Otto fon Bismark

Vikisitat saytından
Jump to navigation Jump to search
Almaniyanı ata mindirin, çapmağı özü bacaracaq

Otto Eduard Leopold fon Bismark-Şenhauzen (1815 - 1898) - Almaniyanın Kiçik Alman yolu ilə birləşməsi planını həyata keçirən Alman imperiyasının “dəmir kansler” adlandırılan ilk kansleri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adamı əldən salan iş yox, məsuliyyətdir.
  • Axmaqlar öz təcrübələrindən öyrəndiklərini söyləyirlər, mən isə başqalarının təcrübəsindən öyrənməyə üstünlük verirəm.
  • Axmaqlar, sərxoşlar və Amerika üçün xüsusi bir ilahi ədalət var.
  • Axmaqlıq Allahın bir hədiyyəsidir, amma ondan sui-istifadə edilməməlidir.
  • Almaniya ilə Rusiya arasında müharibə böyük axmaqlıqdır. Məhz buna görə, o, mütləq baş verəcək.
  • Almaniyanı ata mindirin, çapmağı özü bacaracaq.
  • Azadlıq, hər kəsə nəsib olmayan bir sərvətdir.

B[redaktə]

  • Biz hamımız xalqıq, hökumət də həmçinin.
  • Biz tarix yaza bilmərik, yalnız onun baş verməsini gözləyə bilərik.
  • Böyük bir dövlətin yeganə sağlam təməli romantizm deyil, dövlət eqoizmidir və böyük dövlətin öz marağı ilə bağlı olmayan iş uğrunda mübarizə aparması ləyaqətsizlikdir.
  • Bütün dünyanı aldatmaq istəyirsənsə, həqiqəti söylə.

C[redaktə]

  • Centlmenlə mən həmişə qismən böyük centlmen, fırıldaqçı ilə qismən fırıldaqçı olacağam.

D[redaktə]

  • Dəlillər qurtaranda, toplar danışmağa başlayır. Güc, kütbeyinin son arqumentidir.
  • Diplomat olmaq mənə təbiət tərəfindən verilib: mən 1 apreldə anadan olmuşam.
  • Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir.
  • Dövrün böyük məsələləri əksəriyyətin çıxışı və qərarı ilə deyil, dəmir və qanla həll edilir.
  • Dünyanı adlatmaq istəyirsinizsə, həqiqəti söyləyin.
  • Dünyanın ağlının 98%-i Sultan II Əbdülhəmiddə, 1%-i məndə, qalan 1%-i isə digər insanlardadır.

E[redaktə]

  • Elə öyrən ki, sanki əbədi yaşayacaqsan; elə yaşa ki, sanki, sabah öləcəksən.

Ə[redaktə]

  • Əgər siyənək adi balıq olmasaydı, delikates olardı.
  • Əgər siz sosializm qurmaq istəyirsinizsə, heyfslənmədiyiniz bir ölkə seçin.

G[redaktə]

H[redaktə]

  • Heç vaxt müharibə zamanı, ovdan sonra və seçkidən əvvəlki qədər yalan danışmırlar.
  • Hər bir insanda elə olur ki, bəxti gətirir və xoşbəxtlik onun lap yanından keçir. Vacibdir ki, onu vaxtında görməyi və paltarının ətəyindən yapışmağı bacarasan.
  • Hər bir tapşırılan işə görə bir nəfər və yalnız bir nəfər cavab verməlidir.
  • Hətta qalib müharibə pisdir və xalqların müdrikliyi ilə onun qarşısı alınmalıdır.
  • Həyat mənə çox şey bağışlamağı öyrətdi, amma daha da çox bağışlanmağı axtarmağı.
  • Həyatda-diş həkiminin kreslosunda olduğu kimidir: adama elə gəlir ki, əsas şey hələ qabaqdadır, amma o artıq geridə qalıb.
  • Hökumət tərəddüd etməməlidir. Bir yol seçdikdən sonra o, sağa və sola baxmadan sona qədər getməlidir.

İ[redaktə]

  • İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə bəhrələnir.

K[redaktə]

  • Kiminlə istəyirsiniz ittifaq bağlayın, müharibə edin, amma ruslara heç vaxt toxunmayın.
  • Kimsə heç olmasa bir dəfə döyüş meydanında ölmüş bir əsgərin şüşəyə dönmüş gözlərinə baxsaydı, müharibəyə başlamazdan əvvəl yaxşı düşünərdi.
  • Kolbasanı sevən və qanuna hörmət edənlər hər ikisinin necə hazırlandığını görməsələr yaxşıdır.
  • Kral hökm edər, idarə etməz.

M[redaktə]

  • Marallar üçün cələni düzərək, mən onu iyləmək üçün yaxınlaşan elə birinci marala güllə atmıram, əvəzində cələnin ətrafında bütöv maral sürüsü toplaşana qədər gözləyirəm.
  • Məğlub olanlara yalnız göz yaşı verəcəyik ki, doyunca ağlaya bilsinlər.
  • Məktəblərdə qənaət edənlər həbsxanalar tikəcək.
  • Məktəbləri olan bir millətin gələcəyi əmniyyətli və təhlükəsizdir.
  • Məmurlar-insanın necə yaşaması üçün qanunlar yazan eşşək arılarıdır. Nazirlərin maaşı niyə daimidir və Prussiya xalqının yaxşı və ya pis yaşamasından asılı deyil? Əgər bu bürokratların maaşı xalqın yaşayış səviyyəsindən asılı olaraq aşağı və yuxarı dəyişərsə, onda bu axmaqlar az qanunlar yazar, çox düşünərdilər.
  • Məni təbrik edin - komediya bitdi.
  • Mətbuat hələ ictimai rəy deyildir.
  • Müasir tarixin ən vacib faktı Şimali Amerikanın ingilis dilində danışmasıdır.
  • Müharibədə müvəffəqiyyət qazanmaq iki amildən asılıdır: yeni tipli silahdan və məktəb müəllimindən.

O[redaktə]

  • 19 yaşında sosialist olmayanın qəlbi yoxdur. 30 yaşında sosialist olanın ağlı yoxdur.

Ö[redaktə]

  • Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir.
  • Önləyici müharibə - ölüm qorxusuna görə intihardır.

P[redaktə]

  • Pis qanunlarla və yaxşı məmurlarla ölkəni idarə etmək tamamilə mümkündür. Amma məmurlar pis olarsa, ən yaxşı qanunlar belə kömək etməz.
  • Pivə sizi tənbəl, axmaq və gücsüz edir.
  • "Prinsipcə, mən razıyam" ifadəsi o deməkdir ki, siz buna yol vermək niyyətində deyilsiniz.

R[redaktə]

  • Rəhbərin yazı masası döyüşdəki hərbi gəminin göyərtəsini xatırlatmalı, orada artıq heç nə olmamalıdır.
  • Rusiya öz tələbatlarının cüzi olması ilə təhlükəlidir.
  • Rusiyaya qarşı heç vaxt bir şey düşünməyin, çünki o sizin istənilən hiyləgərliyinizə gözlənilməz axmaqlığı ilə cavab verəcəkdir.
  • Ruslar atlarını gec qoşur, amma tez çapırlar.
  • Ruslara heç vaxt inanmayın. Çünki, ruslar hətta özlərinə inanmırlar.
  • Rusları məğlub etmək mümkün deyil, biz bunu yüz il ərzində gördük. Ancaq onlara yalan dəyərlər aşılaya bilsəniz, onlar özləri-özlərini məğlub edəcəklər.

S[redaktə]

  • Serbiya- ot tayasında kükürd kibritidir.
  • Siz bu publikanı tanımırsınız. Nəhayət, yəhudi Rotşild… sizə deyirəm, bənzərsiz heyvan. O, birjada möhtəkirlik naminə bütün Avropanı dəfn etməyə hazırdır, amma günahkar mənəm?
  • Siyasət dəqiq elm deyil.
  • Siyasət, şəraitə uyğunlaşmaq və hər şeydən, hətta bədbəxt hadisələrdən faydalanmaq sənətidir.
  • Siyasətdə rəsmiləşənə qədər heç bir şeyə inanmayın.

V[redaktə]

  • Vay o dövlət xadiminə ki, müharibə üçün elə bir əsas tapa bilmir ki, onun müharibədən sonra da əhəmiyyəti olsun.