Pak
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
G
[redaktə]- Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan şəhərdir. Onun əhalisi comərddir, bəyənilmiş və pak adətlərə yiyələnmişlər. Davranışları xoşdur. Qəribləri sevirlər. Alimləri dost tururlar.[1] İbn Havqəl
- Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti Budağı müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Əli Vəliyev
H
[redaktə]- Hesabı pak olan mühasibin nədən bakı olar. (Bak-qorxu) Fars atalar sözləri
X
[redaktə]- Xoşbəxtlik dörd şeydən ibarətdir, əsli pak, ürəyi pak, əli pak rəyi doğru. Məhəmməd Tağı Sidqi
K
[redaktə]- Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər.[2] Fatimə
M
[redaktə]- Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət, günahdan pak ətək ilə Allah-taala ilə görüşər.[3] İmam Kazım
- Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Seminariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. Firidun bəy Köçərli
N
[redaktə]- Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz. Aşıq Ələsgər - Nütfədən pak olan özü pak olar. Aşıq Ələsgər
S
[redaktə]- Saf zəka, pak zehin, doğru təlim təmizliyə aparır. Məhəmməd Dəvvani
V
[redaktə]- Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir. Füyuzat jurnalı
İstinadlar
[redaktə]- ↑ www.ens.az (8 mart 2019). "Qədim Gəncə şəhəri dahilərin gözü ilə" (azərb.). Elnur Həsən. İstifadə tarixi: 2020-03-08.
- ↑ Tənbihul-Xəvatir, c. 2, səh. 108
- ↑ Biharul-Ənvar, c.67, səh.242, hədis 82