Məzmuna keç

Tale



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir. Paulo Koelyo
  • Anatomiya – taledir. Ziqmund Freyd
  • Bəşəriyyətin və planetimizin xilası qadının əlindədir. Qadın öz əhəmiyyətini, Dünya Anasının böyük missiyasını dərk etməlidir; o, bəşəriyyətin taleyi üçün məsuliyyət daşımağa hazır olmalıdır. Helena İvanovna Roeriç
  • Bəzən belə olur ki, tale iki şəxsi ayırır - yalnız ona görə ki, onların bir-birilərinə nə qədər lazımlı olduqlarını göstərsin. Paulo Koelyo
  • Fəzilət öyrənilməli və öyrənilə bilən, ancaq taleyi qəribə bir sənətə çevrildi: digər sənətlər inkişaf etdirilərkən və bir nəsil digər nəsildən öyrənildiyi halda, yalnız əxlaq nəzərə çarpacaq dərəcədə artmadı və burada ortaya çıxdı hər kəs yenidən öyrənməyə məcbur olur və əvvəlki nəsillərin təcrübəsindən istifadə edə bilmir. Georq Vilhelm Fridrix Hegel
  • Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur. Oskar Uayld
  • Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır. Bob Marli
  • İnsanın varlığını təmin edə biləcək bütün çalışmaların ən təbiisi insanın öz əməyidir. Taledən və insanlardan asılı olmayan ən yaxşı sosial vəziyyət isə sənətkarın vəziyyətidir. Jan Jak Russo
  • Kölə o şəxsdir ki, o, zamana, taleyə və ölümə ibadət edir. Çünki bunlar, o şəxsin öz daxilində tapdıqlarından daha böyük məvhumlardır. O kölənin fərdi düşüncələri bu fikirlər qarşısında məhv olmuşdur. Bertran Rassel
  • Mən, tale öz istəyindən kənar sevməyə məcbur edilən bir kişinin nifrətindən daha güclü bir nifrət tanımıram. Aqata Kristi
  • Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
  • Tale üzərində durub onu sübut göstərməyimiz düzgün deyil. Əksinə biz çalışar, çabalar və nə etiraz, nə də tənbəllik etmərik. Əbdülqədir Geylani
  • Taleyə iki şeyə görə minnətdaram: birinci ona görə ki ispanam, ikinci ona görə ki Salvador Daliyəm. Salvador Dali
  • Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər. Miqel de Servantes
  • Yalnız ölüm insanın həyatını taleyə çevirə bilər. Molyer

İstinadlar

[redaktə]