Məzmuna keç

Benqal atalar sözləri

Benqal dilinin yayıldığı areal



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acanda nə yeməzlər, savaşanda nə deməzlər?
  • Aclıq çox çəkmir, amma yadda çox qalır.
  • Aclıq soruşmur ki, nə yeməlidir, nə yox?
  • Axmaq adam səsini qaldırar, ağıllı ancaq gülümsəyər.
  • Aqil adam yolunu azsa, doğma atasını da saymaz.
  • Ağac barıyla tanınar.
  • Ağac yıxılmazdan qabaq meymunlar üstündən dağılışar.
  • Ağacın barı özünə yük olmaz.
  • Ağıllı adam güclüdür.
  • Ağız əyri olsa da, sözü düz olsun.
  • Allah necə yaşayır? -Kim necə başa düşür, elə.
  • Ana qızıyla olan yerdə gəlinə düyü çatmaz.
  • Anasının südündən doymayıb, atasının barmağını sorur.
  • Arvadını, mal - qaranı və düyünü öz yanında saxla.
  • Atın mədəsiylə eşşəyin beli az olar ki, boş olsun.
  • Atın olanda qamçının fikrini çəkərsən.
  • Ayağını iki qayığa qoyma - yıxılarsan.
  • Bambuq kəz bağlayanda tələf olur, insan - səhv edəndə.
  • Balıq da, qonaq da iki gündən sonra ağu kimi olur.
  • Balığı öz yağında qızardır.
  • Barsız ağaca meymun da çıxmaz.
  • Baş daşdan möhkəm deyil.
  • Bazarda ona görə səs-küy qalxır ki, hərə öz bildiyini danışır.
  • Bir ağcaqanad öldürsəniz, yalnız əlləriniz çirklənəcək.
  • Bir barmaqla çimdikləmək olmaz.
  • Bir çaya, bir nanəcibə, bir də buynuzlu heyvana inanma.
  • Bir gözü ilə ağlayır, o biri gözü ilə hi-cim eləyir.
  • Bir qız on oğula dəyər - qismətinə yaxşı adaxlı çıxsa.
  • Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına.
  • Birlikdə yıxıldılar və hər biri öz yarasını ovuşdurdu.
  • Borca girmiş ata oğulun düşmənidir.
  • Boş əli ağıza aparmazlar.
  • Bu gün əmir, sabah - fəqir.
  • Bülbül qarğa yuvasında da böyüyə bilər, ancaq qarıldamağı öyrənə bilməz.
  • Bütün heyvanlar yük daşıya bilir, amma işə düşən eşşək olub.
  • Bütün yamanlığın səbəbi puldur.
  • Canımı verərəm, fürsəti vermərəm.
  • Cənnətdə qul olmaqdansa, cəhənnəmdə padşah olmaq daha yaxşıdır.
  • Çay qurusa da yatağı qalar.
  • Çox bic olan düyü tapmaz, çox gözəl olan - ər.
  • Çox danışanın yalanı olar.
  • Çox deyən az eləyər.
  • Çox övlad sahibi olmaq günahlarınızın cəzasını çəkmək deməkdir.
  • Daşa yazılanı poza bilməzsən.
  • Dayaz su balıqları elə bolluca su sıçradar.
  • Demək asandır, eləmək çətin.
  • Deyirlər yaxşı dolanır, amma şanagüllə kötüyündən dişləri də qaralıb. (Bir sıra şanagüllə kötüyü növlərindən kasıb hindlilər ərzaq kimi istifadə edirlər.
  • Dəcəl uşaq ağacın başında ölüm tapar.
  • Dəyərsiz insanın gözəlliyə ehtiyacı yoxdur.
  • Dilinizlə Allaha dua edin, amma əllərinizlə işləməyə tənbəllik etməyin.
  • Dişli heyvanla əyyaşa inanma.
  • Doğru söz zərər verməz.
  • Donuz böyükdür, amma fil deyil.
  • Düyü mədə axtarmır.
  • Düyünü yemək istəməyəndə saxlayarlar bu gündən sabaha.
  • Düz söz allahı sevindirər, adamı qəzəbləndirər.
  • Düz sözdən dost da üz çevirər.
  • Düz sözə ancaq axmaq hirslənər.
  • Ehtiyac üzündən xasiyyət yamanlaşar.
  • El bir olsa dəryanı da qurutmaq olar.
  • Evdə olmayanı oğlu tələb edir.
  • Eyni yolla biri dümdüz gedir, o biri büdrəyir.
  • Ədalətli sözə ancaq axmaq hirslənir.
  • Əldə beş barmaq var, onlar da bərabər deyil.
  • Əli, ayağı bağlayarsan, bəs ağlı kim bağlaya bilər?
  • Əlində pul, ayağında qüvvət olsa lap Nilaçola qədər gedərsən. (Nilaçol - ziyarət yeri)
  • Əllərinlə vaxtı dayandıra bilməzsən.
  • Ən qorxulu düşmən evdəkidir.
  • Ərinin ölümü sədaqətli qadın üçün ölümdür. (Qədim hind dini adətlərinə görə dul qalan arvad ərinin dəfnində qalanan tonqalda yandırılarmış).
  • Əsgərlər döyüşər, generallar öyünər.
  • Əvvəl ağacla başına vurur, sonra da ayağına düşüb yalvarır.
  • Əvvəlcə ev təsərrüfatına başlayın, sonra sahibə gətirin.
  • Əvvəl zahirini xoşla, sonra batilini öyrən.
  • Əyilir, amma sınmır.
  • Əyri dayısının olması, yoxluğundan yaxşıdır.
  • Fil ata qoşulub suya gedər, qoyun deyər: su dərin deyil ki.
  • Fil dağa çatan kimi bütün təkəbbürü yoxa çıxar.
  • Fil fili palçıqdan da dartıb çıxarar.
  • Fil kimi yedirt, pələng kimi bax.
  • Fil palçığa da batsa,fərqi yoxdur, iki ata dəyər.
  • Fürsət düşəndə allah adamı da oğurlayar.
  • Göyə tüpürərsən - öz boynuna düşər.
  • Guruldamağına guruldayır, amma yağışı gəlmir.
  • Güc kimdədirsə, hakimiyyət də ondadır.
  • Gün keçdi - və günahlar bitdi.
  • Günün batmağını hamı görür.
  • Hakimi dəyişə bilərsiniz, hökmü ləğv edə bilməzsiniz.
  • Həyasız adam nə həya bilər, nə abır; həyalını bir ağır söz öldürər.
  • Hiyləgər hiyləgəri aldadar, doğma atasına da deməz.
  • Hündür ağacı qasırğa daha çox yırğalayar.
  • Hünər yüklənən qayıq batmaz.
  • Xəsisin yuxusu gəlməz.
  • Xırda balıqlar dəstə ilə gedərlər.
  • Xoş sözdən dil qurumaz.
  • Xoşbəxtlikdə dostluqdan istifadə edirlər, bəlada onu yoxlayırlar.
  • İki dişi ilə fil də öyünür, qaban da.
  • İlan qurbağadan diksinər, qurbağa da ilandan.
  • İlan olan yerdə manqusta da olar. (Manqusta - isti ölkələrdə yaşayan uzun bədənli kiçik yırtıcı heyvan).
  • İlan öləndə düzələr.
  • İlana süd də içirsən, zəhəri azalmayacaq.
  • İngilis məhkəməsi Bengal pələngindən daha dəhşətlidir.
  • İnsanın qismətini allah verib.
  • İri ağacın barı az olur, kölgəsi böyük.
  • İri balığın sümükləri də yaxşı olar.
  • İstədi ağcaqanad öldürə, öz boynuna vurdu.
  • İstəyən üçün görülməyən iş yoxdur.
  • İşsiz dərzi balalarının ağzını tikər.
  • İşsizin üç böyük işi var: yemək, yatmaq, bir də deyinmək.
  • Keçmişə ağlamağın nə xeyri.
  • Kəndçi əkinə gedər, brahman oturub gözləyər. (Brahmanlar - ibadətxanada oturub dua oxuyurlar).
  • Kəndçinin ilinin ancaq onbir ayı dərd-qəmdir, qalan vaxtının hamısı bəxtəvərlikdir.
  • Kim borc alsa, bəladan qurtulmaz.
  • Kim çox danışırsa, yalan danışmağa başlayır.
  • Kimin duzunu yeyərəm - onu da tərifləyərəm.
  • Kimin gücü varsa, hökmü də var.
  • Kimin inəyi varsa, peyini var.
  • Kimin sinəsində əyləşdisə, onun da saqqalını yoldu.
  • Kimisi özgələrinin səhvindən öyrənir, kimisi də öz səhvindən.
  • Köstəbəyə gül yağı da sürtsən iyi yenə qalacaq.
  • Köstəbəyi öldürərsən - əllərində iyi qalar.
  • Qadının gücü göz yaşındadır.
  • Qanq ölülərindən imtina eləmir. (Yəni alicənab adam sadə adamlara saymazlıq etməz. Adətə görə hindlilər ölənlərin cəsədini müqəddəs hesab etdikləri Qanq çayına atırlar).
  • Qanqa çirkab da atsan əzəməti azalmaz.
  • Qarğa da özünü ağıllı bilir.
  • Qarğa hər əti yeyir, amma qarğanın ətini heç kəs yemir.
  • Qəlbində zəhər, dodaqlarından bal.
  • Qısır qadının kor oğlu ayı gördü.
  • Qız ölür, külü sovrulur - sonra başlayırıq tərifləməyə (Hindistanda ölülər yandırılır).
  • Qızıl bölüşdürmək istəyəndə dəmir bıçaqdan yapışarlar.
  • Qonaq qarşılamağı - qaşqabaqlı, qulluqçu ilə danışmağı - kobud, gülmək bilmir, ağlamaq bilmir - belə qadından nə ev sahibəsi olar?
  • Qonşu üzü - güzgü.
  • Qopmuş budaq ağaca bitişməz.
  • Qozbelin arzusu arxası üstə yatmaqdır.
  • Qurbağa da dişlərdi, əgər dişləri olsaydı.
  • Lalların düşməni olmaz.
  • Limonu nə qədər çox sıxsanız, bir o qədər çox turş olar.
  • Meşə yanır - hamı görür, ürək yanır - görən olmur.
  • Meşə yanır - köklər qalır.
  • Meyxanaçının şahidi sərxoşdur.
  • Məşəl aparan özü tək gözlə görür.
  • Molla öz məscidindən uzağa getməz.
  • Möhkəm ağacdan balta qayrılar, çürük özü sınar.
  • Mötədil yemək qüvvət gətirər, çox yemək - qəbir.
  • Nə qədər aqil varsa, o qədər də fikir var.
  • Nə qədər ki, suya düşməmişsən, üzməyi öyrənməyəcəksən.
  • Odun, azarın, borcun qoyma izi-tozu da qalsın.
  • Oğurlayan qaçır, görən düşür məhkəməyə.
  • Ovçu çöl pişiyini bığından tanıyar.
  • Ögey ana bütün ev üçün zəhərdir.
  • Ölümə qanun yoxdur.
  • Ömür ümidlərlə keçdi, amma işıqlı günlər görmədim.
  • Öz şərəfini özün qoru, kəsik qulağını saçınla ört. (Kəsik qulaq - cinayət üçün verilən cəza)
  • Özgə adam heç vaxt özününkü olmaz.
  • Özgə qızılını qulağında gəzdirmə - dartıb alarlar.
  • Paya nə qədər ki, başın üstə fırlanır - qorxuludur, elə ki, dəydi - qorxu keçir.
  • Pələng meşəni qoruyar, meşə də pələngi
  • Pələngdən qorxduqları yerə dua eləməyə gedərlər.
  • Pələnglə kəl süpürləşər, qamışlar qırılar.
  • Pis oğul çox olar, pis ana - olmaz.
  • Pul ilə allah doğma qardaşdır - pulun olsa allahı da ala bilərsən.
  • Pulun gücünə yer fırlanır.
  • Pulun olsa qudanı da təmtəraqla dəfn edərsən; pulun olmasa doğma atanı da bir təhər basdırarsan.
  • Rahib çox yığışanda - allaha ibadət baş tutmaz.
  • Sədaqət sərvətdə deyil, ağıldadır.
  • Sözlə zəngin, reallıqda boş.
  • Su aşağı axar.
  • Su dama-dama daşı da dələr.
  • Suların yaxşısı yağış suyudur, gücün yaxşısı - el gücü.
  • Suyun düşməni lehmədir, insanınki - cahillik.
  • Südlü inəyin təpiyinə də dözmək olar.
  • Şərabı ancaq dərman kimi içmək - özünə hörmət eləməkdir.
  • Tək uşağı olmaq anaya ömürlük qorxudur.
  • Tənbəl kəndçinin iyirmi orağı olar.
  • Tərləyərsən isti keçib gedər.
  • Tısbağa suda da üzsə, sahildəki yumurtasını gözdən qoymur.
  • Torpağın yumşağını pişik də cırmaqlar.
  • Ulaq haradan su içsə, oranı bulandırar.
  • Vəd verəndə fikirləşmək gərəkdir.
  • Vicdan rahatlığı sərvətdən qiymətlidir. [1]
  • Yaxşı ad - insan üçün sərvətdir.
  • Yaxşı gündə dostluqdan xeyir götürərlər, yaman gündə sınayarlar.
  • Yaxşı gündə on iki qardaşın olur, yaman gündə hay verən tapılmır.
  • Yaxşı xəbər yalan da olsa xoş gələr.
  • Yağışın xırdası ancaq palçıq gətirər, güclüsü hər şeyi yuyar.
  • Yağışsız bulud yeri islatmaz.
  • Yalan söz pırtlaşıq saç kimidir, sahmana salmaq çətin məsələdir.
  • Yara sağalsa da yeri qalar.
  • Yatmış pələngi oyatma.
  • Yeganə oğul atanın ağasıdır.
  • Yüngül yağış yalnız kiri həll edəcək, güclü yağış isə hər şeyi yuyacaq.
  • Zaman keçir, söz-söhbət qalır.
  • Zamanı əllərinizlə dayandıra bilməzsiniz.
  • Zərgər evində pişik taqqıltıdan qorxmaz.
  • Zərgər taq-taq taqqıldadar, dəmirçi bir dəfə vurar.

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı,2005