Blez Paskal
Jump to navigation
Jump to search
Blez Paskal (19 iyun 1623, Klermon-Feran – 19 avqust 1662, Paris) — fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıla qarşı çıxa bilən yeganə qüvvə hissdir.
- Allahdan uzaqlaşan, Allahı axtarmayan insan nə özündə, nə də özündən kənarda həqiqəti tapa bilməz.
B[redaktə]
- Biliyimizin hüdudu yoxdur, çünki dərketmə obyekti olan təbiət sonsuzdur.
- Biz həqiqəti yalnız ağlımızla dərk etmirik, qəlbimizlə də duyuruq.
- Bizim bütün ləyaqətimiz düşüncəmizdədir. Bizi yüksəldən nə bizim yaşadığımız məkan, nə də ömür sürdüyümüz zaman deyil, məhz bizim düşüncəmizdir.
E[redaktə]
- Ey həyat, ölümə minnətdar ol! Səni ona görə sevirəm.
Ə[redaktə]
- Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır.
- Əgər hər kəs dost sandığı kəslərin bir də öz arxasından söyləmiş olduqlarını eşitsəydi, dünyada çox az dost qalardı.
- Əgər insanların sənin haqqında yaxşı düşünməklərini istəyitsənsə, özün haqda çox danışma. [1]
- Əgər istəyirsiniz ki, sizin haqqınızda yaxşı fikir desinlər, özünüzü tərifləməyin.
- Ən yaxşı əxlaq kitabımız olan və tez-tez müraciət etməyimiz lazım olan kitab vicdandırş
H[redaktə]
- Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir.
- Hamı xoşbəxtliyə can atır. Bu, insanların hərəkətlərinin motividir. Hətta özünü asmaq istəyən insanlar belə.
- Heç kəsi bəyənməyən adam, heç kəsin xoşuna gəlməyən adamdan daha bədbəxtdir.
- Həddimizi aşmayaq. Bu dünyada hər kəs öz yerini bilməlivə ona uyğun hərəkət etməlidir.
- Həqiqət onu öyrənən üçün onu söyləyəndən daha faydalıdır.
- Həyatın mənasını bilməyən insan bədbəxtdir.
- Hökumətin ən ümdə vəzifəsi işsizliyi aradan qaldırmaqdır, əks halda cəmiyyətin nizamı pozular.
G[redaktə]
- Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır.
İ[redaktə]
- İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir.
- İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür?
- İnsanın gözəlliyi onun davranışındadır.
- İnsanın ləyaqəti qeyri-adi qəhrəmanlıqlarla deyil, onun gündəlik səyi ilə ölçülür.
K[redaktə]
- Keçmiş və bu gün bizim üçün vasitələrdir, yalnız gələcək bizim məqsədimizdir.
- Kleopatranın burnu azca gödək olsaydı, dünyanın indiki mənzərəsi tamam başqa cür olardı.
- Köləlikdən azad olmaq istəyirsinizsə, həqiqəti həmişə yanınızca gəzdirin.
Q[redaktə]
- Qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir.
- Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç bir zaman anlaya bilməz.
- Qüvvətə söykənməyən ədalət aciz, ədalətə söykənməyən qüvvət zalımdır.
- Qüvvəsiz ədalət şikəstdir.
M[redaktə]
- Mən ancaq qəlblərinin acısı ilə yazanları təsdiq edirəm.
- Mən bu məktubu həmişəkindən daha uzun eləmişəm, çünki daha qısa etməyə vaxtım yoxdur.
- Mənə filosofların deyil, peyğəmbərlərin xəbər verdiyi Allah gərəkdir.
- Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən bixəbərəm... haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm... budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur
- Mənim üçün ən mükəmməl əxlaq bütün alimlərin biliyindən faydalanmaq və onların səviyyəsinə çatmaqdır.
Ö[redaktə]
- Ölümdən təhlükə vaxtı yox, təhlükə olmayan yerdə qorxmaq lazımdır.[2]
- Özünü sevən adam üçün tənha qalmaqdan əzablı bir şey yoxdur.[3]
Ü[redaktə]
- Ürəyin, bizim ağlımıza məlum olmayan öz ağlı var.
S[redaktə]
- Sevgi o qədər hisslərdən ibarətdir ki, həmişə onun haqqında nəsə yeni demək olar.
- Sevgidə susmaq sözdən qiymətlidir.
- Sevməyə başladıqda əvvəlkindən fərqli bir insan olduğumuzu anlayırıq.
T[redaktə]
- Tanrını tanımaq və onu sevmək arasında nə çox fərq vardır.
V[redaktə]
- Vicdan bizim malik olduğumuz ən yaxşı əxlaq kitabıdır., yoldan azmamaq üçün ona tez-tez baxmaq lazımdır.
Mənbə[redaktə]
Aforizmlər və hikmətli sözlər. Bakı,2005.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər Babı,2014. səh.451
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.213