Aşanti atalar sözləri
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Adamı xəcalət qədər heç nə yaralamır.
- Axmaq oynamağı öyrənincə, oyunçular dağılışar.
- Ağaca aşağıdan çıxarlar, yuxarıdan yox.
- Ağaca çox qonan quşa daş atarlar.
- Ağılsıza məsəl deyəndə gərək mənasını da başa salasan.
- Arvadı beş olanın dili də beş olar.
B[redaktə]
- Bəla gələndə xəbər eləmir.
- Bəbir çox acanda ot da çeynər.
- Bəzən bütöv bir fili yeyirsən, boğazında heç nə qalmır: balaca bir balığı yeyirsən, sümüyü qalır boğazında.
- Bir yalan min doğrunu korlayar.
G[redaktə]
- Göz çıxara bilən ağacı itiləməzlər, sındırarlar.
H[redaktə]
- Heç kəs çayın dərinliyini birdən-birə iki ayağı ilə ölçmür.
Q[redaktə]
- Qul özünə yiyə seçmir.
O[redaktə]
- Ordu hünər qabağında geri çəkilir, təhqir qabağında yox.
- Otuz ildə əyri bitən ağac bir ildə düzəlməz.
Ö[redaktə]
- Öz ürəyinin də borcunu verməsən, üzünə durar.
- Özünə arvad axtaran adam arvadlar haqqında ehtiyatsız söz deməz.
P[redaktə]
- Pul da qul kimidir, gözün üstündə olmasa, çıxıb gedər.
S[redaktə]
- Siçan lap inək boyda da olsaydı, yenə də pişiyin qulu olacaqdı.
T[redaktə]
- Timsah suda da yatsa, hava ilə nəfəs alır.
U[redaktə]
- Uşaq pis oynayırsa, de ki, "ris oynayırsan", demə ki: "oyna əzizim, kefin necə istəyir".
Y[redaktə]
- Yağış yağmazdan qabaq külək qalxar.
- Yanğın söndürmək üçün suyun təmizini gəzməzlər.
Mənbə[redaktə]
- Dünya xalqlarının atalar sözləri, Bakı, 2015.