Frensis de Sales

Vikisitat saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Frensis de Sales

Frensis de Sales - (1567–1622) - Fransız Katolik rahibi, ilahiyyatçı, filosof



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir qram yaxşı əməl yüzdən çox söz deməkdir.

D[redaktə]

  • Dostluq sevginin qarşılıqlı əlaqəsi olduğu üçün sevginin qarşılıqlı olmadığı yerdə dostluq ola bilməz.
  • Düşmənin qapını döyməkdə israrlı olması yaxşı əlamətdir: bu o deməkdir ki, o, istədiyinə nail ola bilməyib.

Ə[redaktə]

  • Əbədiyyət haqqında düşünənlər bu həyatın çətinliklərində asanlıqla rahatlıq tapacaq və artıq boş, qısa və keçici anlardan qorxmayacaqlar.

F[redaktə]

  • Fəzilətlər arasında sevgi ulduzlar arasındakı günəş kimidir: onlara əzəmət və gözəllik verir.

H[redaktə]

  • Hər hansı bir işin başlanğıcında edilən kiçik səhvlər zaman keçdikcə daha da böyüyür və nəticədə, demək olar ki, düzəldilməz olur.
  • Hərəkətlərimizin dəyərini təkcə sevgi müəyyən edir.

İ[redaktə]

  • İnsanlar başqalarının qüsurlarını görməkdə qartallara, öz səhvlərini görməkdə isə köstəbəklərə bənzərlər.

M[redaktə]

  • Müqəddəs olmaq üçün az nəzəriyyəyə, çox təcrübəyə ehtiyacınız var.

N[redaktə]

  • Nəzakət sevginin bacısıdır.

S[redaktə]

  • Sabah üçün narahat olmayın, daha yaxşı yaşamağı düşünün.
  • Sevgi olmayan yerdə yığılmış bütün fəzilətlər lazımsız daş yığınına çevrilir.
  • Sevgini itirmək bu həyatda qorxmalı olduğumuz yeganə itkidir.

T[redaktə]

  • Tanrı baş verənlərə deyil, onun necə baş verdiyinə baxır.
  • əvazökarlıq və mülayimlik müqəddəsliyin əsasıdır.

İstinadlar[redaktə]