Baltazar Qrasian
Jump to navigation
Jump to search
Baltazar Qrasian (1601-1658) - ispan yazıçısı və filosofu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl insanın gözü, qüdrət isə əlləridir
- Ağıllı köməkçilərin olsun.
- Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır.
B[redaktə]
- Başqalarını idarə etmək istəyirsənsə, öz hisslərini gizlətməyi bacar.
- Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır.
- Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır.
- Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir.
C[redaktə]
- Cəldlik müvəffəqiyyətin anasıdır.
Ç[redaktə]
- Çoxlarına şöhrəti düşmənləri qazandırıblar.
D[redaktə]
- Dostluq ikinci varlıqdır.
- Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir.
Ə[redaktə]
- Ən qiymətli metallar çətin əriyən və ağır olur.
G[redaktə]
- Gizli oxlar atmaq və qaytarmaq.
- Gözlənilməzlik - müvəffəqiyyətin rəhnidir.
H[redaktə]
- Həqiqəti çox vaxt görmək olar, onu eşidə bilmək nisbətən çətindir.
- Hər şeyin dalınca qaçma, dərinliyə can at.
- Hətta kiçik nöqsanınla da barışmaz ol.
- Hörmət görmək istəyirsənsə, təhqirdən başlama.
X[redaktə]
- Xudbin insan yaşadığı cəmiyyətin üz qarasıdır.
İ[redaktə]
- İnsan qüruba enəndə onu soyuq yola salırlar.
- İnsanın dəyəri - başqalarının onu qiymətləndirdiyi qədərindədir.
K[redaktə]
- Kamilliyi olmayan ağıl - ikiqat ağılsızlıqdır.
- Kimdənsə xoşun gəlmədiyini gizlət.
Q[redaktə]
- Qulaq həqiqətin arxa, yalanın isə ön qapısıdır.
L[redaktə]
- Ləyaqət düzgünlüyün taxt - tacıdır.
M[redaktə]
- Metal səsinə, insan kəlməsinə görə tanınar.
- Mədəniyyəti olmayan şəxsin ləyaqəti də yarımçıqdır.
- Mərdlik olmasa, müdriklik faydasızdır.
- Müdriklik və mərdlik əzəmətin təməlidir.
N[redaktə]
- Nələrisə öyrənə biləcəyiniz adamlarla ünsiyyət saxlayın.
- Niyyətini bildirmədən hərəkət et.
Ö[redaktə]
- Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir.
- Öz səhvlərini heç dostuna da etibar etmə.
- Özünü idarə etməyi bacar ki, nə xoşbəxtlikdə, nə də bədbəxtlikdə özünü ələ ala bilmədiyinə görə səni mühakimə etməsinlər.
- Özünü istiqamətləndirmək üçün özünü dərk etmək lazımdır.
P[redaktə]
- Paxıl adam bir daha ölmür; rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür.
S[redaktə]
- Səndən yuxarıda duranlar üzərində qələbə çalmaqdan ehtiyat et.
- Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur.
- Sözlər əməllərin kölgəsidir.
Ş[redaktə]
- Şöhrət - ciddi əmək hesabına qazanılır.
T[redaktə]
- Təklikdə ağıllı olmaqdansa, hamı ilə birgə dəli olmaq yaxşıdır.
- Təmkinlik kamilliyin məbədidir.
U[redaktə]
- Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır.
Ü[redaktə]
- Ürəkdən gələn yox, ağıldan gələn məhəbbəti axtar.
V[redaktə]
- Vicdansız adamdan arxaya baxmadan qaç.
Y[redaktə]
- Yaxşı görünmək istəyirsənsə, bəxtinin gətirməsi ilə yox, yaxşı əməllərinlə öyün.
Mənbə[redaktə]
- Xəzinə. Bakı, 1997.