Elm
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. İsa
- Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. Əbu Turxan
- Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Emil Zolya
B[redaktə]
- Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq. Jül Vern
- Bütün elmlərin açarı sual işarəsidir. Onore de Balzak
- Bütöv elm kontekstinə salınmamış ayrıca bir ideya, nə qədər dərin olsa belə, hələ elmi bilik sayıla bilməz. Əbu Turxan
- Bütün elmlərin bünövrəsi təhsillə qoyulur. Əbu Turxan
C[redaktə]
- Cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. Delbryuk
D[redaktə]
- Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın. Məhəmməd peyğəmbər
- Dünyanın hər yerində həqiqi hökmdar olan elm vaxtaşırı öz paytaxtını dəyişmiş, gah Şərqdən Qərbə, gah da Qərbdən Şərqə köçmüşdür. Cəmaləddin Əfqani
E[redaktə]
- Elm adamlarının qiymətini bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Volter
- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. Viktor Hüqo
- Elm ağılın çırağıdır. Azərbaycan atalar sözləri
- Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. Sokrat
- Elm atom bombasını icad etməklə heç də pis bir iş görmədi. Çünki, əsl pislik insanların beynində və qəlblərindədir. Albert Eynşteyn
- Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. Xudu Məmmədov
- Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. Əbu Turxan
- Elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. Albert Eynşteyn
- Elm bütün nailiyyətlərinə görə xəyala borcludur. Emerson
- Elm dərkdən başqa bir şey deyildir. Platon
- Elm dünyanı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir. Jan de Labrüyer
- Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. V.Solouxin
- Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar. Əbu Turxan
- Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür. (Çin atalar sözü)
- Elm həmişə təzədir. Tofiq Hüseynzadə.
- Elm ideyalar dramıdır. Albert Eynşteyn.
- Elm inkişafın ön cəbhəsidir, mədəniyyət isə onun ictimai həyatda buraxdığı izdir. Əbu Turxan
- Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. Covanni Viko
- Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. Puankare
- Elm öyrənmək heç vaxt gec deyil. İbn Sina
- Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir. (Konfutsi:Qədim Çin mütəfəkkiri)
- Elm səbəb, əməl isə nəticədir. Nəsirəddin Tusi
- Elm sərkərdə,təcrübə isə onun əsgəridir. Leonardo da Vinçi
- Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir. Əbu Turxan
- Elm təkcə məlumat toplusu deyil. O, düşünmə formasıdır, kainatı şübhə ilə mühakimə etməyin bir yoludur. Karl Saqan
- Elm təşkilatlanmış bilikdir. Herbert Spenser
- Elm və idman sevgi görmədiyi yeri tərk edər. İbn Sina
- Elm və sənət qoşa qanaddır. Xudu Məmmədov
- Elm üçün arxayınçılıqdan və yerində saymaqdan təhlükəli heç nə yoxdur. V.İ.Lenin
- Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü: elm haqqında elm yarandı. Tur Xander
- Elm yolu bumeranqı xatırladır, nə qədər uzağa getsə də, yenə ilkin əsaslara qayıdırsan. Tur Xander
- Elmdə heç bir ideya ehkam deyil; hər bir adam ən məşhur alimin ən çox yayılmış ideyasını da istənilən vaxt yenidən yoxlamaq səlahiyyətinə malikdir. Əbu Turxan
- Elmdə geniş bir şahrah yol yoxdur və o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daş-kəsəkli yolları ilə dırmansın. Karl Marks
- Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar. Henri Kaldervud:İsveç filosofu)
- Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. Aristotel
- Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri? Abbas Səhhət
- Elmə xilaskar kimi baxmaq robotdan mərhəmət diləmək kimi bir şeydir. Tur Xander.
- Elmi başqalarına izah etməmək mənə əqlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Karl Saqan
- Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. Sədi
- Elmi biliklər üst-üstə yığılarkən bəzən ən qiymətliləri altda qalır, onları tapıb yenidən üzə çıxarmaq üçün hərdən bütün sistemi dağıdıb yenidən qurmaq lazım gəlir. Əbu Turxan
- Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur. [1] Vasili Klyuçevski
- Elmi olub, ağlı olmayan adama elm əziyyət verər. Nuşirəvan Adil Xosrov
- Elmi təfəkkürdə həmişə poeziya elementi olur. Albert Eynşteyn
- Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir. M. Əvhədi
- Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. Əbu Turxan
- Elmin düşməni yaddaş zəifliyidir. Nəsrədddin Tusi:Azərbaycan filosofu və astronomu)
- Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. Pyer Buast:Fransız dilşünası)
- Elmin gücü, Yıxar bürcü. Atalar sözü
- Elmin istədiyi yeganə şey odur ki, işlənmiş avtomobil alanda və ya TV reklamlarında gördüyümüz ağrıkəsicilərin keyfiyyətini yoxlayanda necə şübhəli yanaşırıqsa, başqa şeylərə də o cür yanaşaq. Karl Saqan
- Elmin köməyi ilə insan öz təbiətindəki çatışmazlığı düzəltmək iqtidarındadır. İlya Meçnikov
- Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır. Əbu Turxan
- Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. Platon
- Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. Leonardo da Vinçi
Ə[redaktə]
- Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. (Hz.Əli ə.s.)
- Əvvəllər elmin sərhədləri olan yer indi onun mərkəzidir. Georq Kristof Lixtenberq
F[redaktə]
- Fəzilət, elm və mərifətdən məhrum olanlar üçün ölüm deməkdir. Məhəmməd Tağı Sidqi
X[redaktə]
- Xəyal qanadlarında uçan elm möcüzələr yaratmağa qadirdir. Faradey
H[redaktə]
- Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür. Nəriman Nərimanov
- Hər bir dəqiq elm təxminlərə söykənir. Rassel
- Hər hansı bir elmin açarı sual işarəsidir. Onore de Balzak
- Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir. (Hz.Əli ə.s.)
- Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. Abdulla Şaiq
İ[redaktə]
- Insanin cahil olduğunu bilməsi, elmə atılmış ilk addımdır. Bencamin Franklin.
- İnsanlar surət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da bir-birindən fərqlidirlər. Abbasqulu ağa Bakıxanov.
- İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
K[redaktə]
- Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon
- Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. Əlişir Nəvai
L[redaktə]
- Ləzzətlə yemədiyin yemək usandırıcı olduğu kimi, ehtirasla məşğul olmadığın elm də hafizəni korlayır: o, udduğunu mənimsəmək iqtidarında olmur. Leonardo da Vinçi
M[redaktə]
- Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Füyuzat jurnalı
- Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Məhəmməd peyğəmbər
- Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil. Anton Çexov: Rus yazıçısı)
- Müasir insan elmin qanadlarında elə uzaqlara uçmuşdur ki, özündən ayrı düşmüşdür. Tur Xander
N[redaktə]
- Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. Frensis Bekon: İngilis alimi)
- Nə qədər ki, elmsizsən oxumaqdan, öyrənməkdən utanma. Qriqori Skovoroda
- Nəzəriyyə elmin ruhu, təcrübə – bədənidir. Nəzəriyyəsiz fikir dənizində və faktın meşəsində asanlıqla azmaq olar. D.Mendeleyev
- Niyyət elm ilə əməl arasında bir vasitədir. Nəsirəddin Tusi
- Nursuz göz kimidir elmsiz ürək. Əhvədi Marağayi
R[redaktə]
- Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır. Husserl
Ş[redaktə]
- Şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur. Cəlaləddin Əfqani
T[redaktə]
- Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir. (İohann Volfanq Höte)
- Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. Əbu Turxan
- Təbiət qanunlarının öyrənilməsi –elm adlanır. (Kant)
- Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. H.Mann
- Tərbiyə də ancaq elmin gücü ilə olur. Nəriman Nərimanov
V[redaktə]
- Vicdansız elm ruhun çöküntüsüdür. Fransua Rable: Fransız yazıçısı
Y[redaktə]
- Yerin nuru günəşdir, insanın nuru - elm. Osetin atalar sözləri
Z[redaktə]
- Zövqlərin ən gözəli elmdən alınan zövqdür. (Samuel Smayls: İngilis yazıçısı)
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 117.