Lütfi Zadə
Görünüş
Lütfi Zadə | |||
Doğum tarixi | 4 fevral 1921 | ||
Doğum yeri | Novxanı, Bakı | ||
Vəfat tarixi | 6 sentyabr 2017 | ||
Vəfat yeri | Berkli | ||
Dəfn yeri | Fəxri Xiyaban | ||
|
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası, Azərbaycan SSR və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya, ABŞ) — azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çox, çox sahələrdə. Mən sosial elmlər-iqtisadiyyat, psixologiya, fəlsəfə, dilçilik, siyasət, sosiologiya, din və bir çox başqa sahələrdə olan insanların bunu öyrənəcəyini gözləyirdim. Niyə bu günə qədər mənim üçün bir qədər sirr olaraq qaldı, çox az sosial elm adamı bunun nə qədər faydalı ola biləcəyini kəşf etdi. Bunun əvəzinə, Fuzzy Logic ilk dəfə mühəndislər tərəfindən mənimsənildi və sənaye proseslərinin idarə edilməsində və titrəmələri aradan qaldıran əl kameraları və bir düyməyə toxunmaqla yeməyinizi mükəmməl bişirən mikrodalğalı sobalar kimi "ağıllı" istehlak məhsullarında istifadə edildi. Hələ 1965-ci ildə bu cür rol oynayacağını gözləmirdim.
E
[redaktə]- Elmə iki yanaşma vardır:yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik. indi bir çox ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Mən düşünürəm ki, Azərbaycanda romantiklər, hər halda qalmışlar. Ola bilsin ki, bu, pulun elə bir böyük əhəmiyyətə malik olmadığı sovet dövrünün mirasıdır. Bu gün dünyada romantik kimi qalmaq olmaz — biz praqtik olaraq cəngəlliklərdə yaşayırıq.
Ə
[redaktə]- Əslində sual mənim amerikalı, rus, iranlı, azərbaycanlı və ya başqa bir şey olmağım deyil. Mən bütün bu insanlar və mədəniyyətlər tərəfindən formalaşmışam və onların arasında özümü olduqca rahat hiss edirəm.
M
[redaktə]- Müasir idarəetmə nəzəriyyəsinin yüksək dəqiqlikli kosmik naviqasiya sistemlərinin layihələndirilməsində uğurları onun iqtisadi və bioloji sistemlərin nəzəri təhlillərində istifadəsini stimullaşdırmışdır. Eynilə, fiziki sistemlərin makroskopik təhlillərində kompüter simulyasiya texnikalarının effektivliyi proqnozlaşdırma, iqtisadi planlaşdırma və idarəetmə məqsədləri üçün kompüter əsaslı ekonometrik modellərin istifadəsini dəb halına gətirdi.
Y
[redaktə]- Yaxşı, bunun vacib olacağını bilirdim. Bu qədər bilirdim. Əslində, mən onu proqnozlarımın olduğu tarixli bir zərfdə möhürləmək və sonra 20–30 ildən sonra intuisiyalarımın doğru olub-olmadığını görmək üçün açmağı düşünmüşdüm. Mən başa düşdüm ki, bu kağız yeni bir istiqamət göstərdi. Mən bu haqda belə düşünürdüm — bir gün qeyri-səlis məntiq Berklidəki Elektrik Mühəndisliyi Kompüter Sistemləri Bölməsindən çıxacaq ən vacib şeylərdən biri olacaq. Bunun dünya miqyasında bir fenomen olacağını heç xəyal etməzdim. Mənim gözləntilərim daha təvazökar idi.