At
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Abdal at mindi, özünü bəy sandı. Azərbaycan atalar sözləri/A
- Axmağın balacası atını tərifləyər, böyüyü özünü. Monqol atalar sözləri
- Amma mən atı özümdən də çox sevirəm. Atlara olan məhəbbətimdən gedib girmişdim süvari polkuna. Atı ac saxlayıb özü tox yatan əsgərdən zəhləm gedərdi. Dərviş Parisi partladır (film, 1976)
- At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı. Qaraqalpaq atalar sözləri
- At işləməsə,ər öyünməz. Kitabi Dədə Qorqud
- At kişinin qanadıdır. Azərbaycan atalar sözləri
- At oğurlanandan sonra axur nəyə gərək. Azərbaycan atalar sözləri
- Atı qamçı aparmaz, arpa aparar. Ləzgi atalar sözləri
- Atı olan qaldı, yəhəri olan getdi. Adıgey atalar sözləri
- Atın mədəsiylə eşşəyin beli az olar ki, boş olsun. Benqal atalar sözləri
- Atın olanda qamçının fikrini çəkərsən. Benqal atalar sözləri
- Atlı necədirsə, at da elədir. Teluqu atalar sözləri
- At kişinin qanadıdır. Azərbaycan atalar sözləri
B[redaktə]
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Azərbaycan atalar sözləri
D[redaktə]
- Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır. Mahmud Qaşğari
E[redaktə]
- Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at qapında varsa, qaldır at. Çin atalar sözləri
F[redaktə]
- Fil uzandığı halda da atdan hündür olur. Teluqu atalar sözləri
İ[redaktə]
- İşlək at arpasını artırar. Azərbaycan atalar sözləri
Q[redaktə]
- Qadın, kitab, at borc verilməz. İtalyan atalar sözləri
Y[redaktə]
- Yaxşı at nalı gözlər, yaxşı igid dalı. Azərbaycan atalar sözləri
- Yaxşı at özünə qamçı vurdurmaz. Azərbaycan atalar sözləri