcılayar.
- Yavaş-yavaş yesən, tikanı da yemək olar.
- Yeməyə öyrəşən ağızla, döyməyə öyrəşən əl heç vaxt sakit olmaz.
- Yıxılmış ağaca çıxmaq asandır.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015
İstinadlar[redaktə]
- ↑ "МАЛАЯЛАМ • Большая российская энциклопедия - электронная версия". bigenc.ru. İstifadə tarixi: 2020-08-13.