Məzmuna keç

Rol



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ah, bu qadınları, gənc qızları, bir sözlə, qadın ürəklərini başa düşmək mümkündürmü? Əgər bir qadın utancaq deyilsə, onun cəsarətinin həddi yoxdur! Qadınlarda ağıl heç bir rol oynamır… Jül Vern
  • Bədbəxtəm, Çünki hər kəs kimi saxta deyiləm və kimsə kimi rol oynamadım. Bədbəxtəm, Çünki sevmədiyim birinə "eşqim" deyib sarılmadım. Yılmaz Ərdoğan
  • Bəzən təklif və ideyaların aşılanması məntiqi inandırmadan qat-qat önəmli rol oynayır. Xalqla məşğul olan hər kəs bunu öz təcrübəsindən yaxşı bilir. Vladimir Bexterev
  • Bilirsiniz, mən yalnız iki rol oynaya bilirəm - mən çox məhdud aktyoram. Mən ya ziyalı oynaya bilirəm, ya da əclaf. Vudi Allen
  • Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq ("Kin" pyesi, 1953) Jan Pol Sartr
  • Cəmiyyətin məşhur insanlara ehtiyacı var, sual ondan ibarətdir ki, onları bu rola kim seçir? Onların seçdiyi hər hansı tənqid, üstüörtülü olsa da, o cəmiyyətin tənqididir. Maks Fris
  • Çox, çox sahələrdə. Mən sosial elmlər-iqtisadiyyat, psixologiya, fəlsəfə, dilçilik, siyasət, sosiologiya, din və bir çox başqa sahələrdə olan insanların bunu öyrənəcəyini gözləyirdim. Niyə bu günə qədər mənim üçün bir qədər sirr olaraq qaldı, çox az sosial elm adamı bunun nə qədər faydalı ola biləcəyini kəşf etdi. Bunun əvəzinə, Fuzzy Logic ilk dəfə mühəndislər tərəfindən mənimsənildi və sənaye proseslərinin idarə edilməsində və titrəmələri aradan qaldıran əl kameraları və bir düyməyə toxunmaqla yeməyinizi mükəmməl bişirən mikrodalğalı sobalar kimi "ağıllı" istehlak məhsullarında istifadə edildi. Hələ 1965-ci ildə bu cür rol oynayacağını gözləmirdim. Lütfi Zadə
  • Dilin əsas rolu məlumat ötürmək deyil, yaddaşı stimullaşdırmaqdır. Jak Lakan
  • Döyüşdə müvəffəqiyyət qazanmaq üçün, mənəvi gücün rolu dörddə üç, maddi gücün rolu isə dörddə birdir. Napoleon Bonapart
  • Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub.
    • Keror Patkanov, erməni şərqşünas alimi, erməni tarixi mənbələri üzrə mütəxəssis.
  • Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur. Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir. Aleksandr Qriboyedov
  • Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
  • Genetika şüurlu və ya şüuraltı olaraq həqiqi mənliyinizi necə göstərdiyinizdə rol oynayır. Ben Harper
  • Heç vaxt fəhlə işlədiyimə görə utanmamışam. Çətinliklər xarakterimin möhkəmlənməsində əvəzsiz rol oynayıb.[1] Səmədağa Şıxlarov
  • Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır. Jozef Addison
  • Həqiqət və gözəllik insan həyatında, ümumiyyətlə bütün dünyada başlıca rol oynayıb. Anton Çexov
  • Hələ tam başa düşülməmiş olsa da dinin də birgə yaşama məcburiyyətindən meydana gəldiyi görünür, dində müqəddəşləşdirilmiş birgə yaşama formaları digər şəkildə anlayaraq başa düşərək qavrama düşüncəsini əvəz edərək fərdlər arasında ünsiyyət əmələgətirici rol oynayır. Alfred Adler
  • Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır. Bob Marli
  • İşdə həlledici rolu həmişə material yox, usta oynayır. Maksim Qorki
  • Mən hesab edirəm ki, səhvlər və yanılmalar insanın həyatında mutasiya və biologiya qədər vacib rol oynayır. Corc Soros
  • Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir. Ancelina Coli
  • Mənim reallığım oynadığım rolda deyil, özümə hansı rolu təyin etdiyimlə bağlı şüursuz qərardadır. Maks Fris
  • Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadə nazirlikdə və baş vəkalətdə bulunduğunu söyləməklə ifadə ediləməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də “Türk Ədəmi-Mərkəziyyət Xalq Firqəsi” namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlar. Azərbaycan idesini (ideyasını) siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir. [2] Məhəmməd Əmin Rəsulzadə
  • Ölkələrin əməkdaşlığı üçün sülh vacibdir və beynəlxalq münasibətlərdə sülhün rolu çox böyükdür. Mahatma Qandi
  • Özün kimi ol, digər rollar artıq tutulub. Oskar Uayld
  • Planetimizdə təqribən 6 milyard insan yaşayır. Əksəriyyət hər şeydən əvvəl maddi rahatlıqla maraqlanır, dini və spritual həyatla maraqlananların sayı çox azdır. Yəni inancsızlar əksəriyyəti təşkil edir, onların düşüncə və davranışları isə qaçılmaz olaraq dünyanın formalaşmasında həyati əhəmiyyətli rol oynayır. Şükürlər olsun ki, insan kimi hərəkət etmək üçün dinə ehtiyac yoxdur, sadəcə insan olmaq kifayətdir. Dalay Lama
  • Rasionalizmi ateizmdən üstün tuturam. Tanrının olub-olmaması və ya başqa tale məsələləri məntiqdən kənardır və rasionalizmdə heç bir rol oynamır, ona görə də müdafiə və ya hücumla vaxtınızı itirməyin. İsaak Asimov
  • Riyaziyyat elmin, say nəzəriyyəsi riyaziyyatın kraliçasıdır; çox vaxt astronomiya və təbiət elmlərinə təvazökarlıqla xidmət edir və bütün bu əlaqələrdə aparıcı rol oynayır. Karl Qaus
  • Rus piyadası cəsarətlidir, inadkardır və az şeylə kifayətlənir, lakin təşəbbüsü yoxdur... Müharibələr tarixində belə əzmkarlıq və mətanətin yalnız nadir nümunələrinə rast gəlmək olar... Düzdür, burada siyasi terror müəyyən rol oynayıb, lakin buna baxmayaraq, izahını rus xalqının təbiətlə çətin mübarizəsində, zaman keçdikcə avropalılar üçün səbir və ehtiyaca tab gətirmək üçün anlaşılmaz bir qabiliyyətə, siyasi inkişafa təsir edən və təsir etməkdə davam edən passiv cəsarətə və fatalizmə çevrilən mübarizədə axtarmaq lazımdır. Karl Qustav Emil Mannerheym
  • Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil. Oşo
  • Sənət, ağılın məqsədini həyata keçirmək üçün qeyri-adi dərəcədə təsirli bir rol oynamağa qadirdir, çünki əxlaq üçün zəmin hazırlayır, belə ki, gələndə onsuz da görülən işin yarısını, yəni həssaslıq bağlarından qurtuluşu tapır. Georq Vilhelm Fridrix Hegel
  • Sivilizasiyanın tərəqqisində qadınların rolu kişilərdən qat-qat böyükdür, ona görə də onlar kişiləri təqlid etmədən öz qabiliyyətlərini təbiətlərinə uyğun inkişaf etdirməlidirlər. Aleksis Karrel
  • Siyasət rol oynarkən, ədəbiyyat susur. Hüseyn Cavid
  • Siz qalib gələcəksiniz. Ağlınızdakı problem heç bir rol oynamır. Reallıq elədir ki, siz bu çətinliyə qalib gələ biləcəksiniz. Siz düşündüyünüzdən daha güclü və müdriksiniz. Barie Davenport
  • Sözsüz rolda da aktyorun deməyə sözü olmalıdır. Stanislav Eji Lets
  • Tamahkarlıq hər bir rolu, hətta təmənnasız rolunu oynayır. Pyer Büast
  • Uşaqlıqda əsəbiləşəndə ​​hamama girərdim. Hamamda ağlaya-ağlaya güzgü qarşısında özümü öyrənərdim. Gələcək rollara hazırlaşırdım. Adam Sendler
  • Yaxşı aktyor üçün pis rol yoxdur. Fridrix Şiller
  • Yer üzündəki hər bir insan nə edirsə etsin, dünya tarixində böyük rol oynayır. Və adətən onun bu haqda heç xəbəri belə olmur. Paulo Koelyo

İstinadlar

[redaktə]