Dostluq
Naviqasiyaya keçin
Axtarışa keçin
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı ilə düşmənçilik etmək, axmaqla dostluq etməkdən yaxşıdır. İndoneziya atalar sözləri
C[redaktə]
- Comərdlik dostluğun əsasıdır. Oskar Uayld
Ç[redaktə]
- Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur. Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah da kəsər. Kəlilə və Dimnə
D[redaktə]
- Doğru dostluq qərəzsiz olmaz. Azərbaycan atalar sözləri/D
- Dəmirin sınığını qaynaq eləmək olar, dostluğun sınığını - yox. Teluqu atalar sözləri
- Dostluq da sevgi kimidir. Gözəl və ətirli, tikansız, bir də tikanı olan qızılgül var. Vissarion Belinski
- Dostluq dostluq yerində, qulluq qulluq yerində. Rus atalar sözləri
- Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar Mark Tven
- Dostluq etibar, vəfadan törər,
Nə dostluq, etibar olmasa əgər? Əhvədi - Dostluq ən nəcib hisslərin çiçəklənməsinə zəmin yaradır. İbn Sina
- Dostluq gec bitən bitkidir. O, öz adına layiq olmamışdan əvvəl talenin sınaqlarından keçməli və onun dönüklüyünə dözməlidir. Corc Vaşinqton
- Dostluq, haqqı tələb etmədən mümkün olanla kifayətlənir. Aristotel
- Dostluq həyat üçün zərurətdir. Aristotel
- Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır. Volter
- Dostluq ki var şüşədir - sındırarsan yamanmaz. Rus atalar sözləri
- Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər. Mark Tven
- Dostluq ömrün sonunadək boy atan bir ağacdır. Corc Vaşinqton
- Dostluq pul kimidir, onu qazanmaq saxlamaqdan daha asandır. Samuel Butler
- Dostluq sınanan yerdən dostlar qaçır. Seneka
- Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün. Aristotel
- Dostluq yaxınlığa möhtacdır, onunla tamamlanır; fəqət yaxınlıq dostluğa, sevgiyə daha çox möhtacdır; yaxınlıq sevgi ilə olur. Əli
- Dostluq yüz illik yoldur. Əfqan atalar sözləri
- Dostluqda dost ilə bir ol, səmimi!
Bir qabıq içində cüt ləpə kimi.[1] Əhvədi - Dostluqla tutub, düşmənliklə yıxma. Azərbaycan atalar sözləri/D
- Dostluğumuz dostluqdur, amma mənim kamanım pulsuz atmır. Əfqan atalar sözləri
- Dostluğun birinci şərti etibardır Jan de Labrüyer Fransız yazıçısı və filosofu)
- Dostluğun dili sözlər yox mənalardır. Henri Toro
- Dostluğun əsas əlaməti ünsiyyətdən həzz almaqdır. Aristotel
- Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun Jül Renar
- Dünya malını sevən və mövqe axtarmağa həris olan adam dostluğa yaramaz. Abbasqulu ağa Bakıxanov
Ə[redaktə]
- Əgər dostum düşmənimlə dostluq edirsə, belə dostla dostluq etməməliyəm. İbn Sina
- Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. Uilyam Şekspir
- Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. Qautama Budda
- Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. Fransua de Laroşfuko
- Əsl sevgini tapmaq çox çətindir, amma əsil dostluğu əldə etmək ondan da çətindir. Fransua de Laroşfuko
F[redaktə]
- Faydaya cəhd etmək dostluq yaratmır, dostluq faydanı özü ilə gətirir. Mark Tulli Siseron
G[redaktə]
- Gecə saatlarında kişi ilə qadının dostluğu çox zəifləyir. Onore de Balzak
H[redaktə]
- Həqiqi dostluqdan başqa, bütün münasibətlər müvəqqətidir Romen Rollan
- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ[redaktə]
- İnsanın özü ilə dostluq etməsi çox vacib amildir. Əgər özünlə dostluq etməsən, başqa heç kimlə də dostluq edə bilməyəcəksən. Eleanora Ruzvelt
K[redaktə]
- Kiməsə bağlanma hissi qarşılıqlı olmaya bilər, amma dostluqda - əsla. Jan Jak Russo
- Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz... Onların arasında yalnız sevgi,düşmənçilik,ehtiras və məftunluq ola bilər. Oskar Uayld
Q[redaktə]
- Qarşılıqlı hörmət olmadan heç bir dostluq mümkün deyildir. Anton Makarenko
M[redaktə]
- Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir. Harold Laski
- Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur. Fransua de Laroşfuko
Ö[redaktə]
- Özünə layiq olmayanla dostluq eləmə. Konfutsi
P[redaktə]
- Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır. Corc Herbert
S[redaktə]
- Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vaz keçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo
- Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Qurani-Kərim
Ş[redaktə]
- Şübhə dostluğun xərçəngidir. Françesko Petrarka
Y[redaktə]
- Yalnız ağıllı insanlarla dostluq edin,çünki bəzən axmaq dost, ağıllı düşməndən də təhlükəli ola bilər. Mövlana Cəlaləddin Rumi
İstinadlar[redaktə]
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.78