Ölüm

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar

B[redaktə]

  • Birinin ölümü digərinin həyatının başlanğıcıdır. M.Monten
  • Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. Lyuk de Klapye Vovenarq

D[redaktə]

  • Doğanlar həm yaşamağı həm də ölümü qəbul edərlər və arxalarında uşaqlar buraxarlar; beləcə ölüm yenidən doğular. Herakleitos
  • Doğulduğum gündə də öldüm. (İmam Əli)
  • Doğulmaq ölmək üçündür. (Məhəmməd Peyğəmbər)

E[redaktə]

  • Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)
  • Ey həyat,ölümə minnətdar ol! Səni ona görə sevirəm. (Blez Paskal:Fransız riyaziyyatçısı)

F[redaktə]

  • Faydasız həyat- vaxtsız ölümə bərabərdir. (Höte)

G[redaktə]

  • Gələcəyimiz naminə daim əlləşib-vuruşuruq,ağlımıza da gətirmirik ki, can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir. (Moris Meterlink:Belçika şairi və dramaturqu.)

H[redaktə]

  • Hamı bir şəkildə doğular amma hərə bir şəkildə ölər (Yuqoslaviya atalar sözü)
  • Harada olursunuz olun, hətta uca (möhkəm)qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Qurani Kərim)
  • Hər şey ölümə məhkumdur: bu, qanundur, cəza deyil. Seneka
  • Həyat daha absurd olduqca ölüm daha ağır olur. (J.P.Sartr)
  • Həyatda ölümdən başqa hər şeyi düzəltmək olar. Miqel de Servantes
  • Həyatın anlamını bilmədən ölümün nə olduğunu necə dərk edə bilərik? (Konfutsi)
  • Həyatın bütün sirlərini dərk etdikdən sonra ölməyə can atacaqsan, belə ki, ölümün özü də həyatın bir sirridir. D.X.Cübran

İ[redaktə]

  • İnsan nə idraksız bir məxluqdur!Hamı heç kəsin sağ qalmayacağını bilir, amma öz öləcəyinə inanmaq istəmir. (Namiq Kamal:Türk yazıçısı)
  • Insanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüe)
  • İnsanların çoxu həyatının sonunda geriyə dönüb baxdıqları zaman fasilələrlə yaşadıqlarını görürlər. Təqdir etmədən və zövq almadan keçib gedən şeyin əslində həyatları olduğunu gördüklərində təəccüblənirlər. Beləcə, ümidlərlə aldadılan insan ölümün qucağına qaçar. (A.Şopenhauer)
  • İnsanlarla elə rəftar edin ki,düşməniniz belə ölümünüzə ağlasın. (İmam Əli)

Q[redaktə]

M[redaktə]

  • Madam ki ölümün önünə keçilə bilməz, o zaman nə vaxt gəlirsə gəlsin. Lukretsi
  • Mən varkən ölüm yoxdur, ölüm varkən mən yoxum, o halda qorxacaq nə var? Lukretsi
  • Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)

Ö[redaktə]

  • Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. Anri Barbüs
  • Ölməyə dəyər bir məqsədi olmayanın yaşamağa dəyər bir məqsədi də olmaz. Martin Lüter Kinq.
  • Ölü bir kral olmaqdansa yaşayan bir dilənçi olmaq daha yaxşıdır. La Fonddasına
  • Ölüm, bəzən bir cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. Seneka
  • Ölüm bir statistik və dövlət işi oldumu, dünya işləri artıq yaxşı getmir deməkdir. Camus
  • Ölüm ən böyük gerçəkdir. Bunu siyasətçilər də görməlidir, baş prokuror da görməlidir, hamımız faniyik. Bülənt Arınç
  • Ölüm gələcək və sənin gözlərinə baxacaq. Cesare Paves
  • Ölüm gəlmədən həyatın, xəstəlikdən əvvəl məşğuliyyətin, qocalıqdan əvvəl sərvət və zənginliyin qədrini bilin. Məhəmməd peyğəmbər
  • Ölüm haqqında düşünmək ölümdən də dəhşətlidir. Boeçiy
  • Ölüm həyatda böyük itki deyil. Əsl Böyük itki, yaşayarkən içimizdə ölənlərdir. Robin Şarma
  • Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. Stiv Cobs
  • Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidi ilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşa gələn deyildir. Xosrov Ruzbeh
  • Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilər. Mişel Monten
  • Ölüm kişidirsə, axıra qədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. Müəmmər əl-Qəzzafi
  • Ölüm olmasaydı, həyat bütün gözəlliyini itirərdi. Qoqol
  • Ölüm soyuq bir gecədən başqa bir şey deyil; həyat isə isti və bürkülü bir gün. Henrix Heyne
  • Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli. Hüseyn Cavid
  • Ölüm -yaradılmışın Yaradana qovuşmasıdır,şəbi-ərus,yəni toy gecəsidir. Mövlana Cəlaləddin Rumi.
  • Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur. Umberto Eko
  • Ölümdən qorxan demək artıq yaşamır. İ.Zeyme
  • Ölümdən niyə qorxursan, qorxma, əbədi varsan (Yunus Əmrə)
  • Ölümdən yox, boş həyatdan qorxmaq lazımdır. B.Brext
  • Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi. İbn Sina
  • Ölümü düşünmək ölməkdən daha qorxuludur. M.Boetsi
  • Ölümün olduğu dünyada hər şey qeyri-ciddidir. (Franz Kafka)
  • Ölümsüzlüyün birinci şərti ölümdür. S.Lets

P[redaktə]

  • Pis həyat pis ölümə gətirib çıxarır. Z.Moyer

Ş[redaktə]

U[redaktə]

  • Uşaqlar qaranlıqdan hansı səbəbdən qorxurlarsa, insanlar da o səbəbdən ölümdən qorxurlar, yəni onlar orada nə olduğunu bilmirlər. F.Bekon

V[redaktə]

  • Var olduğumuz müddətcə ölüm ortada yoxdur; ölüm gəldiyi anda da biz artıq yoxuq. Epikür
  • Var-dövlət mərhumu qapının kandarında tərk edir. Dostlar və qohumlar, qəbiristanlıqda yalnız xeyir və şər əməllər mərhumu daim təqib edir. Nikola Şamfor

Y[redaktə]