Dövlət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aktiv gücü əlində tutan yalnız dövlət olmamalıdır. Əgər insanlar mədəni olmaq istəyirlərsə, təşkilat qurma sənəti inkişaf etdirilməli və genişlədilməlidir. Aleksis de Tokvil
B[redaktə]
- Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. Aliya İzzetbeqoviç
D[redaktə]
- Dövlət böyüdükcə, azadlıq da o nisbətdə kiçilər. Jan Jak Russo
- Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir.Uinston Çörçill
- Dövlət xalqın işi olmalıdır. Heydər Əliyev
- Dövlət idarəsi işləməzsə, insanların hürriyyətini qoruyacaq heç bir qüvvət qalmaz. Mustafa Kamal Atatürk
- Dövlət işində işləyən xalqın xidmətində olduğunu unutmamalıdır. Tomas Cefferson
- Dövlət müdaxiləsinin sərhəddi varmı? Və əgər varsa, sərhəddi nədir? Herbert Spenser
- Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin. Evripid
- Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır. Heydər Əliyev
- Dövlət yalnız bir halda - yaxşı və pis adamları artıq bir-birindən seçə bilməyəndə məhv olur. Mustafa Kamal Atatürk
- Dövlətə adamların ən pisləri xidmət edir, yaxşıları isə öz pis cəhətləri ilə xidmət edirlər. V.Klyuçevski.
- Dövlətlər insanlar kimidir, onlar da insan xarakterindən yaradılırlar. Platon
- Dövlətin qüdrəti və müqəddəsliyi, ilk növbədə ədalətin durmadan həyata keçirilməsi ilə bağlıdır. Anna De Stal
- Dövlətin rifahı vətəndaşların orta mülkiyyətə dəyərincə malik olmasındadır. Aristotel
Ə[redaktə]
- Əgər əsgər toxdursa, geyindirilibsə, silahlandırılıbsa, qara gün üçün də dala bir şey atıbsa o dövlət üçün təhlükəli deyil. Aleksandr Sever
- Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
- Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır. Aristotel
- Əgər insanlar Tanrı olsaydı, özlərini demokratik olaraq idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət insanlara görə deyil. Jan Jak Russo
- Ən az idarə olunan dövlət, ən yaxşı dövlətdir. Tomas Cefferson
- Ən yaxşı dövlət quruluşu odur ki, orda vətəndaşlar qanundan tirandan qorxan kimi qorxsunlar. Biant
F[redaktə]
- Fərd dövlətlə uyğun olduğu ölçüdə əhəmiyyətlidir. Benito Mussolini
H[redaktə]
- Hər şey dövlət içində və dövlət üçün, heç bir şey dövlət xaricində və başqa bir şey üçün deyil. Benito Mussolini
- Hökmdarın əsas xüsusiyyəti müdriklikdir, əgər insanda böyük hakimiyyət dərrakə və idrakla birləşirsə, ən yaxşı dövlət quruluşu meydana gəlir Platon
İ[redaktə]
- İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır. Onore Mirabo
K[redaktə]
- Kilsə və dövlət arasındakı ayrılığın "mütləq" olduğu bir Amerikaya inanmıram. Con F. Kennedi
Q[redaktə]
- Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi qanunsuz dövlət də məhvə məhkumdur. Demosfen
- Qanunlar - dövlətlərin hökmdarlarıdır. Alkimdamant
- Qanunların çox olduğu yerdə dövlət daha çox korlanar. Qai Korneli Taçit
O[redaktə]
- O dövlət demokratikdir ki, orda dədə-baba adətiylə Allahlara səcdə edilir, valideynlərin hörməti saxlanılır, böyüklərə ehtiram göstərilir, qanunlara itaət olunur və bütün bunlarla yanaşı həlledici qələbə xalqın böyük əksəriyyətlə qəbul etdiyi qərarlara məxsusdur. Polibi
- O dövlət quruluşunda ki, qadınların hüququ tapdalanır, həmin dövlətin yarısı qanunsuzdur. Aristotel
- O dövlət qüdrətlidir ki, onun vətəndaşları şaha itaət edir, şahları isə qanunlara. Süleyman peyğəmbər
- O dövlət yaxşıdır ki, orda natiqlərdən daha çox qanuna qulaq asırlar. Xilon
Ü[redaktə]
- Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri
Y[redaktə]
- Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edə bilər. Jan Jak Russo