Adam
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac adam özünü oda vurar. Azərbaycan atalar sözləri/A
- Ac adam üçün çörək yaxşıdır, nəinki məscid. Ərəb atalar sözləri
- Ac adamı qurd yeməz. Azərbaycan atalar sözləri/A
- Aclıq adama oyun öyrədər. Azərbaycan atalar sözləri/A
- Ad adamı bəzəməz, adam adı bəzəyər. Azərbaycan atalar sözləri/A
- Adam adamı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu. Azərbaycan atalar sözləri/A
- Adam adamın şeytanıdır. Azərbaycan atalar sözləri/A
- Adam adıyla tanınar. Azərbaycan atalar sözləri/A
- Adam ağzından söz, qazan altından köz. Azərbaycan atalar sözləri/A
- Adam aşını-işini bilməlidir. Azərbaycan atalar sözləri/A
- Adam bilmədiyi şeyi xoşlamaz. Ərəb atalar sözləri
- Adam hər düşməndən bir ağıl öyrənər. Azərbaycan atalar sözləri/A
- Adam min acını udar bir şirinin xatirinə. Azərbaycan atalar sözləri/A
- Adam olana bir söz yetər. Azərbaycan atalar sözləri/A
- Adam olmayan başqalarını adam saymaz. Azərbaycan atalar sözləri/A
- Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz. Azərbaycan atalar sözləri/A
- Adam paltar ilə tanınmaz. Azərbaycan atalar sözləri/A
- Adam sözdən, uşaq gözdən. Azərbaycan atalar sözləri/A
- Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı. Azərbaycan atalar sözləri/A
- Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı. Azərbaycan atalar sözləri/A
- Adam var gözdən qızar, adam var sözdən qızar. Azərbaycan atalar sözləri/A
- Adam yanıla-yanıla öyrənir. Azərbaycan atalar sözləri/A
- Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta, amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. Paulo Koelyo
- Adamı dindir, sonra qiymətini ver. Azərbaycan atalar sözləri/A
- Adamı dostlarına baxıb tanıyarlar. Monqol atalar sözləri
- Adamı qılınc öldürməz, tənəli söz öldürər. Azərbaycan atalar sözləri/A
- Adamı söz, kababı köz yandırar. Azərbaycan atalar sözləri/A
- Adamı tanıyan qurd yesin. Azərbaycan atalar sözləri/A
- Adamın adı çıxınca canı çıxsa yaxşıdır. Azərbaycan atalar sözləri/A
- Adamın axır günü gərək xoş olsun. Azərbaycan atalar sözləri/A
- Adamın ən qorxduğu şey əvvəl-axır başına gəlirmiş. Oskar Uayld
- Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır. Ziqmund Freyd
- Ağıllı adam gördüyündən danışar. Monqol atalar sözləri
- Ağıllı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz. Oskar Uayld
- Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar. Çin atalar sözləri
- Araq müdrik adamı da səfeh edər. Monqol atalar sözləri
B
[redaktə]- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
- Böhtanla adamı günün günorta çağı öldürərlər. Monqol atalar sözləri
D
[redaktə]- Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
E
[redaktə]- Ehtiyatlı adam nadir hallarda səhv edir. Konfutsi
F
[redaktə]- Fağır adamın ağası çox olar. Monqol atalar sözləri
- Fəaliyyət üçün xarakter əsasdır, xarakteri olan isə məqsədə çatmağa çalışan ağıllı adamdır. Georq Vilhelm Fridrix Hegel
G
[redaktə]- Gülə-gülə günah işlədən adam, ağlaya-ağlaya cəhənnəmə gedər. Məhəmməd peyğəmbər
H
[redaktə]- Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur. Məhəmməd peyğəmbər
- Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir. Viktor Hüqo
- Həm gözəl insan olmaq, həm də işə yaramaq - böyük adam olmaq deməkdir. Viktor Hüqo
İ
[redaktə]- İnsanı ən çox üzən şey, gözləmədikləri insanlar adam olarkən, adam hesab etdiklərinin heç insan da olmamasıdır. Adam Faver
Q
[redaktə]- Qurumuş gölün sonası olmaz, hərdəmxəyal adamın - dostu. Monqol atalar sözləri
M
[redaktə]- Müəllim dedi: “On evdən ibarət istənilən kənddə fəzilətdə məndən üstün olan adam tapılar, amma oxumağa olan sevgimə bərabər adam tapılmaz”. Konfutsi
O
[redaktə]- O adam ağıllıdır ki, elədiyi səhvlər yadındadır. Monqol atalar sözləri
P
[redaktə]- Pis adamın yaddaşı taxtadan olar, yaxşınınki - qranitdən. Monqol atalar sözləri
S
[redaktə]- Susan adam həmişə haqlı çıxacaq. Monqol atalar sözləri
T
[redaktə]- Tezdən duran adamın günü uzanar. Monqol atalar sözləri
- Təklikdə fikrini ölç-biç, adam içində - sözünü. Monqol atalar sözləri
- Tənbəl adam qorxaq olar. Monqol atalar sözləri
Y
[redaktə]- Yaxşı adamın dalınca yaxşı söz də gəzər, yaman söz də. Monqol atalar sözləri
- Yaxşı adamla savaşma, pis adama yanaşma. Monqol atalar sözləri