Bəzən elə birini sevərsən ki, getdiyində ağlayarsan; mahnılara, filmlərə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan.
Bir çiçəyin böyüməsi bizi nə qədər kədərləndirirsə, ölüm də o qədər kədərləndirməli, qorxunc olan ölüm deyil, yaşanan ya da yaşana bilməyən həyatlardır.
Bir çox yaxşı adam bir qadın tərəfindən körpü altına salınmışdır.
Bir daha pivəmə toxunsan dişlərini ağzına tökərəm.
Bir insan var imiş, bir insan da var imiş, başqa bir insan da var imiş.. Zarafat etdim! Bu zamanda harada var bu qədər insan?!
Bir insanı sevmək mümkünmü sən tərəfindən? Yaxşı tanımadığınız biri isə bəlkə. Mən insanları pəncərədən seyr etməyi sevərəm…
Bir metropol qəzeti, pis xəbər yazmadan əvvəl öz nəbzini ölçər.
Bir pələngi tutub qəfəsə qoya bilərsiniz, amma onu qırdığınızdan əsla əmin ola bilməzsiniz. İnsanlar daha asandır.
Birini nə qədər çox sevsən, həyat onu səndən o qədər uzaqlaşdırar…
Boş insanlarla içi dolu xəyallar qura bilməzsiniz.
Bu qədər yaxşı niyyətli olmayın, çünki ən yaxın bildiyiniz vəfasız çıxa bilər və sizi düşmənləriniz deyil də dostlarınız yıxa bilər.
Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (…).
Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər.
Eşq nə vaxt bitər bilirsənmi ? Bitdi dediyində ürəyin ağrımırsa.
Eşqlə əlaqədar ən böyük istehza: doğru insanı səhv zamanda sevmək.
Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan.
Gülmənin dəb olduğu bir dövrdə ağlayıram… Gənc olmanın dəb olduğu bir dövrdə yaşlıyam… Səni sevmənin daha az cəsarət istədiyi bir dövrdə, səndən nifrət edirəm…
Günahım varmı, əlbəttə ki var, çətin yola zəif insanlarla çıxmağımdır ən böyük səhvim.
Heç vaxt heç nə uyğun deyildir. İnsanlar kor-koranə nə varsa onu tutdular: kommunizm, sağlam qidalar, balet, hipnoz, qrup görüşləri, velosiped sürmək, otlar, katoliklik, ağırlıq qaldırma, səyahət, geri çəkilmə, vegetarianlıq, Hindistan, rəsm, yazı, heykəltəraşlıq, bəstələmək, drijorluq etmək, kürəklə gəzmək, yoqa, cütləşmək, qumar oynamaq, içki içmək, dolaşmaq, dondurulmuş yoğurt, Bethoven, Buddha, kök suyu, intihar, əl işi kostyumlar, reaktiv səyahət, Nyu-York şəhəri və sonra hamısı buxarlandı və dağıldı. İnsanlar ölümü gözləyərkən görəcəkləri şeylər tapmalı idilər. Düşünürəm ki, seçim etmək gözəl idi.
Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur.
Həmişə qəliblərə uyğun gəlməyi rədd etdim. Gəldiyim nöqtə bu; digərlərindən daha bədbəxt, bi o qədər ümidsiz, amma başım hamısından daha gözəl.
Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.
Həyat elə lənətə gəlmiş bir şeydir ki, susduğu zaman danışmadığınız üçün peşman edər və danışdığınız zaman susmadığınız üçün.
Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa.
Həyat icazə verdiyin qədər mehribandır.
Həyat ilə sənət arasındakı fərq, sənətin daha dözülə bilən olmasıdır.
Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır…
Qadınlara yalan danışmaqdan çəkinməyin. Yetər ki özləri üçün deyildiyini bilsinlər.
Qumar oynamasan əsla qazana bilməzsən.
Quldarlıq ləğv olunmadı, sadəcə bütün rəngləri əhatə edərək genişləndirildi.
Quru yolunda seyr edən avtomobillərin işıqlarını görə bilirəm. Sonu gəlməyən bir işıq axışı. Bu qədər insan. Nə edərlər? Nə düşünürlər? Hamımız öləcəyik, hamımız, nə sirk! Bunu bilmək bir-birimizi daha çox sevməmiz üçün yetərli bir səbəb olmalı, amma deyil. Son dərəcə əhəmiyyətsiz şeylər bizi dəhşətə sürüyüb dümdüz edir, udur.
Mən səni bir kişinin heç toxunmadığı, yalnız yazışdığı, kiçik fotoşəkillərini saxladığı qadını sevdiyi kimi sevdim.
Məncə içmək, hər gün təkrarlana bilən və sabahısı gün təkrar həyata dönülə bilən bir intihar şəklidir.
Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam.
Məni yaşayan amerikan əyyaşı ölü yunan tanrısından daha çox maraqlandırır.
Mənim də ürəyim boşdu artıq, Eynilə sizin beyniniz kimi.
Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım… Yəni xülasə, sizi maraqlandırmaz.
Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər.
Sadəlik həmişə sirrdir, dərin bir həqiqət üçün, nə istəsən etmək üçün: yazmaq üçün, rəsm çəkmək üçün. Həyat sadəliyi ilə dərindir.
Sevdirməyə cəhd etmə özünü, sevilməyə tərk et.
Sevdiyini tap və səni öldürməsinə icazə ver.
Sevdiyiniz insanların bürcünü, duxusunu bilirsiniz, amma qorxularından, peşmanlıqlarından, xəyal qırıqlıqlarından xəbəriniz yoxdur.
Sevgi nə zaman bitir bilirsənmi ? bitdi deyəndə ürəyin ağrımırsa.
Sevindim ki, sevməmişəm, dünyadan razı deyiləm. Mən hər şeyə zidd olmağı xoşlayıram. Aşiq insanlar tez-tez əsəbi, təhlükəli olurlar. Perspektiv hissini itirirlər. Onlar yumor hissini itirirlər. Onlar əsəbi, psixotik darıxdırıcı olurlar. Onlar hətta qatil olurlar.
Sevmək bəlkə bir şeydir; amma sevildiyini bilmək çox şeydir.
Sevməyi deyil, yalnızlığı öyrən.. çünki ən çox ona ehtiyacın olacaq.
"Səni heç bir zaman bağışlamayacağam", içərisində "Səni heç bir zaman unutmayacağam"ı da saxlayar.
Sənin unutmadığın daim səndən uzaq olandır.
Sizə zamanını ayırmayan birinə, əsla özünüzü yormayın.
Sizi bilmirəm, amma mən hər səhər ayaqqabılarımı bağlamaq üçün əyildiyimdə tanrım yenəmi? deyə düşünürəm içimdən.
Sığınacaq çuxurlarında mələk tapılmaz.
Suverenlik həqiqətən millətin olduğunda hökumətlərə gərək qalmayacaq; o zamana qədər p..u yedik.
Tanrının harda olduğunu bilmək istəyirsənsə, əyyaşdan soruş.
Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa.
Tək qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.
Tək olmaq, səhv yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.
Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər.
Yaxşı bir qadının qarşınıza çıxacağına inanmayın. Çünki yaxşı qadın yoxdur.[1]
Yalnız qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.
Yalnız darıxdırıcı insanlar darıxar.
Yalnız olmaq, yanlış yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.
Ya bütün həyatınızın ya da yalnız o gününüzün içinə edəcək biriləri mütləq çıxar qarşınıza.
Yoldaşını bağışla; bağışladığını xatırlama və xatırlatma!