Məzmuna keç

Məhəmməd

(Məhəmməd peyğəmbər səhifəsindən yönləndirilmişdir)
Məhəmməd
Doğum tarixi 20 aprel 571
Doğum yeri Məkkə
Vəfat tarixi 8 iyun 632
Vəfat yeri Mədinə
Dəfn yeri Sacred Prophetic Chamber
Vikipediya məqaləsi

Məhəmməd (20 aprel 571, Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Allah gözəldir və gözəlliyi sevir.
  • Acı çəkən səbr etsin,-Acı çəkdirən isə acı çəkəçəyi günü gözləsin….
  • Aclıq və susuzluqla nəfsinə qalib gəl.
  • Adəm övladı hər nə qədər qocalarsa iki sifət onda cavanlaşar: hərislik və arzu.
  • Ağzımızda bir ət parçası var, şirin olsa şirin oluruq, acı olsa acı.
  • Ailəsinə qarşı xoş münasibətdə olmayan, ətrafına qarşı yaxşı ola bilməz.
  • Alim ibadət edənlərdən yetmiş dərəcə yüksəkdə durur. Adəm övladları ömürlərini nə qədər ki, elmə, biliyə sərf edirlər, cavan qalırlar.
  • Alimin bədbəxtliyi bildiyini unutmaqdır; küt adama bilik öyrətmək, biliyi itirmək deməkdir.
  • Alimin ibadət edəndən üstünlüyü aylı gecədə Ayın ulduzlardan üstünlüyünə bənzər.
  • Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür. Allah bütün insanları torpaqdan yaradıb. Heç birisinin başqasından üstünlüyü yoxdur. Üstün olmaq istəyirsənsə, çəkin Tanrıdan!
  • Allah gözəldir və gözəlliyi sevir.
  • Allah heç bir adamı savadsızlıqla yüksəltməz, ona üstünlük qazandırmaz və heç bir alimi, elm adamını alçaltmaz.
  • Allah insanlara rəhm etməyənlərə rəhm etməz.
  • Allah qatında insandan üstün heç bir varlıq yoxdur.
  • Allah qorxusu ilə ağlayan gözə Cəhənnəm atəşinin toxunması haramdır. Allah qorxusu ilə gözündən yaş axana qiyamətdə əzab olmaz.
  • Allah nə zahiri görünüşünüzə, nə də var-dövlətinizə baxar. Ancaq ürəyinizə və işinizə baxır.
  • Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).
  • Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.
  • Allah — təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
  • Allah — təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.
  • Allah — təala, bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.
  • Allah — təala boş söz-söhbətləri sizə qadağan etdi.
  • Allah — təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.
  • Allah — təala duada israr edənləri sevər.
  • Allah — təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
  • Allah — təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.
  • Allah — təala yalnız rəhimli bəndələrinə rəhm edər.
  • Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.
  • Allaha həmd edilməsi ilə başlamayan hər bir vacib iş bərəkət görməz.
  • Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halda öləcək.
  • Allahın ən xoşlamadığı şey halal qadını boşamaqdır.
  • Allahın yanında o şəxsi daha çox sayırıq ki, öz hakimiyyəti altında olan günahkarları bağışlayır.
  • Anasının könlünü qıran böyük günah işləmiş olar.
  • Asanlaşdırın, çətinləşdirməyin, müjdə verin, nifrət etməyin.
  • Ayaqlar baş olanda, başlar ayaq altında qalar.
  • Az günah etsən, ölüm sənə asan olar.
  • Aranızda əxlaqı gözəl olanları fərqləndirin.
  • Aramızda Günah işləməyənlər qiyaməti səbirsizliklə gözləyər.
  • Bağışlamaq zəfərin zəkatıdır.
  • Başının salamat qalmasını istəyən, gərək dilini qorusun.
  • Başqalarını yaxşı yola dəvət edənlər, özlərinə yaxşılıq etmiş sayılır.
  • Başqalarınıneybini deməkdənsə, öz eybini anla, başa düş.
  • Beş əməl pisdir: Yalan danışmaq, yalandan and içmək, qeybət qırmaq, xəbərçilik etmək, başqasının naməhrəm yerlərinə ehtirasla baxmaq.[1]
  • Beşikdən qəbrədək elm axtarışında olun.
  • Behişt anaların ayaqları altındadır.
  • Bədnəzərdən qorunsun deyə üstünə bir şey taxanı Tanri qorumaz.
  • Bəşəriyyət düz yolu tapdıqdan sonra dağılıb məhv olmaz. Yalnız münaqişə və mübahisə yolu ilə dağıla bilər.
  • Bilik əldə etməyə çalışan adam, təhsilindən əl çəkmədən dünyadan köçüb gedirsə, şəhid hesab olunur.
  • Bilik qazanmaq üçün bir gün çalışmaq, üç ay oruc tutmaqdan xeyirlidir.
  • Bilik mənim mirasımdır, məndən əvvəlki Peyğəmbərlərin mirasıdır.
  • Bilik öyrənmək hər bir möminin vəzifəsidir.
  • Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir.
  • Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər.
  • Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir.
  • Biliyi ilə öyünən adama düşmən olun.
  • Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir.
  • Bir başçı itaəti altında olanları aldadırsa, onları pis yola sövq edirsə, yeri cəhənnəmlikdir.
  • Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?"
  • Bir-birini sevənlərə məclis dar gəlməz.
  • Bir-birinizə əl verin ki, qəlbinizdən kin xaric olsun.
  • Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: "Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim". Məhəmməd peyğəmbər cavab verdi: "Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm".
  • Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir.
  • Bir gerçəyi müdafiəyə qalxarkən, ona əvvəlcə özümüz inanmalıyıq, sonra başqalarını inandırmağa çalışmalıyıq.
  • Bir gün ədalətlə iş görmək altmış il ibadət etməkdən üstündür.
  • Bir insanın gerçək zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır.
  • Bir işə görə peşiman olmaq, əslində, tövbə etmək deməkdir.
  • Bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir.
  • Bir işi görmək istəyəndə, nəticələrini düşün. Bu iş ətrafına fayda verməyəcəksə, imtina et.
  • Bir kişinin ən böyük eyibi xəsislik və qorxaqlıqdır.
  • Bir qardaşına onun xəbəri olmadan yardım edən şəxsə Allah dünyada da, axirətdə də yardım edər.
  • Bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir.
  • Bir saat yaradıcı düşünmək altmış il ibadətdən üstündür.
  • Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.
  • Bir şəxsi işlətmək üçün əsir tutduqda, haqqını ona əvvəlcədən elan edin.
  • Bir yerdə ki, sizi töhmət edəcəklər, o yerə getməkdən çəkinin.
  • Birinin günahı varsa. bağışla, bağışlamayıb cəza versən, günahın dərəcəsinə görə ver.
  • Bizi aldadan bizdən deyil.
  • Bu dünyada ev sahibi kimi deyil, qonaq kimi yaşa.
  • Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.
  • Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.
  • Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.
  • Cəbrayıl mənə qonşu haqqında o qədər danışdı ki, mən (Allah) qonşunu qonşuya mirasçı qoyacaq zənn etdim.
  • Cənnət anaların ayaqları altındadır.
  • Cənnətin qapıları, qılıncların kölgəsi altındadır.
  • Cənnətlik qadınlar kimlərdir? Onlar sevən və doğan qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı olmayınca yatmayacağam".
  • Comərdlik gözəldir, lakin zənginlərda olsa, daha gözəl olar.
  • Çox gülmək qəlbi öldürər.
  • Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.
Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.
  • Daha sonra üzr istəməyi tələb edən işlərdən çəkinin.
  • Dil insanı dəyərləndirmək üçün vasitədir.
  • Dilin gözəlliyi insan üçün sərmayədir. İnsanın çətinlikləri onun dilindədir. Dilini saxla! Çünki dilini saxlamaq özün üçün verdiyin sədəqədir.
  • Din qardaşının başına gələn bəlaya sevinmə, sonra Allah ona sevinc, sənə bəla göndərər.
  • Dində olmayan, sonralar dinə pis olan bir şey əlavə etmək vərdişinə uymuş adama hörmət edən, onu sayan — müsəlmanlığın yıxılmasına yardım etmiş kimidir.
  • Doğulmaq ölmək üçündür, qurmaq dağıtmaq üçün.
  • Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
  • Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması.
  • Dörd şey var ki, dörd şeydən doymaz: göz baxmaqdan, yer yağışdan, qadın kişidən, alim bilikdən.
  • Dullara və yoxsullara kömək edən şəxs Allah yolunda vuruşan, gündüzləri oruc tutan və gecələri namaz qılan biri kimidir.
  • Dünya başdan-başa tamahdan ibarətdir, dünyanın ən gözəl matahı təmiz, yaxşı qadındır.
  • Dünya möminin zindanı, kafirlərə behiştdir.
  • Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
  • Dünyada məni 3 şey sevindirir: qadınlar, gözəl rayihə və gözlərimizi işıqlandıran namaz.
  • Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın.
  • Dünyanın şirinliyi axirətin acılıgı və dünyanın acılığı axirətin şirinliyidir.
  • Düşmənlə üz-üzə gəlməyi arzu etməyin, elə ki, qarşılaşdınız, dayanın, əl saxlayın. Allah səbr edənlərdəndir.
  • Elə bir xəstəlik varmı ki, xəsislikdən daha pis olsun?
  • Elm bütün yaxşılıqların, cəhalət isə bütün pisliklərin başlanğıcıdır.
  • Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər.
  • Elm Çində olsa belə arxasıca gedin.
  • Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.
  • Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.
  • Elmi beşikdən məzara qədər öyrənmək lazımdır.
  • Elmin ayağı dünyadan kəsildiyi vaxt savaşma başlanacaqdır.
  • Elmindən fayda gələn alim min abiddən üstündür.
  • Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.
  • Ey Əli, qiyamət günündə nicat tapanlar, yalnız sən və sənin şiələrindir.[2][3][4][5][6][7]
  • Ey insanlar, həqiqətən də Allah bildiklərimi sizə də bildirməyi, öyrətməyi əmr etmişdir.
Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.
  • Ədalət gözəldir, lakin bu ədalət əmirlərdə (qanunlarda) ifadə olunursa daha gözəl olur.
  • Ədəbi olmayanın ağlı da olmaz.
  • Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir.
  • Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.
  • Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik.
  • Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik.
  • Əməkçinin haqqını onun təri soyumamış ver.
  • Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.
  • Əməllər niyyətə görə dəyər qazanır.
  • Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.
  • Ən başlıca düşmənin nəfsindir.
  • Ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir[8]
  • Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır.
  • Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir.
  • Ən xeyirliləriniz xanımlara qarşı ən yaxşı davrananlarınızdır.
  • Ən xoş əməl başqalarının üzündə təbəssüm oyatmaqdır.
  • Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.
  • Ən pisiniz söz aparıb-gətirənlər, aranızı vuranlar və insanları bir-birinə qarşı qoyanlardır.
  • Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey Allahın Rəsulu?" Buyurdu: "Bəli, mənim də. Lakin Allah mənə kömək etdi və o, müsəlman oldu"
  • Əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən.
  • Falçının cəzası qılıncla öldürülməsidir.
  • Fəhlənin alnının təri qurumamış onun muzdunu verin.
  • Gecələrini ibadətlə keçirib yatmayan neçə-neçə adam var ki, onların qazandığı şey yalnız yuxusuzluqdur, neçə-neçə oruc tutan var ki, qazandığı yalnız aclıq və susuzluqdur.
  • Gənclikdə, uşaqlıqda öyrənilən bilik daş üzərində, qocalıqda öyrədilən bilik isə su üzərində yazıya bənzəyir.
  • Gözəl əxlaq dinin yarısıdır.
  • Gözəlliyin sənin qürurundur.
  • Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin.
  • Günahdan keçməyənin günahından keçilməz.
  • Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
  • Gülə-gülə günah işlədən adam, ağlaya-ağlaya cəhənnəmə gedər.
Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin.
  • Haqsızlıq qarşısında susan dilsiz şeytandır.
  • Hamını malla razı salmaq olmur, ancaq gözəl əxlaqla olur.
  • Hamının istifadə elədiyi şeyi mənimsəyən adam günahkar və qanunu pozmuş olur.
  • Harada olursan ol, Allaha qarşı olmaqdan çəkin. Etdiyin pisliyin arxasınca bir yaxşılıq et ki, pisliyin yox olsun. İnsanlara qarşı əxlaq tələblərinə uyğun hərəkət et.
  • Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz.
  • Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəmədikcə kamil iman sahibi deyildir.
  • Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.
  • Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır.
  • Heç bir zaman ölməyəcəyin kimi bu dünya üçün, sabah öləcəyin kimi axirət üçün çalış.
  • Heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışın.
  • Həqiqət acı olsa da danış.
  • Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki, təvazökar olun ki, Allah sizi ucaltsın.
  • Həqiqəti deməklə həlak olacağınızı bilsəniz belə, həqiqəti deməyə çalışın, həqiqəti deyin, çünki qurtuluş ondadır. Xilas yolunu yalanda görsəniz belə, çəkinin yalandan, çünki həlak olmaq yalandadır.
  • Həqiqi təvazökarlıq – bütün fəzilətlərin mənbəyidir.
  • Hər ağacın öz meyvəsi olduğu kimi qəlbin meyvəsi övladdır.
  • Hər bir xeyir iş mərhəmətdir. Qardaşını salamla qarşılayıb öz tuluğundan onun bardağına su tökmək məgər xeyirxahlıq deyil?
  • Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar.
  • Hər insan səhv edir. Səhv edənlərin ən yaxşısı tövbə edənlərdir.
  • Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.
  • Hər kəs çox yeməyi adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).
  • Hər kəs özünü hansı dəstəyə oxşadırsa, həmin dəstədəndir.
  • Hətta kafir olsa belə, zülmə məruz qalanın qarğışından qorxun, çünki Ulu və Uca tanri ilə həmin məzlum arasında pərdə yoxdur.
  • Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar.
  • Həya və iman bir beşikdə iki körpə kimidir.
  • Həyatda insanın üç dostu var: dostunun dostu, öz dostu və düşməninin düşməni.
  • Xalqa möhtac olmayın və ondan bir diş çöpü belə istəməyin.
  • Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.
  • Xasiyyəti gözəl olan insan Allahın ən yaxşı bəndəsidir.
  • Xeyir işə yol göstərənin əcri ona əməl edənin əcri qədərdir.
  • Xoş günündə Allahı yad et ki, pis günlərində də o səni yadına salsın.
  • İçki insana xas olan bütün çirkin əməllər və günahlar saxlanılan anbarın açarıdır.
  • İki adam gizlicə söhbət edirsə, aralarına girməyin.
  • İki cür adama Allah rəhm etməz: yaxın adamlarının əhvalını soruşmayana və pis qonşuya.
  • İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.
  • İki savaşanı aralamaq rəhmdilikdir, adamı yəhərə oturtmaq və kisəsini qaldırıb ona vermək də rəhmdilikdir; xoş sözlər demək – minnətdarlıq etmək də, soruşana mülayim cavab vermək də rəhmdilikdir. Çaqqal gavalısı və yola düşən daş kimi adamları incidənlərin aradan götürülməsi də rəhmdilikdir.
  • İki tamahkar vardır ki, doymaq nə olduğunu bilməz; bunlardan biri biliklərə yiyələnmək istəyənlərdir, biri isə dünyanı fəth etmək niyyətinə düşənlərdir.
  • İman etmədikcə cənnətə düşə bilməzsiniz, bir-birinizi sevmədikcə iman edə bilməzsiniz.
  • İman və Allah hər bir körpənin qəlbində var. Bu müqəddəs duğuları məhv edən valideynlərdir.
  • İnsan qocalsa da, qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə.
  • İnsan öz dostunun dinindədir. Belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.
  • İnsan özündən sonra üç xeyirli şey qoyub gedir: təmiz və yaxşı övlad, ona daim rəhmət oxutduran sədəqə və xalqına fayda gətirən bilik.
  • İnsanın bir orqanı var. Əgər o sağlamdırsa, bütün bədən sağlam olur. Əgər o xəstədirsə, bütün bədən xəstələnir. Diqqət edin, o, ürəkdir.
  • İnsanın evi özü üçün cənnətdir.
  • İnsanın gözəlliyindən biri də onun aydın və gözəl danışmasındadır.
  • İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz.
  • İnsanın pulu artdıqca düşməni, elmi artdıqca dostu çoxalar.
  • İnsanlar ata-babalarından daha çox, zəmanələrinə oxşayırlar.
  • İnsanlar ya biliklidirlər, ya da bilik əldə etməyə çalışırlar. Kim ki, biliksizdir və bilik əldə etməyə çalışmır, belə adamlarından xeyir gözləmə.
  • İnsanlara ağıllarına görə söz söyləyin.
  • İnsanlara daha yaxın, anlayışlı, yumşaq davrananların üzünə cəhənnəmin qapıları bağlıdır.
  • İnsanların ürəklərinə girib qəlblərindən keçənləri araşdırıb oxumağa, sirlərini öyrənib bilməyə vəkil edilməmişəm. Mən yalnız gördüyümə və duyduğuma əsaslanaraq hökm verirəm: gizlin şeylər isə Allaha aiddir, onlara yalnız O, qarışır.
  • İnsanlarla iltifatlı ol və kobudluq etmə; xoş davran və onlara həqarətlə baxma. Cənnətin açarlarını soruşan yəhudi və xristianlara de ki, cənnətin açarları Allahın varlığını sübut edənlər və xeyir işlər görənlər üçündür.
  • İslam gözəl əxlaqdır.
  • İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.
  • İşin biliciləri ilə məsləhətləşən adam heç vaxt ziyan çəkməz.
Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.
  • Kahinlik edən, kahinə müraciət edən və sehr, cadu edən və etdirən bizdən deyil.
  • Kamil ağılın ən böyük xəzinəsi dindir. Buna görə də insanın dini ağıldır. Ağlı olmayanın dini də yoxdur.
  • Kiçiklərimizə rəhm etməyən, böyüklərimizə hörmət etməyən bizdən deyil.
  • Kim bir zalıma yardım edərsə, Allah həmin zalımı ona qənim kəsər.
  • Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.
  • Kim pis və çirkin bir iş görərsə, onu əli ilə düzəltsin, əgər gücü çatmırsa, dili ilə düzəltsin. Buna da gücü çatmasa, ürəyi ilə müqavimət göstərsin. Bu, imanın ən zəif dərəcəsidir.
  • Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.
  • Qadının cihadı ərinə yaxşı baxmasıdır.
  • Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özünüzə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incidici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam.
  • Qadınların ən yaxşısı – baxdıqca səni sevindirən, əmr edərkən əmrinə itaət edən, sən evdə olmayan vaxt sənin şərəfini, namusunu qoruyandır.
  • Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.
  • Qeybətin nə olduğunu bilirsinizmi? Qardaşınızın xoşlanmayacağı şeylərlə onu xatırlamağınızdır.
  • Qəlb kor olduqdan sonra gözün görməsindən nə fayda?!
  • Qənaət bitib-tükənməyən sərvətdir.
  • Qənaətə riayət edən yoxsul olmaz.
  • Qəzəbləndiyin zaman, sakit ol.
  • Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır.
  • Qocaya hörmət Allaha hörmət deməkdir.
  • Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.
  • Qövmlər layiq olduqları şəkildə idarə olunurlar.
  • Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.
  • Məhəmməd peyğəmbər soruşdu: "Siz necə fikirləşirsiniz, qadın öz uşağını odun içinə atarmı?" Ona cavab verdilər: "Yox". Onda peyğəmbər dedi: "Axı, Allah öz yaratdıqlarına ananın öz övladına qarşı olduğundan daha mərhəmətlidir".
  • Mələklər öz qanadlarını elm axtaran üçün açar və onun bağışlanmasını diləyərlər.
  • Mən elm şəhəriyəmsə, Əli onun qapısıdır.[9][10]
  • Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimidir.
  • Mən hikmət eviyəmsə, Əli onun qapısıdır.[11][12][13][14]
  • Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.
  • Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.
  • Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.
  • Mənim ümmətimin iki dəstəsi vardır ki, əgər islah olarlarsa, ümmətim də islah olar. Əgər fasiq olarlarsa, mənim ümmətim də fasiq olar: alimlər və valilər
  • Mömin eyni səhvi iki dəfə etməz.
  • Mömin, davamlı olaraq hikmət axtarışında olar.
  • Mömin qardaşınla münaqişə etmə, onun xoşuna getməyəcək zarafatlar etmə və ona yalan vəd vermə.
  • Möminin başqasında tapılmayan maraqlı bir məziyyəti var. Onun hər işi xeyirdir. Nemətə qovuşanda şükr edir və bu onun üçün xeyir olur. Müsibətə uğrayanda şükr edir və bu da onun üçün xeyir olur.
  • Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.
  • Müdrik adamı dinləmək və başqalarını həqiqətə inandırmaq qanunun tələblərini yerinə yetirməkdən daha yaxşıdır.
  • Müsəlman cadu etməz. Allah saxlasın, imanı getdikdən sonra cadusu təsir edər.
  • Müsəlman, insanların əlindən və dilindən əmin olduğu bir insandır.
  • Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşmənə) təslim etməz. Kim (mömin) qardaşının ehtiyacını ödəsə, Allah da onun ehtiyaclarından birini qarşılayar. Kim bir müsəlmanı bəladan xilas edərsə, Allah da onu Qiyamət günü bəlalarından xilas edər. Kim bir müsəlmanın (günahını) ört-basdır edərsə, Allah da onun (günahını) Qiyamət günü bağışlayar.
  • Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir.
  • Namaz qılarkən onu uzatmaq istəyirəm, lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram, çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü çox yaxşı bilirəm.
  • Nəsihət lazımsız olsaydı, Tanrı peyğəmbərlər göndərməzdi.
  • Nöqsanı üzə vurmaqdan çəkinin.
  • Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.
  • Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.
  • Ömrünü elmə sərf edən adam heç vaxt ölmür.
  • Övlad qoxusu cənnət qoxusudur.
  • Övladına pis şey öyrədən ataya uşağın hər günahı üçün 10 günah verilər. Qiyamətdə onu alovlu qamçı ilə qamçılayarlar.
  • Övladın 7 yaşa qədər nazını valideyn çəkər. 14 yaşa qədər övlad buyruqlara baxar.14 yaşəndan sonra onların qayğısını çəkər.
  • Övladını Quran oxumağa göndərən valideynə hər öyrənilən 1 hərf üçün 10 savab verilər. Qiyamətdə başına savabdan tac verilər və hamı onları görüb qısqanar.
  • Övladınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin ki, həmin gözəl tərbiyə nəticəsində bağışlanasınız.
  • Övladınıza tərbiyəni elə verin ki, başqalarına da elə davransın.
  • Övladınızı əsla Allahdan qorxutmayın. Ona sadəcə günah işlərkən qorxmağı tapşırın.
  • Övladınızı öz zamanınıza görə yox, gələcək zamana görə yetişdirin.
  • Övladlarınız arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım.
  • Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır.
  • Öz subaylarınızı evləndirin. Bu əmələ Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar.
  • Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram.
  • Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım.
  • Özünə aid olmayan işlərə qarışma.
  • Özünə dilədiyini qardaşına da dilə.
  • Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də.
  • Özünüz necəsinizsə, o cür də idarə edilirsiniz. Başçınız öz içərinizdəki adamlardan çıxır.[15]
  • Özünüz yemədiyinizi yoxsullara yedirməyin.
  • Özünüzü təmiz adam kimi göstərməyin, yaxşı adam kimi gözə soxmayın, içərinizdə yaxşılıq edənləri, xeyirli, mərhəmətli olanları Allah daha yaxşı tanıyır.
  • Peyğəmbərimiz buyurub: "Özünə və ya başqasına aid yetimə sahib çıxan şəxs cənnətdə mənimlə yan-yana olacaq".
Rəhbərin cəzalandırmaqda səhv etməyindənsə, bağışlamaqda səhv etməsi daha yaxşıdır.
  • Rəbbinə itaətsizlikdən çəkinin, namaz qılın, oruc tutun, zəkat verin, rəhbərinizə itaət edin. Bununla Rəbbinizin cənnətinə girərsiniz.
  • Rəhbərin cəzalandırmaqda səhv etməyindənsə, bağışlamaqda səhv etməsi daha yaxşıdır.
  • Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.
  • Paxıllıqdan çəkinin, paxıllıq yaxşı işləri, alov odunu udan kimi udur.
  • Parik taxana və taxdırana, qaş alana və aldırana, döymə (tatuirovka) edənə və etdirənə lənət olsun!.
  • Peyğəmbər ona cavab verdi: "Nə danışdığına fikir ver". Həmin şəxs dedi: "Vallah mən səni sevirəm", — bu sözləri üç dəfə təkrar etdi. Məhəmməd peyğəmbər ona dedi: "Əgər doğru deyirsənsə kasıblığa hazırlaş, çünki bu dənizə axdığı kimi yoxsulluq da məni sevənləri yaxalayır".
Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
  • Savaş hiylədir, hiylədən ibarətdir.
  • Savaşın ən üstünü adamları sıxışdıran, onlara zülm edən padşahın qarşısında doğru söz söyləməkdir.
  • Sədəqə var-dövləti artırar.
  • Sədəqə verməklə mal azalmaz.
  • Səxavətli bisavad, Allaha ibadət edən, lakin xəsis olan adamdan yaxşıdır.
  • Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.
  • Səni şübhəyə salan hər nə varsa, tərk et.
  • Siz hamınız bir-birinizin nəzarətçisi olmağa məsulsunuz.
  • Siz öz Yaradanınızı sevirsinizmi? Əgər sevirsinizsə, onda hər şeydən əvvəl öz qardaşlarınız olan insanları sevin.
  • Sizdən aşağı olan adamlara baxın; bu sizi İlahinin xeyir-duasına etinasızlıqdan qoruyar.
  • Sizə bilik öyrədən adamı da böyük sayın, uca tutun, bilik öyrətdiyiniz adamı da.
  • Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.
  • Sizin dünyanızda 3 şeyi sevdim: gözəl ətri, gözəl qadınları, gözümün işığı namazı.
  • Sizin ən xeyirliniz, ailəsinə ən xeyirli olanınızdır.
  • Sizin ən yaxşınız dünyada daha rəğbətsiz, axirətdə isə daha rəğbətli olanınızdır.
  • Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.[16]
  • Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.
  • Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün.
  • Sual verən şəxsə ədəb-ərkanla cavab vermək sədəqədir.
  • Susmaq alimə yaraşır, cahilin isə eyiblərini ört-basdır edir.
  • Susmaq xasiyyətlərin ağasıdır: kim lağ-lağı edərsə, ona da lağ edərlər.
  • Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.
  • Şəhadət etmək çox pis deyil, yaxşı deyil, əla şeylərdən biridir.
  • Tamah alimlərin qəlblərində hikmətin qənimidir.
  • Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.
  • Tanrı üzünü ağ etsin o adamın ki, bizdən bir söz öyrənir və öyrəndiklərini bilməyənlərə öyrədir.
  • Təhsil müqəddəs cihaddır.
  • Tərəzidə gözəl xasiyyətdən daha ağır gələn heç bir şey yoxdur.
  • Təkəbbür insanı alçaldır və kiçildir.
  • Təmiz və ruhu oxşayan sözlər demək sədəqədir.
  • Tikan və daş kimi maneələri yolun üstündən götürmək sədəqədir.
  • Torpağın sürtülməsi dəmiri təmizlədiyi kimi Allahı yaddan çıxarmamaq da insanın ürəyini təmizləyir.
  • Unutma ki, bir gün bir adamla dost olsan, sabah sənin düşməninə çevrilə bilər.
  • Uşaqlar ata-analarından daha çox, zəmanələrinə oxşayırlar.
  • Üç dua mütləq qəbul olunur: məzlumun duası, qonağın duası və atanın oğlu üçün etdiyi dua.
  • Üç şey gözün gücünü artırır: gözə sürmə çəkilməsi, yaşıllığı seyr etmək və gözəl hüsn-camala baxmaq.
  • Üç yalanın günahı Adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan: çünki savaş məharəti hiylədən ibarətdir, zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan, bir də iki adamın arasını düzəltmək üçün deyilən yalan.
  • Ümmətimin qocasına hörmət edən mənə hörmət etmişdir.
  • Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görünəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir.
  • Üzünə baxa-baxa təriflənən və təmiz olduğu söylənilən kişi yaralanmış kimidir.
  • Vəd borcdur. Vay olsun vəd verib ona xilaf çıxana.
  • Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.
  • Yaxşı işə həvəsləndirmək və pis işdən çəkindirmək sədəqədir.
  • Yaxşı xasiyyətlər cənnətə aid əlamətlərdir.
  • Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır.
  • Yaltaqlıq və həsəd aparmaq möminlərə yaraşan hal deyildir, lakin bilik əldə etmək üçün birisi başqasına yaranırsa, başqasına həsəd aparırsa, bu başqa məsələdir.
  • Yeməklərin ən pisi toxların çağırılıb acların çağırılmadığı toy yeməyidir.
  • Yer üzünü qoruyun, çünki o sizin ananızdır.
  • Yerdəkilərə mərhəmət edin ki, göydəki də sizə mərhəmət eləsin.
  • Yoxsulluq bəladır. Ondan da pisi — bədən xəstəliyidir. Bədən xəstəliyindən çətini isə qəlb xəstəliyidir.
  • Yolun ortasına düşmüş bir daşı götürüb kənara atan, yolu sahmana salan adam savab qazanır.
  • Zəngin, çox mala sahib olana deyilməz, zəngin ürəyi olana deyilir.
  • Zərər vermək və zərərə zərərlə qarşılıq vermək olmaz.

Haqqında sitatlar

[redaktə]
  • Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyayaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur. Yohann Volfqanq Göte
  • Din elə bir qüvvədir ki, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi vəsəlləm) onun vasitəsilə dünyaya yeni bir yön verdi.[17] Napoleon Bonapart
  • Heç kəs Həzrəti Məhəmmədin prinsiplərindən irəli addım ata bilməz. Avropaya nəsib olan bütün müvəffəqiyyətlərə baxmayaraq, bizim qoyulmuş bütün qanunlarımız İslam mədəniyyətinə nisbətdə əskikdir. Biz Avropa milləti mədəni imkanlarımıza baxmayaraq, Həzrəti Məhəmmədin son pilləsinə çatdığı nərdivanın hələ ilk pilləsindəyik. Şübhəsiz, heç kəs onu bu işdə keçməyəcəkdir. Höte
  • İndi bəşəriyyətin canlı nəslinin ən böyük xeyirxahları olan şəxslər kimlərdir? Deməliyəm: Konfutsi və Lao-Tse; Budda; İsrail və Yəhuda peyğəmbərləri; Zərdüşt, İsa, Məhəmməd və Sokrat. Arnold Cozef Toynbi
  • İnsanların böyüklüyü nə ilə ölçülürsə ölçülsün, dünyaya Həzrəti Məhəmməddən böyük bir insan gəlməyəcək. Alfons de Lamartin
  • İnsanların dəyərini onların qurduqları əsərlərin böyüklüyü ilə mühakimə etməli olsaq, deyə bilərik ki, Məhəmməd tarixə məlum olan ən böyük adamlardan biridir. Dini xurafatlar bir çox tarixçilərə onun işinin əhəmiyyətini dərk etməyə mane oldu; lakin xristian yazıçıların özləri indi ona ədalət verməyə başlayırlar. Qustav Lebon
  • İnsanlıq probleminin üst-üstə yığılaraq həll edilməz bir hal aldığı günümüzdə Həzrəti Məhəmmədə son zamankından daha çox möhtacıq. Əgər O içimizdə olsaydı, bütün bu problemləri çox rahatlıqla həll edərdi. Bernard Şou
  • Kim Məhəmmədə ibadət edərsə, bilsin ki, Məhəmməd ölüb. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah diridir və heç vaxt ölməyəcəkdir. Əbu Bəkr
  • Məhəmməd böyük bir adam, cəsarətli bir əsgər idi; Bender [sic] döyüşündə qazandığı bir neçə kişi ilə; böyük bir kapitan, qürur verici, dövlətin böyük bir insanı, öz vətənini dirçəltdi və Ərəbistanın ortasında yeni bir insan və yeni bir güc yaratdı. Napoleon Bonapart
  • Məhəmməd çox gözəl həqiqətlər söylədi. Əgər Quranı oxusanız, mövhumatlarla qarışmış ən gözəl həqiqətləri görərsiniz. Bunu necə izah edəcəksiniz? O adam, şübhəsiz ki, ilhamlanmışdı, amma ilham olduğu kimi idi, büdrədi. O, təlim keçmiş Yogi deyildi və nə etdiyini bilmirdi. Məhəmmədin dünyaya etdiyi yaxşılığı düşünün və onun fanatizmi ilə edilən böyük pisliyi düşünün! Onun təlimləri ilə qətlə yetirilən milyonlarla insanı, övladlarından məhrum olan anaları, övladları yetim qoyduğunu, bütün ölkələri dağıdıb, milyonlarla insanın öldürüldüyünü düşünün! Beləliklə, biz Məhəmməd və başqaları kimi böyük müəllimlərin həyatını öyrənməklə bu təhlükəni görürük. Bununla belə, eyni zamanda onların hamısının ilham aldığını görürük. Hər hansı bir peyğəmbər öz emosional təbiətini yüksəldərək fövqəlşüurlu vəziyyətə düşəndə ​​ondan nəinki bəzi həqiqətləri, hətta bəzi fanatizmi, təlimin böyüklüyü kömək etdiyi qədər dünyanı yaralayan bəzi xurafatları da uzaqlaşdırırdı. İnsan həyatı dediyimiz uyğunsuzluq kütləsindən hər hansı bir səbəbi çıxarmaq üçün ağlımızı aşmalıyıq, lakin bunu elmi şəkildə, yavaş-yavaş, müntəzəm təcrübə ilə etməliyik və bütün xurafatı atmalıyıq. Biz hər hansı digər elm kimi fövqəlşüurlu vəziyyətin öyrənilməsi ilə məşğul olmalıyıq. Ağıl əsasında biz bünövrəmizi qoymalıyıq, ağlın apardığı yerə qədər ona tabe olmalıyıq və ağıl iflasa uğrayanda ağıl özü bizə ən yüksək müstəviyə gedən yolu göstərəcəkdir. Bir kişinin "Mən ilham aldım" dediyini eşidəndə və sonra məntiqsiz danışanda, onu rədd edin. Niyə? Çünki bu üç hal – instinkt, ağıl və fövqəlşüur və ya şüursuz, şüurlu və fövqəlşüurlu hallar – bir və eyni ağla aiddir. Bir insanda üç ağıl yoxdur, lakin onun bir halı digərlərinə çevrilir. İnstinkt ağla çevrilir, və transsendental şüura daxil olan səbəb; buna görə də dövlətlərin heç biri digərlərinə zidd deyil. Həqiqi ilham heç vaxt ağılla ziddiyyət təşkil etmir, əksinə onu yerinə yetirir. Necə ki, böyük peyğəmbərlərin "mən məhv etməyə deyil, yerinə yetirməyə gəlirəm" dediyini görürsən, ilham da həmişə ağlı həyata keçirmək üçün gəlir və onunla həmahəngdir. Svami Vivekananda
  • Məhəmməd həmişə xristianlıqdan yüksəkdə dayanıb. Allahı insan hesab etmir və heç vaxt özünü Allaha bərabər tutmur. Müsəlmanlar Allahdan başqa heç nəyə ibadət etmirlər və Məhəmməd onun elçisidir. Bunda heç bir sirr və sirr yoxdur. Lev Tolstoy
  • Məqsədin böyüklüyü, vasitələrin kiçikliyi və heyrətamiz nəticələr bəşər dühasının üç meyarıdırsa, o, tarixdəki istənilən böyük insanı Məhəmmədlə müqayisə etməyə cəsarət edə bilər.? Ən məşhur insanlar yalnız silahlar, qanunlar və imperiyalar yaratdılar. Onlar, ümumiyyətlə, gözləri qarşısında tez-tez dağılan maddi güclərdən başqa bir şey qurmadılar. Bu adam təkcə orduları, qanunları, imperiyaları, xalqları, sülalələri deyil, o zamanlar məskunlaşan dünyanın üçdə birində milyonlarla insanı köçürdü; və daha çox qurbangahları, tanrıları, dinləri, ideyaları, inancları və ruhları köçürdü. Filosof, natiq, həvari, qanunverici, ideyalar qalibi, rasional inancları bərpa edən… İyirmi yerüstü imperiyanın və bir mənəvi imperiyanın qurucusu – yəni Məhəmməddir. İnsanın böyüklüyünün ölçülə biləcəyi bütün meyarlara gəlincə, soruşa bilərik ki, ondan böyük insan varmı? Alfons de Lamartin
  • Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm.[18] Otto fon Bismark
  • Milyonlarla insanın qəlbində mübahisəsiz təsirə sahib olan bir insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu daha yaxşı anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və dəvamçılara özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu və Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi. Mahatma Qandi
  • Müasir dövrün bütün böyük peyğəmbərləri səhradan gəliblər — Məhəmməd, İsa və mən. Müəmmər əl-Qəzzafi
  • Peyğəmbər və Allahın elçiləri dinlə bağlı olan bütün məsələlərdə həmfikirdirlər. Budda, İsa, Məhəmməd, Zərdüşt arasında – qismən və ya əsaslı – heç bir qarşıdurma və ziddiyyət yoxdur. Əgər biz tövhid dinə uyğun gələnləri əxz edib ruhumuzla Allaha – məhəbbət, gözəllik, rəhmdillik və firavanlıq mənbəyi olan ali başlanğıca doğru yüksəlsək, (o zaman) ədavət və məşəqqətə gətirib çıxaran ixtilaflardan uzaq olarıq. Əmin ər-Reyhani
  • Sokratı kim zəhərlədi, Janna Darkı kim yandırdı, İsanı kim çarmıxa çəkdi, Məhəmməd peyğəmbəri dəvə sümüklərinin qalıqları olan yerdə kim dəfn etdi? Kütlə. Deməli, kütlənin ağlı yoxdur. Onu həqiqət yoluna yönəltməyi bacar. Abay Kunanbayev
  • Yustinianın (Bizans İmperatoru) ölümündən dörd il sonra, 569-cu ildə, Məkkədə, Ərəbistanda, bütün digərləri arasında bəşər övladına ən böyük təsir göstərən insan — Məhəmməd anadan olub … Bir çox imperiyaların dini rəhbəri olmaq, rəhbərlik etmək İnsan övladının üçdə birinin gündəlik həyatı, bəlkə də Allahın elçisi ünvanını haqq qazandıra bilər. Con Dreper

İddia

[redaktə]

Məhəmməd peyğəmbərə aid olduğu iddia olunan, lakin əksər tədqiqatçılar tərəfindən ona aid olmadığı qeyd edilmiş rəvayətlər:

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

[redaktə]
  1. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.
  2. Şeyx Tusi, "İxtiyarül mə`rifətir rical", 1-ci cild, 211-ci səh
  3. Şazan ibn Cəbrayıl Qummi, "Əl-fəzail", 121-ci səh
  4. Əli ibn Yunis Amuli, "Əs-siratül-mustəqim", 1-ci cild, 209-cu səh
  5. Hüseyn ibn Süleyman Hilli, "Əl-müxtəsər", 94-cü səh
  6. Seyid Haşim Bəhrani, "Hilyətül-əbrar", 2-ci cild, 410-cu səh
  7. "Biharül-ənvar", 27-ci cild, 143-cü səh
  8. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  9. Heysəmə, "Min hədisi Heysəmə ibn Süleyman", səh. 200
  10. Hakim ən-Nişapuri "Müstədrək", c. 3, səh. 137, hədis 4637
  11. Əhməd ibn Hənbəl, "Fədail əs-səhabə", c. 2, səh. 634–635, hədis 1081
  12. Təbəri, "Təhzibul Əsər", c. 4, səh. 123, hədis 1414
  13. Əbu Nuaym əl-İsfahani, "Marifətus Səhabə", c. 1, səh. 106, hədis 347
  14. ibni Əsakir "Tarixi Dəməşq", c. 42, səh. 378, hədis 44629
  15. Xəzinə. Bakı,1997. səh.150
  16. Tuhəful-Uqul, səh.45
  17. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.84
  18. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.317
  19. Vətəni sevmək imandandır?
  20. Hubbul vətən minəl iman rəvayətinin mətni və sənədi düzgündürmü?

Xarici keçidlər

[redaktə]