Paxıllıq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllının paxıllığını çəkən çox olar. Adıgey atalar sözləri
B[redaktə]
- Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur. Məhəmməd Tağı Sidqi
C[redaktə]
- Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları. Məhəmməd Füzuli
D[redaktə]
- Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. Antuan Rivarol Fransız yazıçısı
- Dazlıq ilə paxıllığın dərmanı yoxdur. Malayal atalar sözləri
- Düşmənçilik fəzl, paxıllıq passiv aralıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil. Höte
H[redaktə]
- Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma. Qabusnamə
K[redaktə]
- Kim ki, sənin səhvlərini deyir - sənə atadır, kim ki tərifləyir - paxıldır. Teluqu atalar sözləri
N[redaktə]
- Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. Höte
Q[redaktə]
- Qısqanc adamlar bağışlayır, paxıllar isə yox. Molyer
P[redaktə]
- Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər. Danimarka atalar sözləri
- Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər. Klod Adrian Helvetsi: Fransız filosofu
- Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir. Frensis Hart: Amerika yazıçısı
- Paxıl ölürsə də, paxıllığ heç vaxt ölmür. Molyer.
- Paxıl rahat olmaz, başqalarını gözü götürməz, özünə isə layiq olmadığı hər şeyi istər. Əbdürrəhman Cami
- Paxıllar zəkalıların düşməni, riyakarlar ecazkarların qənimidir. Ə.Xaqani
- Paxıllıq dirəyini nadanlıq küləyi sındırar. Hümam Təbrizi
- Paxıllıq xoşbəxt adamların düşmənidir. Epiktet
- Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur. A.Bakıxanov
- Paxıllıq qabiliyyətin yoxsulluğundan doğar, Hünərsiz adam arta bilmədiyini görüb başqalarının da hünərsiz olmasını və geriləməsini arzular ki, özü ilə müvaziləşsin. A.Bakıxanov
- Paxıllıq nifrətdən də barışmazdır. Fransua de Laroşfuko
- Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir. Onore de Balzak
- Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir. A.Bakıxanov
- Paxıllıq və qorxu elə yeganə hisslərdir ki, insana zövq vermir. C.A.Kollinz.
- Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir.
Həmçinin bax[redaktə]
İstinadlar[redaktə]
Duyğular | |
---|---|
Duyğusal | Sitayiş · Əzab · Ağrı · Zəhm · Əyləncə · Hirs · Acıqlanma · İztirab · Məmnuniyyət · Məğlubiyyət · Depressiya · Kefsizlik · Böhran · Məyusluq · Nifrət · Xəcalət · Həvəs · Paxıllıq · Həyəcan · Qorxu · Xəyal qırıqlığı · Qəm · Günahkarlıq · Xoşbəxtlik · Vətən həsrəti · Dəhşət · Düşmənçilik · Alçalma · İsteriya · Təhlükəsizlik · Təhqir · Maraq · Qıcıqlanma · Təcrid · Qısqanclıq · Tənhalıq · Təşviqat · Sevgi · Şəhvət · Şəfqət · Melanxoliya · Baxımsızlıq · Nostalji · Nikbinlik · Vahimə · Ehtiras · Mərhəmət · Zövq · İftixar · Qəzəb · Təəssüf · İmtina · Vicdan əzabı · Narazılıq · Kədər · Sentimentallıq · Ayıb · Kədər · Kin · Şok · Dözmək · Sürpriz · Rəğbət · Gərginlik · Həyəcan · Təəccüb · Narahatlıq |
Dünyagörüşü | Bağdaşırcılık · Mövcudluq · Fatalizm · İnkompatibilizm · Metafizik · Nihilizm · Optimizm · Pessimizm · Zahid · ictimai ədalət · Dünyadan yorğunluq |