Vicdan əzabı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlar adət etdikləri pis hərəkətlərdən heç vaxt vicdan əzabı çəkmirlər. Volter
B
[redaktə]- Bir neçə günlük vicdan əzabı və iztirabdan sonra növbəti nəticəyə gəldim: arvadınız dosta çevrilirsə, onda dostunuza arvadınız olmağı təklif etmək vaxtıdır. Frederik Beqbeder
Ə
[redaktə]- Əzab qaçılmazdır, vicdan əzabı isə bir seçimdir. Haruki Murakami
F
[redaktə]- Fəzilətli olmaq üçün hər kəs özündə kifayət qədər güc tapa bilər. Bunu qətiyyətli şəkildə istəmək lazımdır. Bundan sonra isə vicdan əzabı çəkilən şeyləri etməmək çox asan olacaq. Denis Fonvizin
H
[redaktə]- Hörmət, ata-ananı kədərdən, uşağı isə vicdan əzabından qoruyan bir hərəkətdir. Onore de Balzak
M
[redaktə]- Mən həyatda yalnız iki həqiqi bədbəxtlik tanıyıram: vicdan əzabı və xəstəlik. Lev Tolstoy
- Mən nə vaxtsa vicdan əzabı çəkmişəmmi? Yaddaşım bu barədə susur. Fridrix Nitsşe
- Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
- Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən. Mel Qibson
Ö
[redaktə]- Özünü ləyaqətlə aparan adam vicdan əzabından azaddır. [1] Əbül Fərəc
V
[redaktə]- Vicdan əzabı çəkmək səhrada susuz qalıb ölməkdən betərdir. Viktor Hüqo
- Vicdan əzabı həm böyüklər, həm də uşaqlar üçün ağırdır. Çarlz Dikkens
- Vicdan əzabı insanın içində bir cəhənnəmdir. Corc Bayron
- Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır. Eduard Bulver-Litton
- Vicdan əzabı qamçıdan güclüdür. Gürcü atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.127