Adi

Vikisitat saytından
Jump to navigation Jump to search
Wikipedia logo
Adi haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

D[redaktə]

  • Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. Tur Xander
  • Demək adi hərif öldü! Çox pis; onu canlı ələ keçirə bilmədik.

E[redaktə]

  • Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. Platon
  • Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir. Deyl Karnegi

Ə[redaktə]

  • Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı. Frensis Bekon
  • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. Dante Aliqyeri

F[redaktə]

  • Fərqli düşünməkdən qorxmayın. Unutmayaq ki, indi adi qəbul etdiyimiz əksər fikirlər bir zamanlar qeyri-adi idi. Bertran Rassel

G[redaktə]

  • Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo
  • Gözəl natiq o adamdır ki, adi şeyləri sadə, böyük şeyləri yüksək, orta şeyləri isə orta tərzdə ifadə edir. Mark Tulli Siseron

K[redaktə]

  • Kişi də adi insan ola bilər. Con Apdayk
  • Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. Verner Heyzenberq

Q[redaktə]

  • Qadınlar adi kişiləri xoşlayırlar. Kişilər də adi olmaq üçün əllərindən gələni edərlər. Madonna

M[redaktə]

  • Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam. Çarlz Bukovski
  • Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
  • Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar. Albert Eynşteyn

S[redaktə]

  • Sənin dilin gözəl və şirin; üzün isə pisliklərdən xilas olmuş kimi gülür, ya ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, ya tək ikən, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyr işləri etdiyin zaman, əgər bunları sırf Allahu təalanın razılığını güdərək etməzsənsə, nifaq üzrə və Allahu təaladan uzaq olacağını bilmirsənmi? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin, adi və xeyli niyyətlərin üçün tövbə et. Əbdülqədir Geylani
  • Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Baltazar Qrasian