Yılmaz Ərdoğan

Vikisitat saytından
Jump to navigation Jump to search

Yılmaz Ərdoğan - Aktyor.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Acdığını deyəndə qalx özün götür cümləsini eşidəndə, ümumiyyətlə acmaqdan imtina edər Türk insanı.
  • "Adam kimi" sevmələrin qadağan edildiyi bir yerdə, nə qədər sevsən o qədər ağrı çəkərsən. Sonramı? Çəkdiyin ağrıyla qalarsan...
  • Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər.

B[redaktə]

  • Bəzən sən belə "vay be!" deyərsən özünə; Tək sətirlik adamları necə roman etmişəm könülümə.
  • Bir insanı sevməklə başlayırdı hər şey.

Ç[redaktə]

  • Çirkli bir uşaq üzüyəm qapında; Amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma!

D[redaktə]

  • Doğuşdan çarəsi olmayan bir xəstəliyim var: Hər gördüyümü insan zənn edirəm.

Ə[redaktə]

  • Əvvəllər eşqindən yataqlara düşənlər varıydı, indi də eşq deyə yatağa düşənlər var.

F[redaktə]

  • Fikir vermə! Eşqmi qaldı artıq.. Hər kəs gördüyünü sevər olub. Nə olduğuna deyil, nə verdiyinə baxar olub.

G[redaktə]

  • Gizlətmək qabiliyyəti yüksək olan, güclü biriyəm. Hətta gözlərimdən yaşlar düşəndə belə bu iki sözü deyirəm: "Mən yaxşıyam."
  • Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur.

H[redaktə]

  • Hər kişi ağıllı, gözəl, anlayışlı və onu çox sevəcək bir qadın istəyir. Yaxşı, amma adama soruşmazlarmı, bunları haqq edəcək nə etdin.
  • Heç kim sevgilisinə "mənim üçün nə etdin?" deməməlidir.. 6 milyard insanin içində səni tapıb, daha nə etsin?

İ[redaktə]

  • İndi sən gedirsən deyə hər kəs sənə bənzəyəcək.

K[redaktə]

  • Keçirdim, xəyal qırıqlığına uğradım.
  • Kədərlənmirəm.. Çünki həyatımdan çıxan heç kimin həyatımda yeri yoxdur. Düşünürəm də dəyərsizlərə bu sətirlər belə çoxdur.
  • Köhnə sevgilidən qalan yaranı, günahsız bir qızla bağlamağa çalışma. Çünki bir gün o namusuyla oynanan qız, sənin qızın ola bilər.

Q[redaktə]

  • Qısqanclıq deyil ki bu. Mənim olanı başqasıyla paylaşa bilmərəm. Bu qədər.

M[redaktə]

  • Mən gedərkən ən çox səni apardım.
  • Mən də Bilirdim getmə deməyi; Amma meyitxanada yatan bir cəsədə, qalx gedirik demək kimi bir şey olardı bu.
  • Mən sənin, məni sevə bilmək ehtimalını sevdim.
  • Məndə sənə çatacaq qədər mən qalmadı.

N[redaktə]

  • Nəymiş? Birini seviriksə sərbəst buraxacaqmışıq. Dönsə bizimmiş. Dönməzsə heç bizim olmayacaqmış. Göyərçin bəsləyirik elə bil.

S[redaktə]

  • Sənə qovuşmaq deyil niyyətim, narahat olma! Yolda bir dilənçi görsəm pul belə vermirəm "Allah sevdiyinə qovuşdursun" deyər deyə.
  • Sənin kimi olmaq variydı; Amma Allah məni "insan" olaraq yaratdı.
  • Sənə baxmaq bir möcüzəni anlamaqdır.
  • Səninlə qarşılaşmağım həyatımın ən böyük səhvi idi; və sırf səninlə digər tərəfdə qarşılaşmamaq üçün halal edirəm haqqımı!
  • Son siqaretim kimi idin sən sevgili, qıya bilməzdim çəkməyə.. O cibimdə qırıldı, sən ürəyimdə.
  • Söyləmək istəyib də söyləyə bilmədiyim çox şey var.. Kiminin üzünə kiminin gəlmişinə, keçmişinə.

T[redaktə]

  • Tarakan başı qopsa belə 8 gün yaşayarmış. O da bir şeymi? Bəzi insanlar, bir ömür boyu beyinsiz yaşaya bilərkən.

Y[redaktə]

  • Ya sevməyi bilmədik, ya da həddindən çox sevdik...
  • Yaxşı, qəbul edirəm; uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi uddu?
  • Yaşamaq sürətli ölməyin formasıdır.
  • Yazıçılıq, yazmaq: uydurmaq deyil seçməkdir.
  • Yıxılıram hər keçən gün yoxluğunun üstünə.

Z[redaktə]

  • Zəmanə çox dəyişdi.. Artıq qatillər öldürmədən əvvəl "özünə yaxşı bax" deyirlər.