Cəsur

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı insanlar özlərini həyəcana qapdırmazlar: fəzilətli olanlar şübhə içində olmazlar; cəsur olanlar heç bir şeydən qorxmazlar... Konfutsi

B[redaktə]

  • Başlanğıcda qorxaq və cəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır. Oşo (Çandra Mohan Racniş)

C[redaktə]

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Gügman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
  • Cəsur adam üçün çomaq da silahdır. Qaraqalpaq atalar sözləri
  • Cəsur adam yıxılar, amma təslim olmaz. Latın atalar sözləri
  • Cəsur insanın təxəyyülü məhduddur. Qorxaqlıq pis bəslənmənin bir nəticəsidir. Çarlz Bukovski
  • Cəsur olmaq üçün cəsur imiş kimi hərəkət etmək, bütün iradəmizi bu məqsədə müvafiq yönləndirmək lazımdır. [1] Uilyam Ceyms

Ə[redaktə]

İ[redaktə]

  • İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər. Napoleon Bonapart
  • İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.[2] Ziya Bünyadov

Q[redaktə]

M[redaktə]

  • Mən tam dərk etmişəm ki, cəsurluq- qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. Nelson Mandela

U[redaktə]

İstinadlar[redaktə]

  1. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.56
  2. Babək kimdir- peyğəmbər, hökmdar, kommunist, yoxsa…