İlahi
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axtarmaq maraqlıdır. Mən çox fikirləşmişəm ki, əgər biz ölümdən sonra nə baş verdiyini dəqiq bilsəydik, bütün poeziya öz gücünü, marağını itirərdi. Əgər biz bunu bilsəydik o vaxt "İlahi komediya"nın nə dəyəri olardı?!. Xorxe Luis Borxes
- Avara bir toxa axtarır və özü də yalvarır: "İlahi, elə et ki, tapa bilməyim". Madaqaskar atalar sözləri
B[redaktə]
- Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə. Əcəmi Naxçıvani
- Möminə Xatun türbəsi üzərindəki kitabədə həkk olunmuşdur.
Ə[redaktə]
- Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. Riçard Şeridan
İ[redaktə]
- İlahi, bir əli o birisinə möhtac eləmə. Assuri atalar sözləri
- İlahi, elə et ki, edə biləcəyimdən çox istəyim. Mikelancelo
- İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və onun bədii tərənnümünü fərdi məhəbbətdən seçmək çətinləşmişdir. Əbu Turxan
- İlahi feyzdən bir xəzinədir söz. Məhəmməd Füzuli
- İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir. Blez Paskal
- İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur. Əbu Turxan
- İlahi rəhmətin insan gözündə damla-damla olmasıdır göz yaşları [1] Əbdülfəttah Şahin
P[redaktə]
- Pişiyin başına kolbasa gurultayla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". Gürcü atalar sözləri
Ş[redaktə]
- Şəhvani eşq İlahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça İlahi eşq olduğuna görə də eləyə bilər. Frans Kafka
Y[redaktə]
- Yaşamaq, yaşamaq və yaşamaq! Necə də yaşamayasan- yalnız yaşamaq! İlahi, necə bir həqiqət! İnsan alçaqdır! Bir də onu alçaq adlandıran alçaqdır. Fyodor Dostoyevski
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014