Fridrix Nitsşe

Vikisitat saytından
Fridrix Vilhelm Nitsşe
Doğum tarixi 15 oktyabr 1844
Doğum yeri Röcken
Vəfat tarixi 25 avqust 1900
Vəfat yeri Veymar
Dəfn yeri Lützen
Vikipediya məqaləsi

Fridrix Vilhelm Nitsşe – Yaradıcılığı ilə müasir fəlsəfəyə böyük təsir göstərən alman filosof, tənqidçi, filoloq, bəstəkar və şair.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Abır, abır, abır-budur insanın tarixi!
  • Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir.
  • Aforizm cəsarətdir.
  • Aforizm düşüncələr zəncirinin halqasıdır. Oxucudan bu zənciri öz imkanları ilə yenidən qurmağı tələb edir. Aforizm bir ehtimaldır. — Yaxud Heraklitin bildiyi kimi ehtiyat tədbiridir. Aforizm həzz almaq istəyirsə, başqa materiallarla (nümunələr, izahatlar, hekayələr) təmasda olmalıdır. Çoxları bunu başa düşmür və bu səbəbdən risksiz nəyin riskli olduğunu ifadə etmək olar.
  • Aforizm yazan oxumaq deyil, əzbər öyrənmək istəyir.
  • Ağlım “Bunu etmə, bunu pis başa düşəcəklər” deyəndə, mən həmişə onun əksinə hərəkət edirəm.
  • Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir.
  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır. Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır.
  • Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.
  • Aktyorun ruhu var, amma ruhunun vicdanı azdır. O, özünün inandığı şeylərlə başqalarını da inanmağa məcbur edir. O, özünə inanır!
  • Alim insan təkcə düşmənlərini sevməyi deyil, həm də dostlarına nifrət etməyi bacarmalıdır.
  • Allah bizə musiqini ona görə bəxş edib ki, biz onun köməyi ilə göylərə qalxaq.
  • Allah hansısa bir fərziyyədir.
  • Allah öldü: indi biz istəyirik ki, Fövqəlbəşər insan yaşasın.
  • “Allah”, “ruh”, “savab”, “günah”, “o dünya”, “həqiqət”, “axirət dünyası” – bütün bunlar yaramaz adamların xəstə instinktlərinin uydurduqları yalanlardır.
  • Allahdan ayrılan əxlaqa inamdan möhkəm yapışır.
  • Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.
  • Aristotel deyir ki, "Yalqızlıqda yaşamaq üçün, ya heyvan, ya da Tanrı olmaq lazımdır". Burada üçüncü hal çatışmır: hər ikisindən - filosof olmaq.
  • ...Artıq sevmək mümkün olmayan yerdə, oradan keçməlisən!
  • Ayaqlar və gözlər getdiklərini və gördüklərini deməlidirlər, yalan söyləməklə bir-birinin eyiblərini açmamalıdır. Kiçik adamlar daha çox yalan danışmalı olurlar.
  • Az bilən və az düşünən çox danışar.
  • Azadlıq özündən utanmaqdan azad olmaqdır.

B[redaktə]

  • Başqa cəhətləri bilmirəm, amma qisaseşqdə qadın kişidən qat-qat üstündür..
  • Başqalarına bütöv bir kitab tələb olunan şeylər barəsində onlara təklif vermək mənim ən müqəddəs arzumdur.
  • Bədbəxtlik səndən yan keçdi. Bundan öz xoşbəxtliyin kimi həzz al!
  • Bəzən bircə sözfırtına qopara bilər.
  • Bəzi insanlar öz günəş sistemlərində yaşayarlar; onları orada ziyarət etmək lazımdır. Öz atəşinlə yandırmağa hazır olmalısan özünü; əvvəl kül olmadan necə yeni ola bilərsən ki!
  • Bəziləri çox gec, bəziləri çox tez ölürlər. “Vaxtında öl!” ifadəsi hələ ki, qəribə səslənir.
  • Bəzilərində ürək, digərlərində isə ağıl tez qocalır. Bəziləri gənclikdə qoca olurlar, amma gec gənc olan həmişə belə qalır.
  • Bəzilərində tənhalıq - xəstənin qaçışı, digərlərində isə xəstələrdən qaçışdır.
  • Bilərəkdən və könüllü surətdə yalan danışmaq zorən kor-koranə doğrunu deməkdən yaxşıdır – Platon bu yerdə haqlıdır. Hərçənd ki, qəbul olunmuş qiymətləndirmə meyarı tamam başqa cürdür: həqiqəti söyləyən insan daha çox rahatlıq tapır.
  • Bir dəfə də olsun pulu, şərəfi, nüfuzlu əlaqənin əldə edilməsini düşünməyən insan başqa insanları necə tanıya bilər?
  • Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az.
  • Bir dəfə insanlara uçmağı öyrədən sərhəd daşlarını yerindən tərpətdi.
  • Bir halda ki, zaman sonsuzdur, o zaman indiyə qədər bu sonsuzluq keçib gedib, yəni mümkün ola biləcək inkişaf həyata keçib. Deməli, müşahidə etdiyimiz inkişaf təkrarlanır.
  • Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.
  • Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar.
  • Bir iranlı üçün mühüm olan şeylər bunlardır: sərrast atəş açmaq, at minmək, borc verməmək və yalan danışmamaq.
  • Bir işə başlamağa təşəbbüs edəcəksinizsə, qərarsızlıq qapılarını bağlayın.
  • Bir səbəbə zərər vurmağın ən hiyləgər yolu onu qəsdən səhv dəlillərlə müdafiə etməkdən ibarətdir.
  • Bir səhər Zərdüşt ürəyində güldü və istehza ilə dedi: “Xoşbəxtlik ardımca qaçır. Ona görə ki, mən qadınların arxasınca qaçmıram. Xoşbəxtlik isə qadındır”.
  • Bir şeyi qəbul edərkən laqeyd olun! Qəbul etdiynizlərə isə hörmət bəsləyin. Heç nə bağışlaya bilmədiyim adamlara bu cür məsləhət verirəm.
  • Birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma!
  • Biz arzu ediləndən çox arzulamağa aşiqik.
  • Biz çox az bilir və pis oxuyuruq. Ona görə də aldatmağa məcburuq.
  • Biz daha çox bizim sevimli olmağımıza mane olana yox, tam sevməyimizə mane olana nifrət edirik.
  • Biz hamımız, bəzən də heç xəbərimiz olmadan, az və ya çox dərəcədə özümüzü arsızlığa vururuq.
  • Biz həmişə yuxarılara- buludların səltənətinə can atırıq. Rəngbərəng müqəvvalarımızı da oralarda yerləşdirib onları Allahlar və Fövqəlbəşər adlandırırıq.
  • Biz insan xeyirxahlığının ölçüsündən kənara bir addım atan kimi əməllərimizə, hərəkətlərimizə inanmırlar. Fəzilət məhz “ortada” olur.
  • Biz özümüzdən çox başqaları ilə daha səmimiyik.
  • Bizə öz etibarlarını hədiyyə edən insanlar elə düşünürlər ki, bununla bizim etibarımızı qazanırlar. Bu yanlış bir bir nəticədir. Hədiyyələrlə etibar qazana bilməzsən.
  • Bizim geyə biləcəyimiz ən yaxşı maska - bizim öz üzümüzdür.
  • Bizim hər bir əməlimiz bizim özümüzü yaratmağa davam edır.
  • Bizim istifadə etdiyimiz yalanların dörddə üçü antitezalarla dünyaya gəlmişdir.
  • Bizim vəzifəmiz - bu, başqalarının bizim üzərimizdə olan hüququdur.
  • Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
  • Böyük borclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər.
  • Böyük sevgi əzablardan da böyükdür. Çünki, o sevməkdən başqa yaratmağı da arzulayır!
  • Böyüklüyə cəhd edən insanlar mahiyyətcə çox qəzəbli insanlardır. Bu, özünü təsdiqləməyin bir üsuludur.
  • Bu dünyada ən yaxşı sənət yalançılıqdır.
  • … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir.
  • Bu gün heç kim ölümcül həqiqətlərdən ölmür, antibiotiklər çoxalıb.
  • Bu qədim və əzəli və nəhayət zərif və ruhlandırıcı olan qorxu, mənə elə gəlir ki, indi elm adlanır.
  • Bu yalançı dünyada həqiqət pafosu haradan gəlir? Əxlaqdan… Yunanların fəlsəfə ilə baş qatmaları çox qəribədir. Gözəl yalan məşğuliyyəti. Lakin ondan da qəribə olan insanların həqiqət pafosunun dalınca düşməsidir. Platon dialektikanın hər şeyə hakim olduğu yeni bir dövlət arzulayır. O, gözəl yalanlar mədəniyyətini rədd edir.
  • Budda öldükdən sonra yüz illərdir ki, mağarada onun kölgəsini göstərirlər. Dəhşətli və qorxulu kölgəsini. Allah ölüb. Amma insanların təbiəti elədir ki, min illər boyunca kölgə göstərilən mağaralar mövcud olacaq. Ona görə də biz bir də onun kölgəsinə qalib gəlməliyik!
  • Bütün Allahlar şairlərin simvolu və məkrli dedi-qodularıdır!
  • Bütün böyüklər bazardan və şöhrətdən uzaqdırlar. Yeni dəyərlər ixtiraçıları həmişə bazardan və şöhrətdən kənarda yaşamışlar.
  • Bütün həqiqətlər sadədir. — Bunun özü ikiqat yalan deyilmi? Çarəmiz yoxdur, bu gərdişlə barışmalıyıq… Yalan danışmaq cəsarətli adamların işidir.
  • Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər.
  • Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.

C[redaktə]

  • Canavarlarla döyüşənlər öz növbəsində canavar olmamağa diqqət yetirsinlər. Bir uçuruma uzun müddət baxdığınız zaman uçurum da sizə baxır.
  • Cavabsız qalmış sevginin bədbəxtliyi qarşılıqlı sevginin yox, böyük sevginin köməyi ilə aradan qaldırılır.
  • Cənnətdə bütün maraqlı insanlar əskikdir.
  • Cəsarət yalnız qorxunu ürəkdən hiss edənlərdə, uçuruma məğrurluqla baxanlarda olur.
  • Cəsuru qorxudan boş güllə ən böyük qorxağı qorxutmaya da bilər.

Ç[redaktə]

  • Çox uzun müddət bir qul və tiran bir qadının içində gizləndi. Buna görə də o, dostluqdan acizdir: o, yalnız sevgini bilir.
  • Çox şeyləri görmək üçün özünə baxmamağı öyrənmək lazımdır. Bu ciddilik dağlara qalxan hər kəs üçün zəruridir.
  • Çox yalan danışmağa ehtiyacı olmayan adamlar daha az yalan danışdıqlarına görə hələ öyünürlər də.

D[redaktə]

  • Daşlar nə eşidər, nə də görər bir şeyi,

Yenə də hıçqırar xəfifcə; Unutma məni, Unutma məni.

  • Dayaz, yüngülməcaz adamlar həmişə yalan danışmağa məcburdur, çünki onların məzmunu yoxdur. Əsl tərbiyə: hər hansı bir şəraitdə yalana alışdırmaq tərbiyəsidir. Həqiqətpərəst adam son nəticədə həmişə yalan dediyinin fərqində olur. Yalan danışmaq yalnız bildiyinin əksini danışmaq deyil, həm də bilmədiklərinin əksini danışmaqdır.
  • Deməli, tarix keçmişin keşiyində duran və hörmət edən, sədaqət və məhəbbətlə baxışını hardan gəldiyinə, olduğu yerə çevirənə məxsusdur; bu ehtiramlı münasibəti ilə o, sanki, varlığının özü üçün minnətdarlıq borcunu ödəyir.
  • Despotlar, havanın əxlaqlı olduğu bölgələri sevərlər.
  • Dəlilik fərdlərdə nadir bir şeydir, lakin qruplarda, partiyalarda, xalqlarda və yaşlarda bu bir qaydadır.
  • Dərin olduğunu bilənlər aydınlığa can atır. Camaata dərin görünmək istəyənlər qaranlıqlığa can atırlar. Çünki camaat inanır ki, əgər bir şeyin dibini görə bilmirsə, onun dərinliyi olmalıdır. O, çox qorxaqdır və suya girməyi sevmir
  • Dərk edən həqiqət sularına o vaxt könülsüz baş vurur ki, su çirkli yox, dayaz olur.
  • Dərk etdiyimiz şeyi başqaları ilə bölüşəndə dərk etdiyimizə maraq azalır.
  • Dərrakəli adam nəinki öz düşmənlərini sevməli, eləcə də öz dostlarına nifrət etməyi bacarmalıdır.
  • Din hökmranlıq əldə edən kimi onun rəqibləri ilk davamçıları olur.
  • Dindar insan”, “axmaq”, “dahi”, ”cani”, “zülmkar”- bütün bunlar hansısa adı çəkilməyəni əvəz edən pis adlardır.
  • Dindar adam öz təbii düşmənini azad düşünən insanda yox, dindar adamda axtarır.
  • Dinlə həqiqi elm arasında nə qohumluq, nə dostluq, nə də düşmənçilk var. Onlar müxtəlif planetlərdə yerləşir.
  • Dirilmələr yalnız qəbir olan yerlərdə baş verir!
  • Dost üçün özünü bəzəməyə çalışma. Çünki, sən onun üçün öz səyi ilə Fövqəlinsan olmağa can atan olmalısan.
  • Dostlar, siz deyirsiniz ki, zövqlər haqqında mübahisə etmirlər. Amma, bütün həyat elə zövqlər haqqında mübahisədən ibarətdir!
  • Dostluq kədəri yox, sevinci bölüşməkdir.
  • Dostluğu planlaşdırmırlar, sevgi haqqında qışqırmırlar, həqiqəti sübut etmirlər.
  • Dostum, sevdiyin hər şey səni məyus edib: sonda məyusluq sənin vərdişin olub və sənin “həqiqətə” sevgi adlandırdığın sonuncu sevgin elə məyusluğa sevginin özüdür.
  • Dostun üçün təmiz hava, çörək, dərman ola bildinmi? Bəziləri öz zəncirlərindən azad ola bilmələrsə də, dostlarını xilas edirlər.
  • Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: “Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar… Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür.
  • Dövlət bütün şirin və zəhərli dilləri ilə dil-dil ötür, dediklərinin hamısı da yalan-palandır, — əldə etdiklərinin, topladıqlarının hamısı da oğurluq maldan başqa bir şey deyildir. Ey böyük insanlar, yazıqlar olsun ki, o bu gün də sizin qulaqlarınıza öz mənhus yalanlarını pıçıldamaqda davam edir.
  • Dövlətin qurtardığı yerdə insan önə çıxır. Yalnız orada, harada dövləti qurtarır, insan başlanır - artıq olmayan, amma lazım olan: orada kimin lazım olduğu barədə yeganə və təkraredilməz mahnı səslənir.
  • Döyüşçü şirin meyvələri sevmir. Ona görə də o, qadını sevir. Ən şirin qadında isə müəyyən bir acılıq vardır.
  • Dünya tarixi yalnız böyük cinayətkarlardan və böyük cinayətlərə qadir olan, lakin təsadüf nəticəsində bunu etməyənlərdən bəhs edir.
  • Dünya yeni səs-küy qaldıranların yox, yeni dəyərlər icad eləyənlərin ətrafında fırlanır. O, səssizcə fırlanır.
  • Dünyada ən böyük yalan insanların bərabərliyi haqqındakı yalandır.
  • Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər çürütməz.
  • Dünyada xəyali varlıqla xərclənəcək kifayət qədər sevgi və fəzilət yoxdur.
  • Dünyanın ən yüksək taxtına da çıxsanız oturacağınız yer yalnızca öz ombanızın üstüdür.
  • Dürüstcə möhürlənmiş və qəliblənmiş aforizm biz onu oxuduqdan sonra hələ “deşifrə edilməmişdir”; daha doğrusu, onun təfsiri – bunun üçün təfsir sənətinə ehtiyac var – təzəcə başlamışdır.
  • Düşmənin həyatı. Kim düşmənlə döyüşmək üçün yaşayırsa, düşmənin sağ qalmasında maraqlıdır.
  • Düşmənləriniz yalnız elə olmalıdır ki, onlara nifrət edə biləsiniz, elə olmamalıdır ki, siz onlardan qorxasınız.
  • Düşün. Sənə səndən başqa kim zərər verə bilər... İstəməsən içindəki boşluğu kim doldura bilər. Özün buna hazır deyilsənsə, kim səni xoşbəxt edə bilər.
  • Düzgün insan sonda dərk edir ki həmişə yalan danışıb.

E[redaktə]

Ə[redaktə]

  • Əgər Allah sevginin predmeti olmaq istəyirsə, o hər şeydən əvvəl ədaləti idarə edən hakim vəzifəsindən imtina etməlidir. Çünki, hakimlər, hətta ən mərhəmətli hakimlər sevgi predmeti deyildir.
  • Əgər Allahlar mövcud olsaydı, mən allah olmadığıma necə dözə bilərdim?
  • Əgər doğru hesab etsək və insan taleyində hər gün baş verən xoş dəqiqələri unutmasaq, dünyada tutqun, kədərli gözlərin gördüyündən də çox xoşbəxtlik var.
  • Əgər dost sənə pislik edirsə, ona belə de: “Mənə etdiklərini sənə bağışlayıram. Amma bu əməllə özünə etdiyin pisliyi necə bağışlayım?”
  • Əgər əsgərlər düşünməyə başlasaydı, orduda heç kim qalmazdı.
  • Əgər əzab çəkən, zülm edilmiş insan hakimiyyət əzminə nifrət etmə hüququna inamı itirirsə, o, ümidsizliyin ən ümidsiz zolağına daxil olur.
  • Əgər gözəl əməllərini məğrurluqla, adi əməllərini vərdişlə, xırda əməllərini isə qorxu ilə izah etsən, nadir hallarda səhv edərsən.
  • Əgər hərəkət etməyi qərara aldınızsa, şübhələr üçün qapıları bağlayın.
  • Əgər həyatda yüksəklik lazımsa, onun pilləkanların və onunla qalxanın ziddiyyətləri də olmalıdır! Yüksəlməyi həyat istəyir və yüksəlməyə özünü məcbur edir.
  • Əgər mütləq əxlaq mövcud olsaydı, o hökmən həqiqətin ardınca sürünən bir əxlaq olardı: və bu, nəticə etibarilə məni də, digər insanları da qarşısıalınmaz fəlakətlər girdabına, məhvə aparardı. – Mənim insanları əxlaqın buxovlarından azad etməkdəki marağım da bununla əlaqədardır. Yaşamaq və ucalara can atmaq üçün, iradənin hakimiyyət hərisliyini təmin etmək üçün mütləq olan hər bir şey yoldan kənarlaşdırılmalıdır. Qüdrətli insan üçün yalan icazə verilmiş bir vasitədir, lap yaradıcılıqda olduğu kimi: təbiət özü də beləcə hərəkət edir.
  • Əgər sən qulsansa, dost ola bilmzəsən. Əgər zülmkarsansa, sənin dostların ola bilməz.
  • Əgər sənin bir dənə də olsun nərdivanın yoxdursa, başınla dırmaşmağı öyrənməlisən. Yuxarıya başqa cür necə qalxmaq istəyərdin?
  • Əgər sənin əzab çəkən dostun varsa, onun əzabları üçün istirahət yeri ilə yanaşı, sərt yataq, yürüş çarpayısı ol. Bununla ona ən yaxşı kömək etmiş olarsan.
  • Əgər yaşamaq istəyirəmsə, mələk olmalıyam. Siz isə başqa şərtlərlə yaşayırsınız.
  • Əgər yüksəkliyə qalxmaq istəyirsinizsə, öz ayaqlarınızdan istifadə edin! Başqalarının başına çıxmayın,çiyinlərində oturmayın, sizi aparmalarına razı olmayın!
  • Əxlaq bəzi adamlar üçün fəzilət, çoxları üçün isə qüsurdur.
  • Əxlaq - bu, insanın təbiət qarşısında təkəbbürüdür.
  • Əxlaq kiməsə yükdürsə, ruhu çirkaba batıran və şəhvətə cəlb edən cəhənnəm yoluna çevrilən əxlaqı həmin şəxsə məsləhət görmək lazım deyil.
  • Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir.
  • Əxlaq mütləq mənada başa düşüldükdə, məsələn, dini anlamda yalanın tamamilə qadağan edilməsi kimi, onda dərhal bütün əxlaq, eləcə də siyasət tarixi əhəmiyyətsiz bir şeyə çevrilir. Biz yalan və xəlvəti kəsilmiş qəlp pullarla yaşayırıq. Hakim təbəqələr daim yalanın gücünə arxalanmışlar.
  • Əxlaq yatanda düha fışqırar.
  • Əxlaqsızlıq həmişə əxlaq libasına bürünməyi xoşlayır.
  • Əjdaha ilə vuruşan əjdaha olmaqdan çəkinməlidir. Əgər sən uzun müddət dərin uçuruma baxırsansa, dərin uçurum da sənə baxır.
  • Əmin - amanlıqda mübariz insan özünə hücum edir.
  • Ən böyük hadisələr ən səs-küylü yox, ən sakit halda baş verir.
  • Ən çox kimə nifrət edirlər? Əlbəttə ki, uçmağı bacaranlara.
  • Ən çox yayılmış yalan, insanın özünü aldatmasıdır: başqalarını aldatmaq nisbətən nadir bir cinayətdir.
  • Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.
  • Ən yaxşı şeyləri səhnədən kimin təqdim edəcəyi məlum olana qədər yaxşı şeylər hələ bir şey bildirmir. Kütlə bu təqdim edənləri böyük insanlar adlandırır.
  • Ən yaxşılar hökmranlıq etməlidir və ən yaxşılar hökmranlıq etmək istəyirlər! Bu nəzəriyyənin başqa cür səsləndiyi yerlərdə isə ən yaxşılar çatışmır.
  • Ən yaxşısı, gəlin sevinməyi öyrənək; beləcə başqalarına ağrı verməyi və ağrıları düşünməyi unudarıq.
  • Əsl kişi iki şey istəyər: təhlükə və oyun. Bu səbəbdən də ona ən təhlükəli oyuncaq kimi qadın lazımdır.
  • Əsl kişinin xarakterində oynamaq istəyən bir uşaq xisləti gizlənir. Qadınlar, kişilərdəki bu uşağı tapın!
  • Əsla eşq ağrısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara sarğısı olaraq sizi istifadə edər.
  • Ətrafındakı məsafənin ölçüsü hörmət etdiyin şeylərin necəliyindən və nə cür edilməsindən asılıdır.
  • Əvvəllər səhralarda vicdanlı, azad düşünənlər yaşamışlar. Şəhərlərdə isə məşhur müdriklər- bəslənmiş yük heyvanları yaşayırlar. Onlar sanki eşşək kimi həmişə xalqın arabasını daşımışlar.
  • Əzablardan xilas olmağın iki yolu var: sürətli ölüm və uzunmüddətli sevgi.

G[redaktə]

  • Gəlin etiraf edək ki, biz hər şeyə görə yalana borcluyuq… Yalan gözümüz görə-görə həyati zərurətə çevrilmişdir.
  • Gizlədilən hər bir həqiqət zəhərli olur.
  • Görüb inanmamaq dərk edənin ən böyük məziyyətidir; görünüş onun ən böyük düşmənidir.
  • Görünməz tellər ən möhkəm tellərdir.
  • Gözəllik, xoşbəxtlik vədidir.
  • Gözəlliyin səsi çox sakit səslənir. Onu yalnız ən həssas qulaqlar eşidə bilər.
  • Gülə bilən yeganə varlıq insandır. O qədər çox əzab çəkib ki, gülməyi kəşf edib.
  • Güllər, lalələr, qərənfillər, bütün çiçəklər solar, polad və dəmir qırılar, ancaq həqiqi dostluq nə solar, nə də qırılar.
  • Gülməli deyilmi ki, hələ də müqəddəs, sarsılmaz bir qanunun varlığına inanırıq: “yalan danışmaq olmaz”, “öldürmək olmaz” – elə bir həyatda ki, onun mahiyyəti məhz əbədi yalan və insanların bir-birini durmadan məhv etməsi ilə xarakterizə olunur.
  • Günah və cəza məfhumları, “xilas”, “bağışlanma” haqqında rəhmdillik təlimi – bunlar hamısı təpədən dırnağa qədər yalandır, heç bir psixoloji reallığa əsaslanmayan bu yalanlar insanları mahiyyət haqqında düşünmək axtarışlarından yayındırmaq üçündür. – bunlar səbəb və hadisə anlayışlarına qarşı bir sui-qəsddir.
  • Gündə on dəfə həqiqəti tapmalısan, əks təqdirdə onu gecə də axtaracaqsan və ruhun ac qalacaq.
  • Günə yaxşı başlamaq üçün ən yaxşı vasitə oyandıqdan sonra bu gün heç olmasa bir nəfərə sevinc bəxş etmək barədə düşünməkdir.

F[redaktə]

  • Fərd nə qədər azad və güclüdürsə, onun sevgisi bir o qədər tələbkar olur.
  • Fəzilət ən əziz qüsurdur. Qoy o elə beləcə də qalsın!
  • Fəzilətə əsaslanıb fəzilətin hökmranlığını təsdiq etmək olmaz. Əgər fəzilətə əsaslanırlarsa, hakimyyətdən əl çəkir, hakimiyyət əzmini itirirlər.
  • Filosofluq edən adamları iki yerə bölürəm: bəziləri həmişə öz müdafiələri, digərləri isə düşmənlərinə hücum barəsində düşünürlər.

H[redaktə]

  • Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar.
  • Hamı bilməlidir ki, Vyanada müharibənin gedişi ilə əlaqədar olan bütün məlumatlar (1866-cı il Avstriya-Prussiya müharibəsi nəzərdə tutulur) kütlələrdə ruh düşkünlüyünün qarşısını almaq məqsədilə saxtalaşdırılmış və təhrif edilmişdir.
  • Harada canlı tapdımsa orada güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
  • Harada yaşayan bir varlıq gördümsə, orada güçlü olmaq istəyinə rast gəldim.
  • Heç bir qalib təsadüfə inanmır.
  • Heç kəs, heç zaman və heç yerdə bu həqiqətin doğruluğuna şübhə etməsin! – Yalanlar daim insanların həyatını müşayiət edir, ancaq sonradan heç düşünməyə də vaxt və həvəsləri olmur və baş verənlərə heç inanmaq da istəmirlər.
  • Heç kim fəlakətə düşmüşlər qədər yalana meylli olmur.
  • Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz.
  • Həqiqət düşmənləri. – Həqiqətin ən qatı düşmənləri yalanlar yox, inamlardır.
  • Həqiqət üçün əminlik yalandan daha qorxuludur.
  • Həqiqətdə də həyatın mənası olmasaydı və ən mənasız şeyi seçməyə məcbur qalsaydım, ən seçiləsi mənasızlıq həyat olardı.
  • Həqiqətən, mən günəş kimi həyatı, bütün dərin dənizləri sevirəm. Və budur, mən bütün dərinliklərin mənim səviyyəmə qalxmasını idrak adlandırıram!
  • Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq qeyri-mümkündür.
  • Həqiqətin köməyi ilə sizi aldatmaq və istənilən yerə aparmaq olar.
  • Həqiqilik problemini hələ axıra qədər heç kəs dərk edə bilməmişdir. Yalan əleyhinə deyilən hər bir söz bir məktəb mirzəsinin sadəlövhlüyündən başqa bir şey deyildir. Xüsusilə “yalan danışmaq olmaz!” tələbkarlığa kimi.
  • Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.
  • Hər bir böyük sevgi sevgi istəmir.O, sevgidən də artıq şey istəyir.
  • Hər bir əməl bizim özümüzü yaradır, bizim üçün rəngarəng libas toxuyur. Hər bir əməl azad olsa da, amma libas da zəruridir. Həyəcanımız bizim libasımızdır.
  • Hər bir kilsə Allah bəndəsinin qəbrindəki daşdır. O istəmir ki, o yenidən dirilsin.
  • Hər bir qələbə kimi əxlaqi idealın qələbəsi zorakılıq, yalan, böhtan, haqsızlıq kimi “əxlaqsız” vasitələrin köməyi ilə əldə edilir.
  • Hər cür xoşbəxtlik — ehtirasları boğmaq və iradəni susdurmaqla yaranır.
  • Hər halda biz sevəndə daha asanlıqla yalan deyirik, başqaları və özümüz haqqında: insan sanki yeniləşir, özünü daha güclü, daha məmnun, daha kamil hiss edir.
  • Hər yaş üçün qida rolunu oynayan yaxşı aforizm zamanın dişləri üçün çox çətindir və bütün əsrlər boyu yeyilmir, buna görə də ədəbiyyatda ən böyük paradoks, dəyişikliklərin, qidalanmanın ortasında çürüməzdir, dadını heç vaxt itirməyən duz kimi - həmişə qiymətlidir.
  • Hərəkət və vicdan ümumiyyətlə uyğunlaşmazlar. Hərəkət, ağacdan xam meyvələri yığmaq istəyərkən, vicdan onları gərəyindən çox yetişməsini gözləyər, ta ki yerə tökülüb əzilənə qədər.
  • Həssaslığın ruhaniləşməsi məhəbbət adlanır: bu, xristianlıq üzərində böyük zəfərdir.
  • Hətta Allahın da öz cəhənnəmi var. Bu, onun insanlara olan sevgisidir.
  • Hətta ən şirin sevgi badəsində bir acılıq var.
  • Hətta ölümünüzdə belə ruhunuz və fəzilətiniz axşam şəfəqi kimi alovlanmalıdır. Əks təqdirdə ölümünüz də sizin üçün uğulu olmayıb.
  • Hətta sizin ardınızca qaçsalar belə, sürüdə yaxşı bir şey yoxdur.
  • Həyat bəzilərinə müvəffəq olmur. Zəhərli qurd onların ürəklərini gəmirir. Onlar bütün səylərini ona cəmləməlidirlər ki, ölüm onlar üçün yaxşı olsun!
  • Həyat mənə belə bir sirrini açdı: “Bax, mən həmişə özümə qalib gələnəm”.
  • Həyat sevinc mənbəyidir. Amma kütlənin su içdiyi bütün bulaqlar zəhərlənib.
  • Həyata baxmağın maraqlı olması üçün onun oyunu yaxşı oynanılmalıdır və bunun üçün yaxşı aktyorlar tələb olunur.
  • Həyata qarşı məsuliyyətimiz ondan daha yaxşısını yaratmaqdır, daha əclafını yox.
  • “Həzz” deyib kef barədə, “hiss” deyib hissiyyat barədə, “bədən” deyib bədəndən aşağını fikirləşirlər və bununla da üç yaxşı şeyi biabır edirlər.
  • Həzz və günahsızlıq ən utanverici şeylərdir. Onlar istəmirlər ki, onları axtarsınlar. Onlara malik olmaq lazımdır. Axtarmaq isə günahı və iztirabları lazımdır!

X[redaktə]

İ[redaktə]

K[redaktə]

  • Keşişlərin qurduğu bu çadırlara baxın! Onlar şit bir ətirlə ətirlənmiş bu daxmaları kilsə adlandırırlar!
  • Kilsədövlət də daxil olmaqla, yalan üzərində qərar tutan hər şey ölüm bayquşlarının xidmətçiləridir.
  • Kim ki, öz zəmanəsinin hücumuna məruz qalır, o ya zəmanəni qabaqlaya bilməyib, ya da zəmanədən geri qalıb.
  • Kim namusəxlaq cəngavərliyi edirsə, bilin ki, ən əxlaqsız odur!
  • Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır.
  • Kimsənsə, o ol!
  • Kişi qadın sevəndə ondan ehtiyat etməlidir: çünki o zaman o, hər cür fədakarlığa hazırdır, qalan hər şeyin onun gözündə heç bir dəyəri yoxdur.
  • Kişi nifrət etdiyi zaman qadından ehtiyat etməlidir: çünki o, ruhunun dərinliklərində yalnız qəzəblidir, amma qadın murdardır.
  • Kişini müharibə etmək üçün bacarıqlı, qadını nəsil artıran kimi görmək və onların birlikdə ayaqları ilə yox, başları ilə rəqs etmələrini istəyirəm.
  • Kişinin xoşbəxtliyi: “Mən istəyirəm”. Qadının xoşbəxtliyi: “O istəyir”.
  • Kütlənin su içdiyi bulaqların hamısı zəhərlənib.

Q[redaktə]

  • Qaliblər şansa inanmırlar.
  • Qadın- Allahın ikinci səhvidir. [1]
  • Qadın ən çox kimə nifrət edir? Dəmir maqnitə belə deyirdi: “ Mən ən çox sənə ona görə nifrət edirəm ki, məni özünə tərəf çəkə bilirsən, amma arxanca aparmağa gücün çatmır”.
  • Qadın haqqında ancaq kişilərlə danışmaq lazımdır.
  • Qadın həlli analıq adlanan bir tapmacadır.
  • Qadın xarakterində bir qul, bir də zülmkar gizlənir. Ona görə də onun dostluq etmək bacarığı yoxdur. Qadına ancaq sevgi xasdır.
  • ...Qadın namus haqqında az şey bilir. Qoy həmişə onu sevdiklərindən daha güclü sevmək onun şərəfinə çevrilsin və heç vaxt sevgidə ikinci olmayın.
  • Qadın nifrət edəndə kişi ehtiyatlı olmalıdır. Çünki, qəlblərinin dərinliklərində kişi qəzəbli, qadın isə pisdir.
  • Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur.
  • Qadın yanına gedirsənsə, özünlə qamçı götür.
  • Qadında hər şey bir tapmacadır. Və bu hər şeyin hamiləlik adlanan bir cavabı var.
  • Qadınlar barəsində kişilərlə danışmaq lazımdır.
  • Qadınların yanına gedəndə qırmancı unutma.[2]
  • Qardaşlar, hətta ən geniş qəlb necə miskin bir yerdir!
  • Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü.
  • Qatı yalançılığın “təmiz vicdan” adlandırılan dərəcəsi var.
  • Qeyri-əxlaqi hərəkətlər bizim əxlaqa əsaslanan həyat tərzimizin ilikin şərtlərini yaradır. Onlar ruhumuza, daxili varlığımıza hakim kəsilmişlər. Biz heç vaxt heç kəsə rəva bilmədiyimiz dərəcədə öz-özümüzə qəsd edir, oğurluq və ikiüzlülük edir, cilddən-cildə giririk.
  • Qəhrəmanlıq, özünü məhv etməyin xoş iradəsidir.
  • Qərar verdiyiniz işlərdə tərəddüd etməyin.
  • Qəribədir! Elə ki, hansısa bir fikir barəsində susuram və ondan uzaq olmağa çalışıram, bu fikir o dəqiqə insan cildində yanıma gəlir və bu “Allahın mələyi” ilə xoş davranmağa məcbur oluram.
  • Qəsdən yalan danışanlarla oturub-durmaq daha yaxşıdır, çünki yalnız onlar şüurlu şəkildə səmimi ola bilirlər. Adi həqiqətpərəstlik şüurlu şəkildə maskalanmaq, gözdən pərdə asmaqdır.
  • Qəzet dünyanın bir gün ərzindəki tarixçəsidir.[3]
  • Qəzəblə yox, gülüşlə öldürürlər.
  • Qısqanclıq, ən ağıllı ehtiras, eyni zamanda ən böyük axmaqlıqdır.
  • Qoy insan qisas hissindən azad olsun. Budur, yüksək ümidə aparan körpü, tutqun havadan sonra mavi səma.
  • Qoy insanlar min bir körpülərlə, yollarla gələcəyə can atsınlar və onlar arasındakı düşmənçilk və bərabərsizlik daha da güclənməlidir. Mənim böyük sevgim məni məhz bu cür inandırır. Qoy onlar xəyali obrazlar, simvolları öz düşmənçilklərində kəşf etsinlər və o zaman onlar arasında böyük bir savaş baş verəcək.
  • Qoy qadın hələ yaradılmamış dünyada fəzilətin işıqlandırdığı qiymətli daş kimi saf və zərif bir oyuncaq olsun.
  • Qoy sevən qadından kişi qorxsun.Çünki, o sevərkən hər şeyi qurban verməyə hazırdır və onun üçün başqa bir şeyin qiyməti olmur.
  • Quş olmayanın uçurumlar üzərində yuva qurması düzgün deyil.

L[redaktə]

  • Ləyaqətli insan yalan danışmaz.

M[redaktə]

  • Mahiyyətcə qeyri-əxlaqi olan hisslərimiz gerçək dünya haqqında bizə heç də etibarlı bilik vermir. Əxlaq budur: hisslərimizin aldanışından, dünyanın gərdişindən, tarixdən, yalandan mümkün qədər uzaq olmaq. Tarix hisslərə sadiqlikdən, yalana inamdan başqa bir şey deyildir.
  • Mədəniyyət, bu yalnız xaos üzərindəki nazik alma qabığıdır.
  • Məgər həyat qiymət vermək, üstün tutmaq, ədalətsiz olmaq, məhdud, hər şeydən fərqli olmaq arzusundan ibarət deyilmi?
  • Mən aldadıcılardan qorxmamaq üçün özümün aldanmasına razı oluram.
  • Mən altı il xoşagəlməz həqiqətlərin filosofu olmaq istəyirəm.
  • Mən bağışlamağı bacarmayan insanlara nifrət edirəm.
  • Mən başa düşmürəm ki, niyə qeybətlə məşğul olurlar. Əgər kiməsə pislik etmək istəyirsənsə, onun haqqında hər hansı bir həqiqəti söyləmək kifayətdir.
  • Mən bir iradənin gücünü onun nə qədər müqavimətə, ağrıya, işgəncəyə dözdüyünə və öz xeyrinə necə dönəcəyini bildiyinə görə qiymətləndirirəm.
  • Mən cəsur insanları sevirəm. Amma qılınc olmaq hələ kifayət deyildir. Kimi vurmağı da bilməlisən! Çox vaxt cəsurluq özünü saxlamaqdan və yan keçməkdən ibarət olur. Özünü daha layiqli düşmən üçün saxlamaq!
  • Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalansız bu reallıq, bu “həqiqət” üzərində qələbə çalmaq qeyri-mümkündür.
  • Mən həmişə pis ər-arvad cütlüyünün ən qisasçıl adamlar olduğunun şahidi olmuşam. Onlar artıq ayrıla bilmədikləri üçün bütün dünyadan qisas almağa hazırdılar.
  • Mən xalqın arasında gözlü açıq gəzirəm. İnsanlar onların fəzilətlərimə həsəd aparmadığımı mənə bağışlamırlar.
  • Mən xristianlığı ittiham edirəm. Mən xristian kilsəsinə qarşı ittihamçının indiyə qədər irəi sürdüyü ittihamdan daha dəhşətli bir ittiham irəli sürürəm. Mənim fikrimcə, bu, mümkün olan təhriflərdən ən böyüyüdür. O, mümkün olan ən son pozğunluq iradəsi idi. Xristian kilsəsi öz cadusu ilə toxunulmamış bir şey qoymadı, hər bir dəyəri qiymətdən saldı, hər bir həqiqəti yalana, hər bir düzgünlüyü ruhi alçaqlığa çevirdi. Hələ o, “humanitar” xeyir-dualar haqqında danışmağa da cürət edir.
  • Mən krallara, kilsələrə, illərin ağırlığından əldən düşmüş və fəzilətdə zəifləmişlərin hamısına “özünüzü dəf edin!” və nəticədə yenidən həyata qayıdacaqsınız, fəzilətiniz yenidən sizə qayıdacaq məsləhətini verirəm.
  • Mən - iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
  • Mən istəyirəm ki, bir-birinizə səmimi olaraq deyəsiniz: “ Biz bir-birimizi sevirik və baxaq görək bundan sonra da sevə biləcəyikmi? Yaxud bizim vədimiz səhvdir? Həqiqi ittifaqa yararlı olub-olmadığımızı görmək üçün bizə vaxt və qısa bir ittifaq verin! Həmişə birlikdə olmaq böyük şeydir!”.
  • Mən meşşanlığa günahdan daha çox nifrət edirəm.
  • Mən nə vaxtsa vicdan əzabı çəkmişəmmi? Yaddaşım bu barədə susur.
  • Mən nikahı iki nəfərin iradəsi ilə yaradılan vahid bir şey hesab edirəm. Nikah, hər iki insanın bir-birinə qarşılıqlı hörmət və ehtiram bəsləməsidir.
  • Mən onların arasında gözü açıq gəzirəm. İnsanlar cılızlaşır və getdikcə daha çox cılızlaşırlar. Buna səbəb isə xoşbəxtlik və fəzilət barəsində onların elmidir. Fəzilətə münasibətdə mülayimdirlər və rahatlıq istəyirlər. Rahatlıq isə yalnız mülayim fəzilətə uyğundur.
  • Mən ölərəm, amma bu həqiqətdən imtina etmərəm: yarpaqların töküldüyü, qürubun, ölümün olduğu yerdə həyat hakimiyyət naminə özünü qurban verir!
  • Mən özümü var-yoxu oğurlanmış, qarət edilmiş kimi hiss edirəm. Amma hiss edəndə ki, hər şey məni aldatmaq üçün edilir, o zaman məndə bir eqoizm hissi baş qaldırır.
  • Mən sizə kömək etmək üçün gəldim. Siz isə şikayət edirsiniz ki, niyə sizinlə ağlamıram.
  • Mən təmiz, işıq saçan səmanı coşan dəniz üzərində görəndə, şimşəkdən başqa bir işıq tanımayan bütün günəşsiz, buludlarla tarıma çəkilmiş ehtiraslara dözə bilmirəm.
  • Mən yalnız rəqs etməyi bacara bilən ilahiyə inanardım.
  • Mən yalnız yalanı yalan kimi dərk etdikdən sonra həqiqətin nə olduğunu anladım.
  • Məncə, siz hələ yetərincə iztirab çəkmirsiniz. Çünki siz ağrı-acını çəkirsiniz, insanların iztirabını çəkmirsiniz.
  • Mənə elə gəlir ki, ən kobud söz, ən kobud məktub səssizlikdən daha xeyirxah, daha şərəflidir.
  • Mənə xas olan ayrıca bir affektdən ölə bilərdim. Mən onları həmişə bir-birinə qarşı qoymuşam. Mənim ən güclü xüsusiyyətim- özünütəyindir. Amma o, həm də mənim ehtiyacımdır - mən həmişə uçurumun kənarında dururam.
  • Mənə köməklik edən nədir? Hamiləlik. Çünki, hər əsərimi dünyaya gətirəndə həyatım tükdən asılı olur.
  • Məni daha çox sənin aldatmağın yox, sənə daha inanmadığım sarsıtdı.
  • Məni öldürməyən şey məni gücləndirər.
  • Mənim almanlara bağışlamayacağım bir şey varsa, o da budur ki, onlar nə etdiklərini bilmirlər, niyə yalan danışdıqlarını bilmirlər.
  • Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır.
  • Mənim ayaqlarda sürünən xoşbəxtliyim kədərlə gülümsəyir. Mənim yalan xəyallarım da rişxəndlə gülümsünür. Sən hara, yaranmaq hara? Mən həyatda heç vaxt ixtiyar sahibləri qarşısında sürünmədim: yalanı da sevgidən etdim, sevə-sevə yalan danışdım”.
  • Mənim dənizimin dərinliyi sakitdir. Heç kimin ağlına gəlmir ki, o özündə hansı əyləncəli əjdahalar gizlədir!
  • Mənim gözlərim başqa insanların ideallarını görür və bu mənzərə tez-tez məni valeh edir. Siz isə uzağı görməyənlər, elə bilirsiniz ki, bu mənim ideallarımdır.
  • Mənim güya insan olmağım xurafatdır.
  • Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir.
  • Mənim qardaşım, əgər xoşbəxtlik səni müşayiət edirsə, sənin bir fəzilətdən artıq fəzilətin yoxdur və o zaman körpünü keçmək sənin üçün asan olacaq.
  • Mənim qardaşlarım, eninə-boyuna inkişaf edin və evlilik bağı bu işdə sizə kömək edər!
  • Mənim qardaşlarım, mən sizi yaxınınızı yox, uzaqdakını sevməyə çağırıram.
  • Mənim narahatçılığım… bundadır ki, aktyor təbii, ilkin olana xəyanət etməsin. Musiqi yalan yaymaq peşəsinə çevrilməsin.
  • Mənim üçün çox ağır bir itki oldu ki, bu yalan-palan ustası, bu alçaq böhtan xadimi mənim yolumdan tez çəkilib getdi.
  • Mənim üçün nifrət və kin bəsləyəcəyim adam olmamalıdır.
  • Möminlərə baxın! Onlar ən çox kimə nifrət edirlər? Onların dəyərlərini məhv edib dağıdanlara. Buna baxmayaraq, o yaradandır.
  • Mövcud olan yeganə dünyanı qiymətdən salmaq üçün “o biri dünya”, “həqiqi dünya” ifadələri uydurulub.
  • Musiqi, ehtirasların özündən zövq alması üçün bir vasitədir.
  • Musiqi, səsin tədricən azalmasıdır.
  • Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır.
  • Musiqini sevirəmmi? Bilmirəm: mən ona çox tez-tez nifrət edirəm. Ancaq musiqi məni sevir. Kimsə məni tərk eləyəndə o bir anda mənə can atır və mənim sevimlim olmaq istəyir.
  • Musiqisiz keçən həyat bir səhvdir.
  • “Müasir ideyalar” insanı- özündən son dərəcə narazı, məğrur bir meymun. Bu inkar edilməzdir. O əzab çəkir və onun şöhrətpərəstliyi istəyir ki, o “əzab çəksin”.
  • Müdrik insan ona görə təhlükəlidir ki, o, düşüncəsizliyə aludə olmağa hamıdan çox meyillidir.
  • Müdrik insanın qorxusu ondadır ki, o, düşüncəsiz şeylərə hamıdan çox aludə olmağa meyillidir.
  • Müəllimlər tacirlər kimi qaçılmaz bəladır, mümkün qədər onlara olan zərurəti azaltmaq lazımdır.
  • Müharibə həyatın qaçılmaz qanunudur. Sülh isə iki müharibə arasında qurulan xoşbəxtlik körpüsüdür.
  • Müqəddəs yalanı doğuran səbəb də amirlik iradəsidir.
  • Mümkün olmayan şeyi tələb edən sevənlər kimi insanları sevənlər də həmişə onları ən ağır iztirablara düçar etmişlər.
  • Mütəfəkkir öz hərəkətlərini təcrübələr və suallar kimi görür - nəyisə tapmaq cəhdləri kimi. Uğur və uğursuzluq onun üçün hər şeydən əvvəl cavablardır.

N[redaktə]

O[redaktə]

  • O emalatxanalar ki, oralarda ideallar quraşdırılır, onları görəndə dalağım sancır – burnuma kəsif yalan qoxusu dəyir.
  • O qədər böyük ideyalar var ki, onların təsiri dəmirçi körüyünə oxşayır. İnsan onların təsirindən şişir və daha da boş olur.
  • O, sabah bir cür, birisi gün isə başqa cür inanır. Onun hissləri kütlənin hissləri kimi sürətli, əhval-ruhiyyəsi isə dəyişkəndir.
  • O şey ki, faydalıdır, deməli, yaxşıdır. Yaxşı olan hər bir şey heç vaxt yalan ola bilməz – çıxardığımız amansız nəticə bundan ibarətdir. Yaxşı qurtaran hər şey doğru kimi qəbul olunur: həqiqətin başqa meyarı yoxdur.
  • Odisseyin nəyi yunanları məftun edirdi? Hər şeydən əvvəl yalan demək qabiliyyəti, bir də hiyləgər və qorxunc qisas həvəsi...
  • Oh, bu saxta işıq, pis hava! Burada ruhun yüksəkliyə qalxmasına icazə verilmir! Amma inam onlara belə əmr edir: “Günahkarlar, diz çökün, pilləkanları bir-bir qalxın!”

Ö[redaktə]

  • Ölüm, həyatdan qorxmayacağınız qədər yaxındır.
  • Öz əxlaqsızlığına utanmaq – bu, zirvəsində əxlaqına görə utanacağın nərdivanın birinci pilləsidir.
  • Öz tarixinin yozumunu qonşu gözü ilə dərk edən millət heç vaxt yaşaya bilməz.
  • “Öz yaxınını sev” - bu hər şeydən əvvəl onu bildirir ki, “Öz yaxınını sakit burax!”. Fəzilətin məhz bu detalı ən böyük çətinliklərlə bağlıdır.
  • Özü haqda danışmamaq çox əsilzadə bir riyakarlıqdır.
  • Özü-özündən utanmaq çox nəcib bir əməldir. Çünki, yalnız sənin özün ona maliksən.
  • Özü-özünlə tək qalanda tək olmursan. Bir nəfər artıq olur, bu da ki, çoxdur,- deyə tərki-dünya düşünür. Təkbətəklik sonda iki nəfərdən ibarət olur!
  • Özümüz tərəfindən yazılmış kitab qədər bizi çox şeyə öyrədə bilən kitab tapmaq asan deyil.
  • Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
  • Özün haqqında çox danışmaq özünü gizlətmək üçün bir üsuldur.
  • Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür.
  • Özünə inamı olmayan insanlar bir an da olsa belə özlərinə inanmağı bacarmaq üçün sevməkdən çox sevilməyi istəyirlər.
  • Özünə tabe ola bilməyənlərə əmr edirlər.
  • Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.
  • Özünü müdafiədə, məcburi yalanda nəsə gizli bir həzz, fərəh doğuran mistik bir şey var: o, fərdi xilas etməyə yönəlir… Bütün yalanlar ehtiyacdan doğur. Yalan oyunu xüsusi qabiliyyət tələb edir. Əslində yalnız həqiqət ehtirası gerçək həzz doğura bilər. Ən böyük ehtiras sənət ehtirasıdır ki, həqiqəti bütünlüklə yalan qiyafəsində təqdim edir. Şəxsiyyət məfhumu, hətta mənəvi azadlıq üçün zəruri olan illuziyalar da belədir, bizim bütün həqiqət ehtiraslarımız da yalan üzərində qərar tutur.
  • Özünü öz alovunda yandırmalısan. Yanıb kül olmasan, başqa cür necə yenilənərdin!
  • Özünüzə sadiq qalmağınız, özünüzü itirməmək üçün sağlam, müqəddəs sevgi ilə özünüzü sevməyi öyrənin. Həqiqətən, özünü sevməyi öyrənmək nə bu gün, nə də sabah üçün bir hökm deyildir. Əksinə, o, bütün incəsənətlərdən ən incə, ən müdrik, ən ali və ən səbr tələb edən incəsənətdir.

P[redaktə]

  • Pis iş irinə oxşayır: o sızıldayır, qaşınır və irinləyir. O açıq biruzə verir.
  • Platon da daxil olmaqla yunanlar və yunan filosofları ehtiraslı, daş ürəkli, mahir insanlar olub.
  • Protestantizmin tərifi: Xristianlığın bədəninin və ağılın iflici.

R[redaktə]

  • Rəqs edən ulduz yaratmaq üçün özünüzdə xaos daşımalısınız.
  • Ruh axtaranda ruh yoxdur.
  • Ruh həyatın bağrına saplanan həyatdır.

S[redaktə]

  • Sağalmaq üçün yataqdan istifadə edən xəstə kimi hər cür kiçik xoşbəxtlikdən də istifadə etmək lazımdır. Başqa cür ola bilməz.
  • Sağalmaz xəstələrin həkimi olmağı arzulamayın.
  • Saxta bir mühitdə yaşamaq və öz həyati əhəmiyətli vəzifələrindən yayınmaq, — filoloq kimi çalışdığım və universitetdə müəllimlik etdiyim dövrdə olduğu kimi, — fiziki cəhətdən məni aramsız olaraq fəlakətə sürükləyir.
  • Sevdiyiniz hər şey səni məyus etdi. Məyusluq sənin vərdişin oldu və deməi, “həqiqət sevgisi” adlanan son sevgin də məyusluq sevgisi olmalıdır.
  • Sevən qadından kişi ehtiyatlanmalıdır. Çünki, belə vəziyyətdə qadın hər cür qurban verməyə hazırdır və onun gözündə bütün başqa şeylərin heç bir dəyəri olmur.
  • Sevgi naminə edilən şeylər xeyir və şərdən kənarda edilir.
  • Sevgidə həmişə dəlilik var. Ancaq dəlilikdə həmişə bir səbəb var.
  • Sevgidəki miskinlik ondakı ləyaqətin yoxluğu ilə maskalanır.
  • Sevginlə get təkliyinə, qardaşım, yaratmanla get. Mənim gözyaşlarımla get təkliyinə, qardaşım. Özündən kənar yaratmaq istəyəni xoşlayıram mən və beləcə yox olanı.
  • Sevgiyə, dostluğa qadir olmayan ən düzgün yol olan nikahı seçir.
  • Sevilmək istəyi ən dəhşətli eqoizmdir.
  • Sevmək və ölmək. Bu uyğunluq əbədidir. Sevgiyə əzm ölümə hazır olmağı bildirir.
  • Sevməyin bir daha mümkün ola bilməyəcəyi yerdən yan keçmək lazımdır!
  • Sən gəncsən və nikah haqqında, uşaq barəsində düşünürsən. Ancaq mənə cavab ver: uşaq istəməyə sənin haqqın varmı?... Sən özünə qalib gəlmisənmi, hissiyyatlarına hakimsənmi, fəzilətlərinin ağasısanmı?.. Yoxsa, sənin arzun heyvani hissiyyatdan və təbiət tələbkarlığından irəli gəlir? Yaxud tənhalıqdan və ya özündən razı olmamağından?
  • Sən istəyirsən ki, səni hərəkətlərinə görə yox, fikirlərinə görə qiymətləndirsinlər? Amma sənin fikirlərin haradan yaranıb? Əlbəttə ki, hərəkətlərindən!
  • Sən qulsan, dost ola bilməzsən. Sən tiransan, dostun ola bilməz.
  • “Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər… (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir)
  • Sən yenidən uşaq olmalısan ki, utancaqlıq sənə mane olmasın. [5]
  • Səni sevirəm deyənin sevgisindən şübhə et. Çünki eşq səssiz, sevgi dilsizdir.
  • Səni sevirəmsə bundan sənə nə?
  • Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil.
  • Səthi insanlar həmişə yalan danışmağa məcburdur. Çünki, onlar məzmundan məhrum edilmişlər.
  • Sivilizasiya tərəfindən məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan sivilizasiyada yaşayırıq.
  • Siz çoxlu qısa ağılsızlıqları sevgi adlandırırsınız. Və sizin nikahınız böyük və uzun axmaqlığı ilə çoxlu qısa axmaqlıqlara hüdud qoyur.
  • Siz ey kölgəsindən qorxan zavallılar! Siz rəngbərəng vəhşi heyvan xəz-dərilərinə məftun olmuş adamlar kimi gəlişi gözəl sözlərin təsirindən ayıla bilmirsiniz: sizin ayaqlarınız yalnız və yalnız yumşaq yalan xalıları üzərində gəzişməyi bacarır.
  • Siz ey idrak sevənlər! İndiyə qədər idrak üçün nə etdiniz? Oğrunun, qatilin ruhunun necə olmasını bilmək üçün heç oğurluq etdinizmi, qatil oldunuzmu?
  • Siz qalxmaq istəyəndə yuxarı baxırsınız, mən isə aşağı baxıram.Çünki, mən artıq qalxmışam.
  • Siz məni tapanda özünüzü hələ axtarmadınız. Bütün dindarlarda da bu cür olur. Ona görə də dua etmək hələ heç nə bildirmir.
  • Siz uçuruma baxanda uçurum da sizin içinizə baxar.
  • Siz yüksəlmək istəyəndə yuxarı baxarsınız. Mən isə aşağı baxıram. Çünki mən yüksəlmişəm.
  • Sizin sevgi adlandırdığınız çoxlu qısa ağılsızlıqlar var. Və sizin nikahınız bir böyük və uzun axmaqlıqla qısa ağılsızlıqlara sərhəd qoyacaq.
  • Sözlərlə hətta öz düşüncələrimizi belə dolğun şəkildə ifadə edə bilmirik.
  • Susuzluqdan ölmək istəməyən hər cür qabdan su içməyi öyrənməlidir. Təmiz qalmaq istəyən insan çirkli suda yuyunmağı bacarmalıdır.
  • Sürüyə can atmaq özünün “Mən”ini təsdiqləmədən də qədimdir. Nə qədər ki, yaxşı vicdan sürü iradəsini bildirir, axmaq vicdan “Mən” deyəcək.

Ş[redaktə]

  • Şərəf məsələsində qadının bir o qədər anlayışı yoxdur. Qoy onun şərəfi onu sevənlərdən də güclü sevməkdən və sevgidə ikinci olmamasından ibarət olsun.
  • Şöhrət düşgünü vaxtında bu həvəsindən uzaqlaşmalı və vaxtında getmək mədəniyyətini öyrənməlidir.
  • Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir.
  • Şübhə deyil, qətilikdir insanı dəli edən.
  • Şübhə günah kimi. — Xristianlıq dairəni bağlamaq üçün əlindən gələni etdi və hətta şübhəni günah elan etdi. İnsan heç bir səbəb olmadan, bir möcüzə ilə inandırılmalı və bundan sonra ən parlaq və ən qeyri-müəyyən elementlərdə olduğu kimi orada üzməlidir: hətta quruya bir baxış belə, hətta başqa bir şey üçün mövcud olduğu düşüncəsi belə. Üzgüçülük kimi, suda-quruda yaşayan təbiətimizin ən kiçik təkanları belə günahdır! Diqqət yetirin ki, bütün bunlar inancın təməli və onun mənşəyinə dair bütün təfəkkürün də eyni şəkildə günah olduğunu istisna edir. İstənilən şey korluq və məstlikdir və ağlın boğulduğu dalğalar üzərində əbədi nəğmədir.
  • Şüurlu qadın sevgisində bir anilik, bir ildırım, işıq yanında bir qaranlıq vardır.

T[redaktə]

  • Tamahkar olmaq üçün insanların əksəriyyət həddindən çox axmaqdır.
  • Tale biz fəth etməmiş, uşağın əlindən tutub apardığımız kimi onun əlindən tutub aparmaq və qamçılamaq lazımdır. Yox, əgər o bizi fəth edərsə, o zaman onu sevmək lazımdır.
  • Tanrı öldü, onu biz öldürdük!
  • Tarix, nə qədər ki, həyatın xidmətindədir, qeyri-tarixi gücə tabedir və ona görə də öz tabeliyində olan mövqeyinə görə, məsələn, riyaziyyat kimi xalis bir elm ola bilməz və olmamalıdır.
  • Tarixi yalnız güclü insanlar daşıya bilər, zəifləri isə o tamamilə boğur.
  • Tarixi yalnız təcrübəli və görkəmli ağıllar yazır.
  • Tarixin on iki böyük insanlarından on biri hansısa böyük işlərin nümayəndələri idilər.
  • Tarixin özü tarix problemini həll etməlidir.
  • Təbiətdə heç bir dəqiq düz xəttin, həqiqi çevrənin, mütləq böyüklüyün olmadığını əvvəldən bilsəydi, riyaziyyat, şübhəsiz ki, yaranmazdı.
  • Təcrübəsiz qızlar, kişini xoşbəxt etmək onların əlindədir deyə düşünərək özlərini aldadırlar; sonradan öyrənirlər ki, bir kişinin xoşbəxt olması üçün qızın kifayət olduğunu güman etmək ona çox aşağı qiymət verməkdir.[6]

U[redaktə]

  • Uca dağlarda buz içində könüllü yaşamaqdır fəlsəfə..
  • Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma.
  • Uçmağı öyrənmək istəyən əvvəlcə ayaq üstə durmağı, yeriməyi, qaçmağı, dırmaşmağı, rəqs etməyi öyrənməlidir. Birdən-birə uçmağı öyrənmək olmaz!
  • Uçuruma uzun müddət baxsan, o uçurum sənin içindən baxar.
  • Uğursuz an! – Müdrik insanlar yalnız bir anlığa yalan danışırlar.
  • Uzunmüddətli və böyük iztirablar insanı zulmkar edir.

Ü[redaktə]

  • Ümid, əslində, bütün pisliklərin ən pisidir, çünki insanın əzabını uzadır.

V[redaktə]

  • Varlıq hər an başlayır. “Burada”hər kəsin ətrafında “orada” halqası fırlanır. Orta hər yerdədir. Əbədilik yolu isə əyridir.
  • Varlığa haqq qazandırmaq istəyən şeytan qarşında Allahın vəkili də olmağı bacarmalıdır.
  • Və Zərdüşt dedi... “Bəs qadın xoşbəxtliyi”.
  • Vicdanın buyruğu ilə hərəkət edən adamlarda yalan və hiyləgərliyə qarşı təbii bir nifrət olur; qorxu anlarında buna bənzər nifrət motivləri ola bilər, çünki yalan ilahi bir hökmlə qadağan edilmişdir.
  • Vicdanın səsi ilə hərəkət etmək ağlın səsi ilə hərəkət etməkdən rahatdır. Çünki, pis nəticədə vicdan həmişə özünə bəraət qazana və təskinlik tapa bilər. Ona görə də vicdanlı insanlar çox, ağılsız insanlar isə azdır.

Y[redaktə]

  • Yaxınlarınızı özünüz kimi sevin, amma əvvəlcə böyük sevgi ilə, böyük nifrətlə özünü sevən olun!
  • Yaxşı adamların öyüd-nəsihəti nifrətə, pis adamların öyüd-nəsihəti isə qorxuya səbəb olur.
  • Yaxşı insan olduğun üçün hamının səninlə ədalətli davranacağını gözləmək, vegeterian olduğun üçün öküzün sənə hücum etməyəcəyini düşünmək kimi bir şeydir.
  • Yaxşı nədir? İnsanın hakimiyyət hissini, əzmini yüksəldən hər şey. Pis nədir? Zəiflikdən baş verən hər şey.
  • Yaxşı nikah dostluq istedadı ilə bağlıdır.
  • Yaxşı və pisin nə olduğunu qiymətləndirə bilməyən xalq sağ qala bilməz. O, sağ qalması üçün hətta qonşusundan fərqli bir qiymət verməlidir. Bəzi xalqlarda yaxşı adlandırılan şey digər xalqlarda rüsvayçılıq və təhqir hesab olunur. Burada pis adlandırılan şey orada hörmətə layiq şey sayılır.
  • Yalan danışa bilməmək qabiliyyəti heç də həqiqət sevgisindən irəli gəlmir. Hər bir məhəbbətdə yalan demək istedadı gizlənir, hətta həqiqətə olan məhəbbətdə də.
  • Yalan danışmaq üçün cəsarət tələb olunur.
  • Yalan danışmaq – yalnız yalan danışmaq naminə yalan danışmaq bütün vulqar cəmiyyətlərdə primitiv bir istək olmuşdur. Hökm etmək naminə hökm etmək… Həyatdan zövq almaq naminə yox.
  • Yalan danışmaq yaramaz” – bunun təmiz almancası gərək ki, belə olar: cənab filosof, həqiqəti söyləməkdən özünüzü qoruyun...
  • Yalan danışmağı bacarmayan həqiqətin də nə olduğunu bilməz.
  • Yalan insanın xarakterinə uyğun olanda yalançılıq daha asan bir peşəyə çevrilir.
  • Yalan söyləmək azadlığını yasaq etmək – mən burada teoloqun məkirli niyyətini görürəm.
  • Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur.
  • Yalanı günahsızcasına dodaqlarında gəzdirən bədgümanların pıçıltı ilə mənim haqqımda dediklərini eşidirəm. Bəzi fırıldaqçıların da yavaş-yavaş mənim müdriklik süfrəmin kənarına yaxınlaşdıqlarını görürəm [...]. Siz əvvəlcə yalan danışmağı öyrənin ki, həqiqəti söyləməyin nə olduğunu anlayasınız.
  • Yalanın dərk olunması insana təbii sevinc və fərəh bəxş edir… Almanın toxumu onun öz içində qərar tutduğu kimi.
  • Yalnız bilərəkdən, qəlbən yalan deyən şair əsl həqiqəti də söyləyə bilər.
  • Yalnız insan qravitasiya istiqamətinə qarşı müqavimət göstərir: o həmişə yuxarı yıxılmaq istəyir.
  • Yalnız məntiqlə hərəkət etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir.
  • Yaratmaq üçün oxumalısınız!
  • Yarpaqlar saralırsa bunda şikayət edəcək nə var. Burax düşsünlər və getsinlər. Hətta onların altına sərt bir külək üflə. Üflə ki bütün saralmış və solmuşlar səndən daha tez uzaqlaşsınlar.
  • Yer kürəsinin qabığı var və bu qabıq xəstəliklərə yoluxmuşdur. Bu xəstəliklərdən birinin adı “insandır”.
  • Yıxılanı itələ.
  • Yorulduğumuz zaman çoxdan fəth etdiyimiz ideyaların hücumuna məruz qalırıq.
  • Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin, ya da belinə və başına dırmanmayın.

Z[redaktə]

  • Zaman və təşəkkül haqqında yüksək simvollar danışmalıdır. Onlar bütün keçiciləri tərifləməli və ona haqq qazandırmalıdırlar!
  • Zəiflər bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün bizə qalib gəldilər.

Vikianbarda Fridrix Nitsşe ilə əlaqəli mediafayllar var.

Vikipediyada Fridrix Nitsşe haqqında məqalə var.

İstinadlar[redaktə]

  1. [1] Цитаты и афоризмы.
  2. [2] O dahilər qadınları belə təhqir edirdilər.
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 310
  4. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.40
  5. Xəzinə. Bakı, 1997. səh.42
  6. [3] Цитаты и афоризмы.