Əfqan atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlar da cürbəcürdür: kimisi yaqut, kimisi adi daşdır.
- Axan su arxa dönməz.
- Axmağın hər şeyini itirməyi, başqası ilə bölüşməyindən yaxşıdır.
- Ağ saçlar ölümdən xəbərdir.
- Ağıl olan yerdə şərəf də olar.
- Ağıl olsun hər şey olar.
- Ağıl təbiətin vergisi deyil, təcrübənin nəticəsidir.
- Ağıllı əfqan qabağa gedər, arxaya baxar.
- Ağıllı quşu tutmaq üçün iki cələ tutmaq lazımdır.
- Ağıllını söhbətindən bilmək olar.
- Ağır xəncər ağır zamanlarda kara gələr.
- Allahdan gizləmədiyini camaatdan da gizləyə bilməzsən.
- Anaya baxıb qızı, ataya baxıb oğulu tanıyarlar.
- Ata evində anan yoxsa, getmə.
- Atı igid altında tanıyarlar.
- Ay birinci günündən bilinər.
- Ayağının altına baxma, qabağa bax.
- Ayını öldürməmiş dərisini satma.
- Aza — az, çoxa — çox.
B
[redaktə]- Baha aldığın şeyi ucuz satma.
- Balaca vaxtı özü yeriyir, böyüyəndə özgənin çiynində getmək istəyir.
- Baş olsun, papaq tapılar.
- Başında ağlı az olanın, evində qəmi çox olar.
- Bir işi eləmək asandır, başlamaq çətin.
- Bir şillədən çoxlarının üzü yanar.
- Bir talanmış karvanın dalınca yüz bədbəxt gələr.
- Bir topa quşu dağıtmaq üçün bir daş bəsdir.
- Biri ağlar, biri gülər.
- Boş əldən böyük düşmən çoxdur.
- Böhtandan ölməkdənsə, güllədən ölmək yaxşıdır.
- Böyük kəslər günahı özündə görər, xirdalar — bütün dünyada.
- Buzov da ayağına görə tullanar.
- Bütün daşlar bədbəxt yetimin başına yağar.
- Bütün yer üzünə arpa əkilsə, ulağa yenə də bir ovucdan artıq catmayacaq.
C
[redaktə]- Camaat dəliyə gülər, dəli də camaata.
- Camış acıqlananda öz potasını da buynuzlayar.
- Cəzasız tərbiyə də yoxdur.
Ç
[redaktə]- Çağırılmış yüz qonağa yer tapılar, çağırılmamış bir qonağa bəlkə də yox.
- Çirkin əllər üzü də bulayar.
- Çox da şirin olma, yoxsa yeyərlər.
D
[redaktə]- Daş mum olmaz, düşmən — dost.
- Dəliyə dedilər: "Çiynində ağac bitib"; cavab verdi ki, "Lap yaxşı, kölgəsində oturaram".
- Dəvə zərbə altında yox, yük altında çökər.
- Dəyirman atanın da olsa növbəni gözlə.
- Dil həm silahındır, həm də başının bəlası.
- Divarın da qulağı var.
- Doğmalar ağır gündə gərəkdir.
- Doğru gəlir, yalan ölür.
- Dost tərbiyə, düşmən cəza verməyə çalışar.
- Dostla təmiz ürəkli ol.
- Dostluq yüz illik yoldur.
- Dostluğumuz dostluqdur, amma mənim kamanım pulsuz atmır.
- Dostun olmayan yerdə oturma.
- Dostun köhnəsi yəhərlənmiş köhlən kimidir.
E
[redaktə]- Elə bir yer yoxdur ki, zəif orda gizlənsin.
Ə
[redaktə]- Əcinnə də öz balasını öldürməz.
- Əgər sən düz getsən, heç kəs səni düz yolundan cıxara bilməz.
- Əsməri kürəyindən də tanıyarsan.
- Əyri ağacı od düzəldər.
F
[redaktə]- Fil ki qızdı, aman gözləmə.
G
[redaktə]- Göz yaşıyla dirilən olsaydı, ölü olmazdı.
- Gözdən uzaqda şahı da söyərlər.* Kim ki, yerində oturub qalxmır, axır bir tapır.
- Gözəl səs qulağa dərmandır.
- Güclə çəkib sürümək olar, güclə yedirtmək olmaz.
- Güclü göy gurultusundan sonra güclü yağış olmur.
- Gül yaxşıdır, öz kolunda.
H
[redaktə]- Haqqı öldürə bilməzsən.
- Hamı əti xoşlayır, ancaq allah birinə quzu göndərir, birinə də qoca keçi.
- Heç kəsə zərər vermir, amma xeyir də vermir.
- Heç kəsin ağzına barmağını qoyma — əlini dişləyərlər.
- Həqiqəti ya güclü deyər, ya da axmaq.
- Hər kəsin vətəni özünə Kəşmirdir.
- Hər quşun öz yuvası.
- Hətta Allah da gözəlləri sevir.
- Həya gözlərdə yaşar.
- Həyanı qoru həyalılar üçün.
X
[redaktə]- Xalis qızıl oddan qorxmaz.
- Xasiyyəti bir olan adamlar dostluq elər.
- Xoşbəxtliyin qiyməti bədbəxtlikdən sonra bilinər.
- Xəncər yarası sağalar, söz yarası yox.
İ
[redaktə]- İgidlə çəkiş, səadətlə — yox.
- İki lüt bir-birindən utanmaz.
- İnad müvəffəqiyyətin dostudur.
- İnsan daş kimi bərk, çiçək kimi zərifdir.
- İnsan doğulur ki, yaxşılıq eləsin.
- İraqdan tiryək gözləyincə, ilan vuran ölər.
- İstəyin də ölçüsü olmalıdır.
- İstəyirsən lap meşədə doğul, amma adamların arasında böyü.
- İstirahət zəhmət üçün mükafatdır.
- İş əbədidir, güc — yox.
- İşsiz yaşamaqdansa, ölmək yaxşıdır.
- İşsizlikdənsə, ağır iş yaxşıdır.
- İt çaydan su içməklə su murdar olmaz.
K
[redaktə]- Karvanı bağlamaq olar, dili yox.
- Kəklik qaqqıldayıb özünü ələ verdi.
- Kəndli yağış üçün dua edir, bənna — yağışsız hava üçün.
- Kərtənkələ ilanın dalınca dartındı və partladı.
- Kərtənkələni də öldür — əgər başı ilan başısa.
- Kim ki, yerində oturub qalxmır, axır bir tapır.
- Kor da öz evini yaxşı tanıyır.
- "Kor" yoldansa, kor göz yaxşıdır.
- Korun qabağında ağlama: sənin göz yaşını görə bilməz.
- Könül könülə hər şeyi deyir.
- Köpək xəstə olanda çaqqallar damda oynaşar.
- Köpəkdən soruşdular: "Kimin əlindən yaşaya bilmirsən?" — cavab verdi ki, "öz qohum — əqrabamın.
Q
[redaktə]- Qalaya ümid ol, düşmənini də yaddan çıxarma.
- Qamışın ayağı suda olsa da, ayağı qurudur.
- Qanı qanla yumazlar.
- Qarışqa özündən böyük yük daşıyar.
- Qarışqa üçün bir qarış su da ümmandır.
- Qazançanı hər yerdə od üstünə qoyarlar.
- Qazanda nə varsa, cibdən görünür.
- Qədəh nə qədər ki, sınmayıb — cingildəyəcək.
- Qızıl — dağlar içindən də yol salar.
- Qocaya tapşırma — öləcək; cavana ümid olma — unudacaq.
- Qohumluq ürəklədir, al-ver — sövdələşməklə.
- Qonaq bilməlidir ki, nəyi yemək, nəyi saxlamaq lazımdır.
- Qonaq heç zaman razı qalmaz.
- Qonaqların olması yaxşıdır, ancaq hamısı bir evdə yox.
- Qorxudan çaqqal da pələngin üstünə atılar.
- Qurmaq qırmaqdan yüz dəfə çətindir.
- Qüvvət ağla da qalib gələ bilər.
L
[redaktə]- Layiqli qardaş bacıya çadradır.
- Lütün yuxusuna köynək girər.
M
[redaktə]- Mahnıyla qarın doymaz.
- Məsləhət vaxtında deyiləndə qiymətli olur.
N
[redaktə]- Namus adamı qəbirdən də qaldırar.[1]
- Namusu üçün əfqan oda da atılar.
- Nə qədər ki, soruşan yoxdur, dinmə.
O
[redaktə]- O adamdan qaç ki, əvvəlcə "hə", sonra "yox" deyir.
- O dünyada da qardaşın hesabını səndən çəkəcəklər.
- O qədər acı olma ki, səni atmaq istəsinlər.
- Od nə özününkünə aman verər, nə də özgəyə.
- Od tutanda quru da yanar, yaş da.
- Oğlu qızdan üstün tutma.
- Oğlun igidliyi ananı cavanlaşdırar.
- Oğluna baxıb atanı təsəvvür edərlər.
- Oğru həmişə yoldaş gəzər.
- Oğru oğrunu tanıyar.
- Onun ürəyindəki dilindədir.
Ö
[redaktə]- Ördəyin dimdiyi həmişə çirkli olar.
- Öz kəndini də unutsan, öz adətini unutma.
- Özgə evdə yüz qonaq da qorxulu deyil.
- Özgənin əlində balaca tikə də böyük görünər.
- Özgənin odu isitməz.
- Özünü bilməyən kəs adam deyil.
P
[redaktə]- Pələng qəfəsdə də pələngdir.
- Pələngi nəvazişlə öyrədərlər, ağacla yox.
- Pis arvad dar ayaqqabı kimidir.
- Pis arvad əyri qabırğa kimidir: sındırarsan, amma düzəldə bilməzsən.
- Pis günə düşmək istəmirsənsə, axmaq adamla dostluq eləmə.
- Pis oğlun ucundan atanı söyərlər.
- Pişik siçanı allah xatirinə tutmur.
- Pul olsaydı, minnət olmazdı.
R
[redaktə]- Rişxənd davaya gətirib çıxarar.
- Rupi xırdadır, amma böyük işlər görür. (Rupi pul vahididir).
S
[redaktə]- Səadət olmayanda ata evi də yad görünər.
- Sədəqə vermək üçün var — dövlət yox, yumşaq ürək gərəkdir.
- Sən əgər təmizsənsə, şahdan da qorxun olmaz.
- Sən mənə yaxşılıq arzula, mən də sənə xeyir diləyim.
- Sən sevinəndə sevinmir, amma sən yaman günə düşəndə qəmlənir.
- Sənin işin həmişə səninlədir.
- Sənin tərini özgəsi qurutmayacaq.
- Səyahət insanı tərbiyə edir.
- Siçan gərək pişikdə düzlük axtarmaya.
- Sifət ürəyin aynasıdır.
- Su bütün yer üzünü tutsa da, ördək batmaz.
- Su yuxarı başdan çirklənər.
- Subayın evində dava olmaz.
- Suyun axmazı tez xarab olar.
- Suyun sakit axanından qorx, iti axanından yox.
- Sürüdən qalan qoyunu canavar yeyər.
Ş
[redaktə]- Şahinlər çarpışır, göyərçinlərin tükü tozlanır.
- Şam ağacı qocalanda şirəsi kötüyünə axar.
- Şəhər qapısını bağlamaq olar, el ağzını yox.
T
[redaktə]- Taxılı xalvarla udur, amma bircə sözü uda bilmir.
- Tək getsən ya dərd taparsan, ya da səadət.
- Tələsmə ki, sonra ağlamayasan.
- Tox qarnını qaşıyanda acın sümükləri sızıldar.
- Torpaq qoynuna aldıqlarını vermir.
- Tülkü — dərisi ucbatından bədbəxt olar.
U
[redaktə]- Uduzan oyundan çıxar.
- Uşaqlıqda öyrəndiyini qocalıqda da unutmursan.
Ü
[redaktə]- Ürək ağrıyanda kor gözdən də yaş axar.
- Ürək hara çəksə, ayaq da ora gedər.
V
[redaktə]- Var — dövlət nə qədər çox olsa da, yenə axırı olur.
- Var sənindir, oğul xalqın.
- Varlının eybini var örtər.
- Vətəni qürbətdə daha çox istərlər.
Y
[redaktə]- Yaxşı iş adamı şaha bərabər elər.
- Yaxşı qız yaxşı da ana olar.
- Yaxşı söz də yaxşıdır — bir dəfə.
- Yaxşı yaxşıya uğrar.
- Yaxşıya tələs, yamana tələsmə.
- Yalançını dinlə, amma yoxla.
- Yalançının yaddaşı olmaz.
- Yamanlıq yüz il yaddan çıxmır.
- Yay kasıbların paltarıdır.
- Yaz yaxşısa, il də yaxşı olacaq.
- Yediyi qarğıdalı kökəsidir, plov yeyən adamlar kimi gəyirir.
- Yeməyə görə özgə iti də adama öyrəşir.
- Yeriməkdən çox, oturmaqdan ölürlər.
- Yerinə yetirməyə qəti inanmasan, söz vermə.
- Yetim ağlamağa adət edib.
- Yoxsul oldu, yolsuz olmadı.
- Yoxuş nədir, eniş nədir — hamısı bir zəhrimardır.
Z
[redaktə]- Zalımın qolu nə qədər güclü olsa, o qədər də tez divan tutar.
- Zəfər gələndə bütün çaqqallar dönüb şir olur.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005