Hünər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar. Kəlilə və Dimnə
B
[redaktə]- Bir igidə yetmiş hünər də azdır. Özbək atalar sözləri
C
[redaktə]- Canavar itə dedi: "Hünər o deyil ki, mən qaçıram, sən isə dalımca gəlirsən; hünər odur ki, mən geri dönəndə sən quyruğunu göstərməyəsən". Gürcü atalar sözləri
D
[redaktə]- Dil – hünər sahiblərinin xəzinəsinin açarıdır. Sədi Şirazi
Ə
[redaktə]- Əsl hünər bolluq içində səbr etməkdir. Muhəmməd Qəzzali
H
[redaktə]- Hünər ardınca qoş, xalqa hünər saç, Qapılar bağlama, ər ol, qapı aç. Yeddi gözəl (Nizami)
- Hünər yüklənən qayıq batmaz. Benqal atalar sözləri
- Hünər ona deyilir ki, yaxşı ad qazanmaq üçün nəfs böyük işlər görməyə həris olsun. Nəsirəddin Tusi
- Hünər - ürəyin hüsnüdür. Özbək atalar sözləri
- Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir. Saib Təbrizi
- Hünər - zər, hünərsiz - xar. Özbək atalar sözləri
- Hünəri yox kişinin, məzəsi yox işinin. Özbək atalar sözləri
- Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. Hind atalar sözləri
İ
[redaktə]- İnsanların böyük bir qismi hünər sayəsində məşhur olmuşdur.
Q
[redaktə]- Qabarlı əldə olan hünər qeyrət - ağ əlcəkli əldə ola bilməz. Nəriman Nərimanov
N
[redaktə]- Nə qədər çalışsalar da, yenə hünər və istedadı gizli saxlamaq olmaz. Kəlilə və Dimnə
O
[redaktə]- Ordu hünər qabağında geri çəkilir, təhqir qabağında yox. Aşanti atalar sözləri
Ş
[redaktə]- “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi