Fars atalar sözləri

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ab olan yerdə abadlıq olar. (Ab - su).
  • Ac adam daşı da yeyər.
  • Acın imanı olmaz.
  • Ağ pul qara gün üçün yaxşıdır.
  • Ağac nə qədər ki tərdir, əyrisini düzəlt.
  • Ağac və müəllim öz barı ilə tanınır.
  • Ağlamaq üçün də həvəs gərəkdir.
  • Allah bu gözü o gözə möhtac eləməsin.
  • Atdan düş, nəcabətdən düşmə.
  • "Atəş" deməklə dil yanmaz.
  • Aşpaz iki olanda aş ya duzlu olacaq, ya duzsuz.

B[redaktə]

  • Baha satanın cəzası - almamaqdır.
  • Baş olsun, papaq nə çox.
  • Belini əyən kimi yük çatacaqlar.
  • Beş barmağın beşi də qardaşdır, ancaq onlar da bərabər deyil.
  • Bədbəxt olanın bəxtinə bir qətrə də düşməz.
  • Bikar oturan kor kirpiyini qıyar.
  • Bilik - başa tac, dövlət - boyuna boyunduruqdur.
  • Bir ovuc nümunə ilə bir xalvarı bilmək olar.
  • Birinə dedilər: "Atan acından öldü", o da soruşdü ki, "Oldu yemədi?".
  • Bıçaq öz dəstəyini kəsməz.
  • Boş evdənsə, düşmənlə dolu ev yaxşıdır.
  • Bu qədər ulaq ola-ola biz niyə piyada qalmışıq.

C[redaktə]

Ç[redaktə]

  • Çaxır nə qədər köhnə olsa, bir o qədər tünd olar.
  • Çox desələr "qurumsaq, qurumsaq" - qulaq öyrəşər.
  • Çörəyi olmayanın dili də bir kəz olmaz. (Kəz - ölçü vahidi, təqribən 102 sm-dir).
  • Çörəyin qiymətini ac bilər.

D[redaktə]

  • Daşın böyüyünü götürmək, vurmamaq nişanəsidir.
  • Dərdini bir dərdiməndə de. (Dərdimənd - dərdi olan, dərdi anlayan).
  • Dəryadan su pay verir.
  • Dəvəquşuna deyirlər: "Yük apar", - deyir: "Mən quşam". Deyirlər: "Uç" - deyir:"Mən dəvəyəm".
  • Dəvənin dərisi bir eşşəyə yükdür.
  • Dəyirman kimi - bərk götür, yumşaq qaytar.
  • Dəyirmandan gələn mən, sən deyirsən ki, növbə yoxdur.
  • Dil - ağızda başın pasibanıdır. (Pasiban - nəzarət)
  • Dost dar gündə bilinər, süfrə başında düşmən də dost görünər.
  • Duzu yeyib duzqabını sındırma.
  • Dünya işinin tamamı yoxdur.
  • Dünyaya dua ilə gəlməmişik ki, qarğışla da gedək.

E[redaktə]

  • Elə yerdə otur ki, deməsinlər: Dur burdan
  • Eşq ilə müşk gizli qalmaz.
  • Eşq ilə rəşk ayrı olmaz. (Rəşk - qısqanclıq)
  • Evin iki arvadı olanda toz-torpağı dizdən olar.

Ə[redaktə]

  • Əbləhə cavab - susmaqdır.
  • "Əgər"i əkdilər bitmədi.
  • "Əgər"lə "Məgər"i evləndirdilər, bir uşaqları oldu, adı:"Kaş ki".
  • Əhmədin papağını Məhəmmədin başına qoyur.

F[redaktə]

  • Fil - diri də olsa min tüməndir, ölü də olsa.
  • Füzullar olmasaydı dünya gülüstan olardı.

G[redaktə]

  • Gec deyən - gül deyər.
  • Gəlir adamı səxavətli elər.
  • Görsələr - zarafatdır, görməsələr - ciddi.
  • Göz görür, könül sevir.
  • Gözləri min iş görür, qaşları xəbər tutmur.
  • Gül içində gül ol, tikan içində - tikan
  • Günəş saralanda tənbəl başlayır tələsməyə

H[redaktə]

  • Haqq ilə nahaqqın arası cəmi dörd barmaqdır.
  • Hamıya dost olandan heç kəsə dost olmaz.
  • Heç bir pişik siçanı Allah rizasına tutmur.
  • Heç nə olmasa, camaat da heç nə danışmaz.
  • Hesabı pak olan mühasibin nədən bakı olar. (Bak-qorxu)
  • Hər enişin bir yoxuşu var.
  • Hər kəs ağlar, amma analar başqa cür ağlar.
  • Hər quyuda Yusif olmaz.

İ[redaktə]

  • İki ilan bir yuvadan çıxıbsa, biri türkcə, biri farsca oxumayacaq.
  • İlan nə qədər əyri olsa da, yuvasına düz gedər.
  • İlanın ayağını, qarışqnın gözünü, mollanın çörəyini hələ heç kəs görməyib.
  • İnsan bir dəfə doğulur.
  • İnsan iki dəfə ölmür.
  • İnsan pulu yaradır, pul insanı yaratmır.
  • İnsanın böyüklüyü nəsil-nəcabəti ilə deyil, bilik və mədəniyyəti ilə ölçülür.
  • İstədiyini deyil, ədalətli olanı elə.
  • İstər şad, istər naşad - yaşamaq lazımdır.
  • İşi ələ ürək gördürər.
  • İştah dişlərin arasında olur.
  • İt divarın kölgəsinə gedər, elə bilər öz kölgəsidir.

K[redaktə]

  • Kişi sər verər, sirr verməz.
  • Kor gözə sürmənin nə faydası?.
  • Kor koru axtarar, su çuxuru.

Q[redaktə]

  • Qanı qanla yumazlar.
  • Qara saçla ağ buluddan qorxma, ağ saçla qara buluddan qorx.
  • Qaradan tündü yoxdur.
  • Qardaşlığımız öz yerində, keçinin qiyməti yeddi yüz dinardır.
  • Qarğa öz yuvasının üstə qarıldamaz.
  • Qələbə günü yorğunluq hiss olunmaz.
  • Qələmin işini qılınc görə bilməz.
  • Qiyamət günü əvvəlcə qonşudan soruşacaqlar.
  • Qırx ildir ki, dilənir, hələ bilmir ki, cümə haçandır.
  • Qorxu ilə ölüm qaraşdır.
  • Qumarbaz - pulu qurtaranda tövbə elər.
  • Qurd öləndə tövbə elər.
  • Qurdla quyruq yeyir, çobanla ağlayır.
  • Quzğun adam öz əcəli ilə ölməz.
  • Qüvvətli iradəyə sahib olan insan hərəkətləri və fəaliyyəti üzərində öz qüvvəsinin möhürünü vurur.

M[redaktə]

  • Müəllimin çubuğu güldəndir, kim ki, görməyib cahildir.
  • Müftə şərabı qazı da içər.

N[redaktə]

  • Nə qədər ki, can var - ümid də var.

O[redaktə]

  • Od alışdıran özü yanar.
  • Od olmasa tüstü çıxmaz.
  • Odu odla söndürməzlər.
  • Ox bədəni, dil - ürəyi yaralayır
  • Oxumayan bilməz, bilməyən bacarmaz.
  • Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzı qanlı qalar.
  • Onun saqqalı dəyirmanda ağarmayıb.

Ö[redaktə]

  • Ölməyənə ağlamırlar.
  • Ölüm haqdır, ancaq qonşu üçün.
  • Ömrü az olan şeyə könül bağlamağa dəyməz.
  • Özgəyə quyu qazma: əvvəl özün düşəcəksən, sonra başqası.

P[redaktə]

  • Papağı isti-soyuqluğa görə qoymurlar.

S[redaktə]

  • "Sənə qulam" - deyən kimi satar səni
  • Səni güldürən adamla deyil, ağladan adamla məsləhətləş
  • "Simurq (Əfsanəvi quş adı) ayrı, "si mürğ" (otuz quş0 ayrı.
  • Sitəmkarın çırağı sübhə kimi yanmaz.
  • Sözü yeddi dəfə udmaq lazımdır.
  • Su başdan lillənər.
  • Su ki başdan aşdı - istər bir qarış olsun, istər yüz qarış
  • Su suya qovuşub qüvvətlənir.

Ş[redaktə]

  • Şərik olmaq yaxşı olsaydı, allah özünə rəva görərdi.

T[redaktə]

  • Tələsən adam bir işi iki dəfə görər.
  • Tələskənlik kədərin, səbr isə sevincin açarıdır.

U[redaktə]

  • Ulaqdan soruşdular ki, kəndə haçan çatarsan, - dedi mahmızdan soruş.
  • Uşaq hələ ana bətnindədir, adını qoyublar Müzəffər.

Ü[redaktə]

  • Ürəkdən ürəyə yol var.
  • Üzümün yaxşısı çaqqala qismət olar.
  • Üzünü gör, halını sor.

Y[redaktə]

  • Yalançının çırağı işıq salmaz.
  • Yalançının yaddaşı olmaz.
  • Yüz dostun olsa azdır, bir düşmənin olsa - çox.
  • Yüz qarğaya bir daş bəsdir.

Z[redaktə]

  • Zəmanə sənə saz gəlməsə, sən zəmanəyə saz gəl.
  • Zənən razı, kişi razı. Nəyinə gərək qazı?
  • Zorun cavabı zordur.

Mənbə[redaktə]

  • Dünya xalqlarının atalar sözləri, Bakı,2015