Frans Kafka
Görünüş
Frans Kafka | ||||
Doğum tarixi | 3 iyul 1883 | |||
Doğum yeri | Praqa | |||
Vəfat tarixi | 3 iyun 1924 | |||
Vəfat yeri | Kafka Sterbehaus | |||
Dəfn yeri | Yeni Yəhudi qəbiristanlığı, Frans Kafkanın qəbri | |||
|
Frans Kafka (Almanca Franz Kafka, 3 iyul 1883 – 3 iyun 1924) — XX əsrin yəhudi mənşəli, Avstriya yazıçı. Əsərlərinin əksəriyyəti ölümündən sonra nəşr olundu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmağın əlindəki ən güclü silah döyüşə çağırmaqdır. Bu qadınlarla aparılan müharibəyə bənzəyir – axırı yataqda qurtarır.
- Ayaq basdığın yerin ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir.
- Azadlıq ən yüksək duyğulara aid edildiyindən, azadlıq haqqında yalan da yüksək hesab olunur.
B
[redaktə]- Bacardığım hər şeyi tənhalığıma borcluyam.
- Başdan qələmə gedən yol başdan dilə qədər olan yoldan daha uzun və daha çətindir.
- Biganəlik ruhun xərçəngidir.
- Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır.
- Bir qəfəs quş axtarmağa çıxmış
- Biz elə yaşayırıq ki, sanki hər birimiz padşahıq. Bunun ucbatından dilənçiyə çevrilirik.
- Biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk.
- Bu dünya üçün qonşularla savaşmaq gülüncdür.
C
[redaktə]- Camaat heç kəsə qeydi-şərtsiz sədaqətli deyil.
Ç
[redaktə]- Çox az adam dilini dinc qoya bilir.
D
[redaktə]- Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər. Bu mənada onlar düşmənlərlə eyni fikirdədirlər.
- Dünya ilə arandakı müharibədə dünyanın yanında ol.
- Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür.
Ə
[redaktə]- Ədəbiyyatdan başqa hər şey məndə ikrah doğurur.
- Əfsanələr izahedilməzi izah etmək üçündür.
- Əgər bir kişinin gözləri bağlanıbsa, onu sarğıdan baxmağa istədiyiniz qədər həvəsləndirə bilərsiniz, lakin o, heç vaxt heç nə görməyəcək.
- Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
- Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.
- Əsl sənət xalis güzgüdür, ancaq о hərdən saat kimi qabağa qaçır.
- Əvvəllər suallarıma niyə cavab ala bilmədiyimi anlaya bilmirdim, indi isə sual soruşa biləcəyimə necə inana bildiyimi anlaya bilmirəm. Amma gerçəkdə inanmırdım ki, soruşurdum sadəcə.
- Əzab bu dünyanın müsbət elementidir, həqiqətən də bu dünya ilə müsbət arasında yeganə əlaqədir.
G
[redaktə]- Gənclik hər şeyə yaxşı nəzərlə baxır.
- Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır.
- Gözəlliyi görmək və duymaq bacarığım qoruyub saxlayanlar heç zaman qocalmırlar.
- Gülüş arzu olunan qonağımızdır.
H
[redaktə]- Hərəkət bizi düşünmək imkanından məhrum edir. Üfüqlərimiz daralır. Biz fərqinə varmadan, canımızı itirmədən başımızı itiririk.
- Həqiqət bölünməzdir, buna görə də o özünü tanımır, hər kim onu tanımaq istəyirsə, yalan olmaq məcburiyyətindədir.
- Həqiqət həmişə uçurumdur. Üzgüçülük hovuzunda olduğu kimi, mənasız gündəlik təcrübənin titrəyən tramplinindən sıçrayıb dərinliklərə batmağa cəsarət etməli, sonra yenidən yüksəlmək — gülmək və nəfəs almaq üçün mübarizə aparmaq — əşyaların indi ikiqat işıqlı səthinə qalxmaq lazımdır.
- Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa əldə etmək mümkün deyil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür.
- Həqiqətsiz həyat mümkün deyil, bəlkə də, həqiqət özü həyatdır
- Həqiqi düşməndən həddsiz bir cəsarət axar içinizə.
- Hər bir inqilab buxarlanır və geridə yalnız yeni bürokratiyanın lil qalıqları qalır.
- Həyat hər zaman diqqətimizi yayındırır və onun nədən olduğunu fərq etməyə vaxtımız belə yoxdur.
- Həyatın dolğunluğunu bilən ölüm qorxusunu bilməz. Ölüm qorxusu ancaq yarımçıq qalan həyatın nəticəsidir. Bu ona xəyanətin ifadəsidir.
İ
[redaktə]- İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdi yəni hərəkərsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir.
- İlk təəssürat keçicidir.
- İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və tənbəllik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular, tənbəl olduqlarına görə, qayıda bilmirlər.
- İnsanın üç qat iradə azadlığı var. Birincisi, o, bu həyatı arzulayanda azad idi; indi isə o, artıq onu geri ala bilməz, çünki o, daha sonra onu istəyən deyil, o, yalnız o dərəcədədir ki, yaşayarkən öz iradəsini yerinə yetirir. İkincisi, o, azaddır, çünki bu həyat tərzini və yolunu seçə bilər. Üçüncüsü, o, azaddır, çünki nə vaxtsa yenidən mövcud olacaq insanın, istənilən şəraitdə, həyatın içindən keçməyə və bu yolla özünə gəlməyə məcbur etmək iradəsi var, üstəlik, seçilmiş olsa da, lakin o qədər qarışıqdır ki, bu həyatın bir dilimini də toxunulmaz qoymur. Bu, azad iradənin üçlüyüdür, lakin bu, eyni vaxtda və eynilikdən, mahiyyətcə eynilikdən o dərəcədə irəli gəlir ki, iradəyə yer yoxdur, nə azad, nə də azad…
- İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
- İnsanlarla mehriban, iç-içə olmaq insanı müdafiəsiz vəziyyətə salır.
- İstədiyin zaman tənha qalmaq xoşbəxtliyin ən əsas maddələrindən biridir.
K
[redaktə]- Kitab içimizdəki donmuş dənizə endirilmiş bir baltadır.
Q
[redaktə]- Qapımın ağzına atılan məktubların üzərindən atlayıb keçirəm hər gün, Açmıram. Oxumuram.. daha çoz gözləyim deyə
- Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünkü göy üzü qarğaların yoxluğu deməkdir.
- Qəfəslərin biri quş axtarmağa gedib.
- Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür.
- Qiyamət gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir.
M
[redaktə]- Mən ədəbiyyatdan başqa bir şey deyiləm və ədəbiyyatdan başqa heç nə edə bilmərəm və etmək də istəmirəm.
- Mən ya başlanğıcam, ya da son.
- Məncə istədiyin zaman tənha qalmaq xoşbəxtliyin ən əsas məddələrindən biridir.
- Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır.
- Müasir kitabların əksəriyyəti günümüzün sayrışan əksidir. Çox tez solurlar. Köhnə onun ən daxili dəyərini — davamlılığını ortaya qoyur. Əgər yeninin özü keçicilik olsa. Bu gün gözəl görünür, amma sabah bütün absurdluğu ilə görünür. Bu, ədəbiyyatın yoludur.
- Müəyyən bir nöqtədən sonra geri dönüş yoxdur, ama bu nöqtəyə gəlib çatmaq lazımdır
- Müsbət hərəkət eləməyi bizdən xaiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir.
N
[redaktə]- Necə yaşayırsa elədə ölür insan
O
[redaktə]- Oxuduğumuz kitab yaxamızdan yapışıb bizi silkələmirsə, nəyimizə lazım?
- Ov itləri hələ həyətdə oynayır, amma ovları indidən meşədə nə qədər sürətlə qaçsalar da, əllərindən xilas ola bilməzlər.
Ö
[redaktə]- Ölüm sinif divarından asılmış "İsgəndər müharibəsi" kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq.
- Ölümün olduğu dünyada heç nə ciddi deyil.
- Özümdən başqa heç bir əskiyim yoxdur.
- Özünü insanlığa baxaraq sına. Bu şübhələnəni şübhəyə, inananı inama aparacaq.
P
[redaktə]- Paltom belə çiynimə ağırlıq edirsə, qosqocaman dünyanı necə daşıyaram?
- Pisə bir dəfə qapını aç, özünə inanılmasını gözləməz belə
- Poeziya həyatı bəzəyir, başqa cildə salır…
S
[redaktə]- Sel nə qədər geniş yayılsa, su bir o qədər dayaz və bulanıq olur. İnqilab buxarlanır və yalnız yeni bürokratiyanın palçığı qalır. Əzab çəkən bəşəriyyətin qandalları dəftərxana ləvazimatlarından hazırlanır.
- Sevdiyin hər şeyi tez və ya gec itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək…
- Sən həll olunacaq misalsan. Ancaq ətrafda heç bir şagird yoxdur.
- Sən mənim ürəyimin həm sakitliyi, həm də qarışıqlığısan; sən bu vəziyyətdə olanda mənim ürəyimin döyüntüsünü təsəvvür et.
- Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil.
- Sənət — yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır.
Ş
[redaktə]- Şairlər əllərini insanlara uzadırlar. Ancaq insanlar mehriban əlləri deyil, gözlərə və ürəyə yönəlmiş sıxılmış yumruqları görürlər.
- Şəhvani eşq İlahi eşqə qarşı gözlərimizi bağlayır, bunu öz-özünə eləmir. Bunu özü də bilmədən içində bir parça İlahi eşq olduğuna görə də eləyə bilər.
- Şəxsi miskinliyimə haqq qazandırmaq üçün mən yan-yörəmi əslində olduğundan güclü təsvir edirəm. Əlbəttə ki, bu yalandır. Mən axı hüquqşünasam, buna görə şərdən qaça bilmərəm.
U
[redaktə]- Ucadan ifadə edilən fikir dərhal və tamamilə mənasını itirir; yazılırsa, həmişə onu itirir, lakin bəzən yeni bir məna qazanır.