Məzmuna keç

Qaraqalpaq atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmağa axmaq deyərsən - min dəfə ondan pis olar.
  • Ağıllı adam məsəlsiz danışmaz.
  • Ağu - acıdır, böhtan ondan da acı.
  • Ancaq öküz zarafatı anlamır.
  • Asta ördək geri qayıdanda hamısından qabaq uçub gələr.
  • Atdan düşsən də yəhərdən düşmə.
  • At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı.
  • At alırsan - aulla məsləhətləş, arvad alırsan - qohumlarla
  • Bahalıqda - satanın həyası qalmır, ucuzluqda - alanın.
  • Balığın yaşı axçasından bilinər.
  • Batır yarasız olmur. (Batır - igid)
  • "Bilmirəm" dedi - canı qurtardı, "bilirəm" dedi - işə düşdü.
  • Biri toxluqdan atılıb-düşür, biri soyuqdan.
  • Bəla gələndə bayın min qoyununa yox, kasıbın bircəsinə gəlir. (Bay - varlı)
  • Camaat yalan danışmaz.
  • Cavanlıqda təlxək olan, qocaldıqda heyvərə olar.
  • Cəsur adam üçün çomaq da silahdır.
  • Çaqqalın mini bir yerdə gəzməz.
  • Çox yaşayandan öyrənmə, çox biləndən öyrən.
  • Dağı-daşı külək yeyər, insanı - böhtan.
  • Daşı bayquşa vursan - bayquş öləcək, bayquşu daşa vursan - yenə də bayquş öləcək.
  • Dayçanı təriflə, ancaq ata min.
  • Dəvəni yük üzər, insanı - həya.
  • Düşmən olmayan yerdə hamı hünərli olur.
  • Düşmənin tərifinə inanma.
  • Elçiyə ölüm yoxdur.
  • Əgər adamsansa, mənə sözlə üstün gəl.
  • Əvvəl düz danışana sonra da inanarlar.
  • Fikrin dibi dənizdir, düşərsən və batarsan; cəsarət qayıqdir, minərsən və üzüb keçərsən.
  • Gölə şöhrəti balıq gətirir.
  • Haqq əyilər, sınmaz.
  • Heyvan heyvana oxşar, insan - insana.
  • Hər başda bir fikir var, təkcə keçəlin başında - yüz min. (Keçəl Orta Asiya folklorunda komik surətdir.)
  • Hirs - düşməndir, ağıl - dost.
  • Hönkürtü çəkəni dindirmə, şaqqıltı çəkəni dindir.
  • Xalça satırsansa öz auluna sat, özün də bir küncündə oturarsan.
  • Xəstəlik sağalar, adət qalar.
  • İki qayıqdan yapışan batar.
  • İlanın başını üzməsən səni həmişə çala bilər.
  • İnadkar məqsədinə çatar, tələskən gülünc olar.
  • İnsanı közün içinə atmaq gözün içinə tərifləməkdən yaxşıdır.
  • İstəməsən, dəvəni də görməzsən.
  • İynə də hədiyyə olar, dəvə də.
  • Köynəyin ləkəsi su ilə gedər, ürəyin ləkəsi-sözlə.
  • Kasıblığını gizlətmək istəyən heç vaxt varlı olmaz.
  • Qabaq təkər hara getsə, dal təkər də ora gedər.
  • Qəssab öz anasına da sümük satar.
  • Qoca dəvə bərk nərildər, qoca xoruz bərk banlar.
  • Qocalar arasında uşaq aqil olar, uşaqlar arasında qoca - uşaq.
  • Qorxağa it də hürər.
  • Qorxağı çox izləyəndə dönüb olur cəsur.
  • Qoy danışsın bayın qızı, ağzı əyri də olsa.
  • Qoyun olmasa keçəni hardan götürərsən?. Fikir olmasa məsəli hardan çəkərsən.
  • Qoyunlar bir yerə yığılanda qurd da qorxar.
  • Mərəzini gizlədən ölər.
  • Min atı da qovanda birini yəhərləyərlər, bir atı da qovanda.
  • Ot çox olan yerdə öküz kökələr, ölü çox olan yerdə - molla.
  • Ölümdən çox danışanda yaşamağa həvəs qalmır.
  • Özündən böyüyün məsləhətinə bax, səndən hətta bir yaş da böyük olsa.
  • Palıd əyiləndə sınar, igid xar olanda.
  • Polad poladı kəsməz, almaz - almazı.
  • Pulsuz ol, namussuz olma.
  • Sağsağan bir dəfə dimdik çalar, on dəfə ətrafa baxar.
  • Savaşanda da barışmağa yer qoy.
  • Səadət torpağı tərk edəndə su enir yerin yeddi qatına.
  • Səbrin dibi sarı qızıldır.
  • Səkkiz qabırğalı balığı ancaq doqquz qabırğalı igid tuta bilər.
  • Sən atana necə baxsan, balaların da sənə elə baxacaq.
  • Sənə qiymət qoymayacaqlarsa, heç toya da getmə.
  • Sözün atası ağıl, anası dildir.
  • Şirin yalandan acı həqiqət yaxşıdır.
  • Tazı tülküdən geri qalmaz.
  • Toya ki gedirsən, acığını evdə qoy.
  • Ulağa minənin ayaqları dinc durmaz, iki arvad alanın qulaqları.
  • Uşaqlı evdə sirr qalmaz.
  • Ümidsiz ancaq iblis yaşayar.
  • Ürəyə yatmayan iş gec qurtarar.
  • Varlı vardan danışar, kasıb ehtiyacdan.
  • Varlıya mal əzizdir, kasıba - uşaq.
  • Yaxşılıq suda baxmır.
  • Yalanşı ölünü də şahid çağırar.
  • Yalqız qarğanın qarıltısı eşidilməz.
  • Yamanlıq keçib-gedər, yaman adam qalar.

Mənbə

[redaktə]
  • Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.